Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7262/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4505/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedici si Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə 102.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı1 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi il ə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 54.659,16 ABŞ dolları məbləğində borcunun qalmasını əsas göstərməklə həmin borcun cavabdehdən tutularaq banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1107/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.C.Musayeva) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4505/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə fondun problemli kreditlərlə iş şöbəsinin rəisi Elnur Quliyev tərəfindən imzalanmış vəkalətnaməni vermək səlahiyyəti ni təsdiq edən əmrin əlavə olunmasını, lakin apellyasiya instansiyası məhkəməsinin X2 Muradzadənin adına etibarnamə vermək səlahiyyətinin olması barədə əmrin işə əlavə edilməməsinə əsaslanıb apellyasiyanın qeyri–mümkün olması barədə nəticəyə gəlməkdə haqlı olmamasını əsas göstərməklə qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 363.1.1 Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti tə min olunmalı, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyrimümkün hesab edərkən Əmanətlərin Sığortalanması Fondunun problemli kreditlərlə iş idarəsinin rəisi Nin Məhkəmələrlə iş şöbəsinin müdiri X1 qətnamədən apellyasiya şikayəti vermək üçün vəkalətnamə vermək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim olunmamasını əsas göstərmiş və Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə əsasən şikayəti geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apel lyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin iddiaçı tərəfindən kassasiya instansiya məhkəməsinə təqdim olunmuş Fondun icraçı direktorunun 05 noyabr 2020-ci il tarixli əmrindən görünür ki, həmin əmrlə Fondun Problemli kreditlərlə iş idarəsinin rəisi Nə bankların əməkdaşlarına vəkalətnamə və etibarnamə vermək səlahiyyəti verilmişdir. İddiaçıya görə həmin əmr eyni zamanda qətnamədən verilmiş apellyasiya şikayətinə də əlavə edilmişdir. Göstərilən vəziyyətdə Nin qətnamədən verilmiş apellyasiya şikayətini imzalamış Nə belə bir səlahiyyət vermək hüququna malik olmasının təsdiq olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi səthi yoxlanılmış sübutlara əsaslandığından, kollegiya hesab edir ki, qərar dad ləğv olunmalı və iş yenidən apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4505/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7262/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7262/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver