Məhkəmə qərarları › İş №2(102)-7286/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7286/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7286/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(107)1963/2019 saylı qətnaməsindən cavabdeh N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağdaş rayon məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə, iş № 2(014)-1208/2018) İddiaçı cavabdeh N oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərə k cavabdeh K.B.Baxşalıyevdən 17.700 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-2472/2018) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş rayon məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş № 2(102)-2242/2019) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətn aməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Ağdaş rayon məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 13.608 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla alınıb iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin fevral ayında Bakı şəhərində olarkən cavabdehin yaşadığı Rusiya Federasiyas ına xurma məhsulunun göndərilməsi üçün 17.700 ABŞ dolları məbləğində pul verməsini, lakin cavabdehin ona keyfiyyətsiz mal göndərməklə ona ziyan vurmasını əsas göstərməklə cavabdehə verdiyi 17.700 ABŞ dollarının, malın daşınma xərcinə görə ödədiyi 10.000 ABŞ dollarının cəmi maddi ziyana görə 27.700 ABŞ dollarının və mənəvi ziyana görə 5000 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh N iddiaçıdan a ldığı 17.700 ABŞ dolları məbləğində pulun müqabilində ona keyfiyyətli xurma məhsulunu göndərmək barədə üzərinə öhdəlik götürsə də öhdəliyinə əməl etməmiş, göndərdiyi məhsul lazımı keyfiyyətə cavab vermədiyindən iddiaçı onu xeyli aşağı qiymətə satmış və nəticədə maddi ziyana məruz qalmışdır. Cavabdeh N iddiaçıdan aldığı 17.700 ABŞ dollarının müqabilində ona lazımı keyfiyyətdə olan məhsul göndərdiyini iddia etsə də göstərdiklərini sübuta yetirə bilməmişdir. Cavabdeh növbəti ildə iddiaçıya xarab malın əvəzində yenidən xurma göndərəcəyini vəd etməklə əslində göndərdiyi məhsulun lazımı keyfiyyətdə olmaması ilə razılaşmış, lakin həmin vədinə də əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında alqı-satqı müqaviləsindən törəyən münasibətlərin yaranması nəticəsinə gələrək hesab etmişdir ki, hazırkı mübahisənin Mülki Məcəllənin 581, 582, 584.2, 587.1.3, 587.2.1, 639.1, 641.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirilərək həll edilməsi qanuni olmuşdur. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun normaları düzgün tətbiq edilməklə həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar