Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-728/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ 15 fevral 2019-cu il İŞ № 2(102)- 728 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-cı il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 250.000 ABŞ dolları məbləğində əsas pul, həmin pula görə bank uçot dərəcəsi kimi bir illik hesablanmış 37.500 (otuz yeddi min beş yüz) ABŞ dolları məbləğində faiz pulu, cəmi 287.500 (iki yüz səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində pulun (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Suraxanı rayon Məhkəməsinin 24 may 2018-cı il t arixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi verərək Cavabdeh əs assız varlanma kimi 250.000 ABŞ dolları məbləğində pulun, həmin pulu özündə saxladığına görə bank uçot dərəcəsi kimi hesablanmış 37.500 ABŞ dolları məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 12.500 ABŞ dolları məbləğində faiz pulunun, vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil notarial qaydada təsdiq edilmiş ərizə kassasiya şikayətindən imtina edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli və İddiaçı münasibətdə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Şərh edilənləri və A zərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. İddiaçı münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-728/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-728/2019
15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver