Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7289/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 03 dekabr 2019-cu il İş № 2(102)-7289/2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkil və Cavabdeh2 nümayəndəsi X1, İddiaçı1, İddiaçı2, vəkil X2, İddiaçı3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxa raq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-1836/2018, hakim E.A.Nuriyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev iş № 2(103)-9066/2019) iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən və RX seriyalı ******* saylı çıxarışla İddiaçı1 mülkiyyətində olmuş fərdi yaşayış evinin və 0,06 ha torpaq sa həsi ilə əlaqədar 04 iyun 2016-cı il tarixdə İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ-0551978 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş 11 iyun 2016-cı il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 yanvar 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 18 yanvar 2017-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşi n halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən və RX seriyalı ******* saylı çıxarışla İddiaçı1 mülkiyyətində olmuş fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsini formal alqı-satqı ilə əlaqədar 04 iyun 2016-cı il tarixdə İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 iyun 2016-cı il tarixdə verilmiş çıxarışın eyni zamanda həmin fərdi yaşayış evinin alqı-satqı ilə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 yanvar 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-nin Bak ı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 yanvar 2017-ci il tarixli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin rəsmi qaydada sahibinə, yəni İddiaçı1 mülkiyyətinə qaytarılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından, qeyri-obyektiv və qanuna zidd olduğundan, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar, habelə qanuni qüvvədə olan məhkəmə aktları nəzərə alınmadığından ləğ v edilməli, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassastor və vəkili kasssiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçılar və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar, onlardan İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 04 iyul 2016-cı il tarixli alqısatqı müqaviləsinin və sonuncunun adına verilmiş 11 iyun 2016-cı il tarixli çıxarışın, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 yanvar 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və sonuncunun adına verilmiş 18 yanvar 2017-ci il tarixli çıxarışın etibarsızlığını mübahisələndirirlər. Apellyasiya məhkəməsi idd ianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinin tələblərinə görə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. X3 Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərdiyi ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasnının həmin qətnaməsi ilə onun maraqlarına toxunan məhkəmə aktı qəbul edilsə də o, işdə iştira etməyə eəlb olunmamışdır. Belə ki, ilkin sahibinə qayatarılması qət o lunan fərdi yaşayış evi və torpaq sahəsi DƏDRX-də qeydə alınmaqla onun mülkiyyətində və faktiki istifadəsindədir. Onunla Cavabdeh2 arasında onun mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 214,34 kv.m olan fərdi yaşayış evinin və mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 330.000 manata alqı-satqısına dair 12 iyun 2018-ci il tarixli ilkin müqavilə və daşınmaz əmlakın alqı-satqısına dair 13 iyun 2018-ci il tarixli müqavilə bağlanılmışdır. Mülkiyyətin dəyəri qarşılıqlı razılığa əsasən 330.000 manat qiymətləndirilərək tərəfindən tam həcmdə ödənilmişdir. Bundan sonra qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. X3 ərizəsinə onunla Cavabdeh2 arasında bağlanmış 12 iyun 2018-ci il tarixl i alıq-satqı müqaviləsinin surətini və həmin müqavilə əsasında verilmiş çıxarışı əlavə etmişdir. Deməli həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə əlaqədar mübahisəyə dair işə baxılması zamanı onun hüquq və vəzifələrinə dair məsələnin həll edilməsinə baxmayaraq o, işə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işdə iştirak etməyə cəlb edilməmiş şəxsin hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə verilmiş kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməklə məhkəmə aktı maraqlarına toxunan şəxs işdə iştirak etməyə cəlb edilməklə işə yenidən apellyasiya qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası kassatorların kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq onlara qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7289/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7289/2019
03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver