Məhkəmə qərarları › İş №2(102)-726/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-726/2019

31.01.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-726/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il şəhəri İş № 2(102)-726/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nın və vəkili Yaqubova Sima Sədrəddin qızının, cavabdeh x3nun vəkili Hüseynov Nüsrət Məzahir oğlunun iştirakı ilə, cavabdeh x3nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkə məsinin 25 iyun 2018-ci il tarixli, 2(011)4424/2018 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbi təmin edilərək, x1nın ünvan 1 istifadə hüququnun tanınması, x1 ünvan 1 46 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10086/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.İmanov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10086/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehl ər x2 və x3 qarşı ünvan 1 istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh x3 ilə 23.02.2003-cü ildə nikaha daxil olmuş, nikaha daxil olarkən özünə məxsus cehiz əşyaları ilə birlikdə x2 yaşadığı dövlət mülkiyyətində olan ünvan 1 gəlin köçmüşdür. Qeyd edilən mənzil dövlət mənzil fonduna aiddir. Həmin mənzilin icarədarı mərhum qayınatası x4 olmuş və icarədar vəfat etmişdir. Həmin mənzildə cavabdeh x3 birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü x5 və xx.xx.2006-cı il təvəllüdlü x6 anadan olmuşdur. ünvan 1 qaynanası x2, əri x3, o və iki yetkinlik yaşına çatmayan övladları yaşamışdır. Ailə qurduğu vaxtdan gəlin köçüb yaşadığı mənzildə qaynanası və əri ilə birlikdə ailə üzvü olara q təsərrüfatı birgə idarə edərək yaşamış, lakin hazırda əri və qaynanası ilə münasibətləri ailəyə müdaxilələrin nəticəsi olaraq pisləşmiş və cavabdehlər onun yaşadığı mənzildən istifadə etməyinə maneə törədirlər. 1 aydır ki, o, uşaqları ilə birlikdə valideynlərinin evinə sığınmışdır. Ailə münasibətlərinin yarandığı və onun mübahisəli mənzilə gəlin köçdüyü vaxt mübahisəli mənzil xüsusi mülkiyyət olmadığından və dövlət mənzil fonduna aid olduğundan, həmin münasibətlərə 2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normal arının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10086/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x3nun vəkili Hüseynov Nüsrət Məzahir oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı x1 və vəkili Yaqubova Sima Sədrəddin qızı kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfi və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 09.06.1997-ci il tarixli 168845 saylı orderin surətindən müəyyən olunur ki, ünvan 2 x4na ailə üzvləri ilə birlikdə ayrılmışdır. İş materiallarına əlavə edilmiş Səadət Sarayı tərəfindən verilmiş 23.02.2003-cü il tarixli AZ-İ № 017550 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, x3 ilə x1 23.02.2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 417 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada x1 s oyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.07.2004-cü il tarixli AZ-İ 497919 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, x5 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1470 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası x3, anası x1dır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2006-cı il tarixli AZ-İ № 786465 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, x6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1507 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası x3, anası x1dır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 07.03.2018-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, x5, x6, x7, x2, x3 ünvan 1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.03.2018-ci il tarixli 09 saylı arayışdan müəyyən olunur ki, x2, x3, x5, x6, x7 dövlət mülkiyyətində olan kirayəçisi mərhum x4 olmuş ünvan 1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.08.2008-ci il tarixli AZ-İ № 317540 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, x4 15.08.2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 882 nömrəli ölüm akt qeyd i tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş x3nun notarial qaydada təsdiq olunmuş 06.05.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, ünvan 1 mənzilin x2nın adına özəlləşdirilməsinə, çıxarış və digər texniki sənədlərin alınmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş x7nun notarial qaydada təsdiq olunmuş 06.05.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, ünvan 1 mənzilin x2nın adına özəlləşdirilməsinə, çıxarışın verilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.05.2018-ci il tarixli **********57 saylı məktubundan müəyyən olunur ki, araşdırma zamanı əmlakın üzərinə Xətai Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli 2(011)-44 24/18 nömrəli qərardadı ilə həbs qoyulması müəyyən olunduğundan x2 ərizəsinin icrasından imtina edilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı x1 cavabdeh x3 2003-cü ildə nikaha daxil olduqdan sonra dövlət mülkiyyətində olan ünvan 1 köçürülmüş, 2018-ci ilin mart ayınadək bu mənzildə yaşamaqla mənzildə yaşayan digər şəxslərlə birgə təsərrüfat aparmış, bu ünvanda iki uşağı anadan olmuş, 2018-ci ilin mart ayından isə onun həmin mənzildə yaşamasına cavabdehlər tərəfindən maneələr yaradılır. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azər baycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-bulluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin r azılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dövlət mülkiyyətində olan mənzildə 2003-cü ildən köçürülməklə yaşadığından onun ünvan 1 cavabdehlərlə bərabər istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna y ol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar