Məhkəmə qərarları › İş №2(102)-728/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-728/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-728/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti üçün müəyyən edilmiş prosessual müddətin buraxılması) 16.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1652/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-507/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakim X1) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

2. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı p ul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5700 (beş min yeddi yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

4. Bu qətnamədən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə 22 noyabr 2023cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

6. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elek tron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermiş və kassasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə vəsatət əlavə etmişdir.

7. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cu il tarixli, 2(105)1652/2023 nömrəli qətnaməsindən narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsinin iş üzrə 6 dekabr 2023-cü tarixli 2(105)-1652/2023 nömrəli qərardadı ilə Cavabdeh vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Qərardadda göstərilir ki, müvafiq qətnamənin surəti Cavabdeh nümayəndəs i və vəkili Nümayəndə məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sistemində, qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət 3 gün gecikdikdən sonra, xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə olunmamışdır. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, mübahisələndirilən qətnamənin surəti Cavabdeh poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh MPM-nin 405.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək kassasiya şikayə ti vermək hüququna malik olmaqla, 2 aylıq müddəti ötürməmişdir. Bundan başqa Nümayəndə apellyasiya instansiya məhkəməsində icraat zamanı Cavabdeh nümayəndəsi kimi yox, yalnız vəkili kimi iştirak etmişdir. Cavabdeh ona kassasiya şikayətinin verilməsi və digər hüquqlarının icra edilməsi ilə bağlı notariat qaydasında verdiyi xx.xx.2023- cü il tarixli AR-İİİ 203760 nömrəli etibarnaməsinə əsasən kassasiya şikayəti tərtib edilərək xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə göstərilən halları nəzərə almamışdır. Bu səbəbdən vəsatət təmin edilməlidir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1652/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və mər uzəçi),S.A.Qafari, L.M.Məmmədova) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cu il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsinə dair vəsatət (ərizə) təmin edilməmişdir və kassasiya şikayəti cavabdehə geri qaytarılmışdır.

9. Qərardad onunla əsaslandırılmışdır ki, vəsatətdə prosessual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair əsaslı heç bir hal qeyd olunmamışdır. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cu il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsi cavabdehin vəkili Nümayəndə elektron kabinetinə 19 sentyabr 2023-cü il tarixdə yerləşd irilmişdir. Həmçinin məhkəmə icraatı zamanı həm cavabdeh, həm də onun vəkili məhkəmə prosesində iştirak etmiş, məhkəmə aktının nəticə hissəsi, şikayət vermə qaydası kimi hallardan məlumatlı olmuşlar. Göründüyü kimi sözügedən qətnamə 19 sentyabr 2023-cü il tarixdə cavabdehin vəkilinə elektron qaydada çatdırıldığından, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən hesablanmış və məhkəmənin bu iş üzrə 06 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

10. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən müddət və digər tələblər, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.

11. Qeyd edilməlidir ki, kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respubliakası Mülki Prosessual Məcəlləsinin 128.3., 129.1.,129.2., 130.1., 135.2, 135.3, 135.5., 135.6.,135.8, 403.1, 402.2., 40 8.1, 408.1.7, 408.1.1, 408.3.-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1652/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək prosessual müddətin ötürülməsini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh vəkilinə kassasiya şikayətinin verilməsi və digər hüquqlarının icra edilməsi ilə bağlı notariat qaydasında verdiyi xx.xx.2023-cü il tarixli AR-İİİ 203760 nömrəli etibarnaməsınə əsasən kassasiya şikayəti tərtib edilərək xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə 2 aylıq müddəti qətnamənin elektron kabinetiyə xx.xx.2023-cü il tarixdə yerlşdirilməsini nəzərə almış, lakin qətnamənin xx.xx.2023-cü il tarixdə Cavabdeh poçt vasitəsi ilə rəsmi qaydada almasını nəzərə almamışdır. Nəticədə cavabdehə münasibətdə hüquqlar pozulmuşdur. Etibarnamə olmfdan kassasiya şikayətinin elektron kabinetə yerləşdirilməsi mümkün deyildir. Apellyasiya məhkəməsi bu halı da nəzərə almamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verilmiş hesab edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1652/2023 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə vəsatət əlavə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(105)-1652/2023 nömrəli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsinə dair vəsatət (ərizə) təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində verilə bilər. Hesab edir ki, qeyd olunan hallar maddələr üzrlü hesab edilməklə prosessual müddətin bərpa olunmalı və qaytarılmış üzrlü hesab edilməklə prosessual müddətin bərpa olunmalı və qaytarılmış kassa siya şikayəti Ali Məhkəməyə göndərilməlidir.

15. Kassator şikayətini Azərbaycan Respublikası MPM-nin 405, 133-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır;

18. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son g ünündə qurtarır;

19. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur;

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir;

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 25. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

26. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddət ində verilə bilər.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. 28. 402.2.2-ci maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması, 402.2.3-cü maddəsinin tələbinə görə isə kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. 29. 408.1 və 408.1.7-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfində n qaytarılır. 30. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır

36. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olun muş hüquqi mövqeyə görə qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”.

38. Baxılan iş üzə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə xx.xx.2023-cü ildə yerləşdirilmiş, kassasiya şikayəti məhz həmin vəkil tərəfindən tərtib edilmiş və xx.xx.2023cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir.

39. Lakin işin materialları ilə müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilərkən o, cavabdehin yalnız vəkili olmuş, cavabdeh tərəfindən ona etibarnamə verilməmişdir. Cavabdeh tərəfindən vəkilə etibarnamə xx.xx.2023-cü il tarixdə verilmiş və həmin tarixdə vəkilin onun adından şikayəti imzalamaq səlahiyyəti olmuşdur.

40. Cavabdehin özünə isə qətnamənin surəti xx.xx.2023-c ü ildə çatdırılmışdır. Belə olan halda vəkilə qətnamənin çatdırılma tarixi müddətinin axımının başlanmasının əvvəli kimi qəbul oluna bilməz. Bu halda mübahisələndirilən qətnamədən kassasiya şikayətinin verilmə müddətinin axımının əvvəli məhz işdə iştirak edən şəxsə şəxsən çatdırılma anından hesablanmalıdır.

41. Belə olan halda nə qədər ki, cavabdeh (onun adından vəkil və nümayəndə olan şəxs tərəfindən imzalanmış) tərəfindən kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir, bu vəziyyətdə müddətin axımının başlanma anı, xx.xx.2023-cü il tarixdən hesablanması düzgün olmamışdır.

42. Mülki Prosessual Məcəllənin məhkəmə sənədinin rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 135.5-ci maddəsində sənədin rəsmi qaydada verilmiş hesab edilməsinin 4 halı n əzərdə tutulmuşdur: sənədin 1) ünvan sahibinin özünə verilməsi; 2) ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi; 3) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə; yaxud 4) kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə verilməsi.

43. Apellyasiya instansiyası məhkəməsi qətnamənin rəsmi qaydada cavabdehə çatdırılmasından sonra müəyyən olunmuş müddətin keçdikdən kasassiya şikayəti verilməsi nəticəsinə gəlsə də bununla bağlı iş materiallında olan sübutları düzgün qiymətləndirməmiş və öz mövqeyini əsaslandırmamışdır.

44. Cavabdeh tərəf müvafiq olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsi üzrə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etsə də, əsaslandırması müddətin buraxılmaması ilə bağlı olmuş, apellyasiya instansiya məhkəməsinin qərardadının qanuni əsaslar olmadan qəbul edilməsini göstərmişdir.

45. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi müddətin üzürlü səbəbdən buraxılıb-buraxılmaması məsələsini müzakirə etməzdən əvvəl kassasiya şikayətinin müəyyən olunmuş müddətlər daxilində verilib-verilməməsi ilə bağlı dəlillərə qiymət verməli, bundan sonra vəsatət üzrə icraatın mümkünlüyünün müzakirəsini təmin etməli olmasına baxmayaraq, yalnız müddətinin üzürlü səbəbdən buraxılması üçün əsasların olmaması ilə bağlı nəticəyə gəlmişdir.

46. Eyni zamanda, nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxsin məhkəmə icraatı barədə məlumatlı olması həmin icraatın nəticəsində qəbul edilmiş məhkəmə aktını rəsmi qaydada alması və bununla da prosessual müddətin axımının başlanması kimi qiymətləndirilə bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi və müvafiq olaraq müddətinin bərpa edilməsinə dair ərizəyə prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1652/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş solnrakı prosessual hərəkətlərin yerinə yetirilmsəi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar