Məhkəmə qərarları › İş №2(102)-729/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-729/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-729/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli, 2(103)667/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/14288/DİK saylı kredit müqaviləsi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faizlə 85.000 manat məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan 6 otaqlı mənzilini banka ipotekaya qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 96178,14 manat borc olmaqla – bundan 73013,83 manat əsas və 23164,31 manat faiz borcu, iş üzrə ödənilmiş 379 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal r ayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun banka borcu yaranmış dır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır.

5. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6316/2022 saylı qərardadı ilə iddia ərizəsinin cavabdeh X3 qarşı hissəsində həmin cavabdehin məhkəməyə iddia ərizəsi verilənədək ölümü ilə bağlı icraata qəbul edilməsindən imtina edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyi ilə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 9 6113,54 manat məbləğində müəyyən edilmişdir: - əsas borc üzrə 72941,86 manat - faiz borcu üzrə 23171,68 manat.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-538/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim X6) iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması” tələbinə dair hissəsində mülki iş üzrə icraata həmin tələbə məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-538/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim X6) iddia qismən təmin edilmiş, Cavabdeh1 72941,86 (yetmiş iki min doqquz yüz qırx bir manat səksən altı qəpik) manat əsas borcun, 23164,31 (iyirmi üç min yüz altmış dörd manat otuz bir qəpik) manat faiz borcunun, 378,72 (üç yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, 50 (əlli) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 49,96 (qırx doqquz manat doxsan altı qəpik) manatının Cavabdeh1, 0,04 (dörd qəpik) manatının "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit bo rcuna yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlundan tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddia əsas borc hissəsində ekspert rəyi nəzərə alınmaqla 72941,86 manat məbləğində, faiz borcu isə tam təmin olunaraq Cavabdeh1 23164,31 manat məbləğində faiz tutulmalıdır. Belə ki, ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən ar tıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır.

11. Borcun Cavabdeh2 tutulması tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin cavabdehlə zaminlik müqaviləsi bağlanmadığından həmin tələb təmin edilə bilməz və rədd edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

13. Məhkəmə ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iş üzrə ipoteka əmlakının qiymətləndirmə ekspetizası təyin edilmiş, ekspertin vəsatətinə əsasən əmlaka yerli baxış xx.xx.2023-cü il tarixə təyin edilmiş, yerli baxış barədə bildiriş həmin nümayəndənin elektron kabinetinə 11 aprel 2023-cü il tarixdə yerləşdirilmiş, bundan əlavə məhkəmə iclas katibi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərə zəng vurularaq bir daha yerli baxış barədə xatırladılmasına baxmayaraq ipoteka predmeti cavabdehlər tərəfindən ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Cavabdehlər ekspertiza keçirilməsinə mane olduğundan və ipoteka predmetini ekspertə təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən olunmuş qiymət - 125000 manat əsas götürülməlidir.

14. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin sat ışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlundan tutulması tələbi də təmin edilməlidir

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 472.1, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.3.3, 47.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi verilən vəsatətlər i təmin etməmişdir. Cavabdeh1 tərəfindən qiymətləndirilmə ilə bağlı mübahisə olsa da, birinci instansiya məhkəməsi nəzərə almamış və prosesual qanunvericiliyin tələblərini pozaraq mühasibatlıq ekpertizası təyin etməmişdir. Qanunvericliyə əsasən xüsusi biliyə malik olan ekspert tərəfindən təqdim olunan sənədlər əsasında ekpertiza keçirməlidir, ev barədə əsaslı rəy verilməlidir. Lakin ekspert guya mənzilə baxış keçirmək üçün getmiş amma qapını açan olmamışdır. Halbuki mənzildə daim yaşayış var, ünvan bilinir. Ekspert mənzilə baxış keçirmək istəməmiş, işi yenidən məhkəməyə geri qaytarmışdır. Tərəflərindən mənzilin qiymətləndirilməsi barədə vəsatət verilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq vəsatəti rədd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təqdim olunan eksp ert rəyi ilə razı olmadıqlarını və bununla bağlı vəsatət versilsə də, məhkəmə tərəfindən qəbul olunmamış rədd edilmişdir. Ekspert tərəfindən rəy verilərkən sadəcə iş materiallarında olan sənədlərə, arayışa əsaslanmış rəy verilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi vəsatətləri rədd etdikdən sonra dərhal işi yekunlaşdırmışdır. Çıxış üçün məhkəmədən vaxt istənilsə də birinci instansiya məhkəməsi buna məhəl qoymamış iş üzrə qətnamə elan etmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 9/52xx-xx/5030 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsində yerləşən 1/3 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribə n 336757,0 manat (166,3 kv.m x2025 man), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 303081,0 manat (336757- 10%) məbləğində müəyyən edilir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-667/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi hakim), X4 və X9) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(004)- 538/2023 saylı qətnaməsi – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiyməti 303081 (üç yüz üç min səksən bir) manat manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası borcun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyinə istinad etmişdir. Belə ki, iddia tələbi əsas borc hissəsində ekspert rəyi nəzərə alınmaqla 72941,86 manat məbləğində təmin edilməlidir. Faiz borcu tələbi hissəsin də isə iddia tam təmin olunaraq Cavabdeh1 23164,31 manat məbləğində faiz tutulmalıdır, çünki ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən artıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc hissəsi ilə bağlı dəlillərinə qiymət verərək hesab etmişdir ki, müəyyən edilən məbləğlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına uyğun düzgün hesablanmışdır. Belə ki, həmin qərara əsasən iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifa dəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər. İş materiallarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Maliyyə arayışında göstərilən məbləğlər isə xx.xx.2022-ci il tarixə yaranan borclardır. Ekspert rəyində borc xx.xx.2022-ci il tarixə hesablanmışdır. Belə olan halda borcun tutulması məhz xx.xx.2022-ci il tarixə müəyyən edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki. borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlaya n bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

23. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, yəni ipoteka müqaviləsində göstərilən həddə müəyyən etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Hazırda isə həmin tarixdən 5 ildən artıq müddət keçmişdir ki, bu zaman ərzində daşınmaz əmlak bazarında mənzillərin dəyərində fərqin olması qaçınılmazdır. Həmçinin hazırda cavabdeh tər əf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir və belə olan halda da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruri olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 9/52xx-xx/5030 saylı rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsində yerləşən 1/3 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymə tlərinə uyğun ümumi dəyəri təqribən 336757,0 manat (166,3 kv.m x2025 man), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 303081,0 manat (336757- 10%) məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin ipoteka predmetinin dəyərinin yüksək olması barədə dəlilləri qismən əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının təkrar ekspertiza keçirilməsi barədə vəsatətinin əsassız olması qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı tərəf mübahisəli evin ekspert rəyində göstərilən məbləğdən daha aşağı qiymətdə olmasına dair sübutlar təqdim etməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin təşəbbüsu ilə internet resursları vasitəsilə «Google Maps» proqramından istifadə zamanı müşahidə edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, R.Quliyev döngə 1/3 ünvandakı ev «T arqovı» deyilən əraziyə yaxın məsafələrdə yerləşir. Belə ki, həmin ev Azərbaycan Respublikasının Baş X2 yuxarı hissəsində yerləşir. Məlum olduğu haldır ki, həmin muzey də şəhərin mərkəzi hissəsindədir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 739, 740-cı, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 34.1, 39.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 103, 106.1, 206.1, 217.2, 217.4, 384.0.3, 385.2, 405-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış (likvid) dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 9/52xx-xx/5030 saylı rəyi əsassızdır. Belə ki, iddiaçı tərəfndən daşınmaz əmlakların satışı üzrə internet satış sayıtlarından araşdırılıb, müqayisələndirilib və müəyyən olunub k i, həmin ərazidə anoloji mənzillərin bazar dəyəri ekspert tərəfindən müəyyən edilmiş məbləğlərdən aşağıdır. Qiymətləndirmə rəyində mənzilin orta təmirli olduğu qeyd edilsə də bütün ekspert rəylərində “orta təmirli” ifadəsi şablon ifadə kimi işlədilməklə əmlakın qiymətləndirilməsində əsas gətirilməsinə baxmayaraq reallığı əks etdirmir. Qeyd etdiyimiz kimi həmin ərazidə və həmin texniki göstəricilərə uyğun mənzillərin qiyməti 200.000-220.000 AZN məbləğində dəyişir. Mənzilin texniki xarakterizəsində qeyri-adi bir eleməntlər, materiallar və s. qeyd edilmir. Ancaq şişirdilmiş qaydada qiymətləndirmə aparılmışdır. Mənzilin yerləşdiyi ərazi heçdə ekspert tərəfindən müqaisəli təhlil aparıldığı mənzillərlə eynilik təşkil etmir. Bundan başqa əmlak hərrac vasitəsi ilə satışa çıxarılacağından mənzilin real alıcı dəyərinə uyğun qiymətləndirilməsi zəruridir və bu halda qətnamənin icrası zamanı maneələr yaranmayacaq. Odur ki, əmlakın real likvid dəyərinin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.

28. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

30. Həm Bakı şəhər Yasamal Rayon Məhkəməsində həm də Bakı Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən iş üzrə mühasibatlıq ekspertizas ı keçirilməsi ilə bağlı vəsatətlər verilsədə məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Belə ki, qətnamə yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd olunan borcun miqdarı əsasında qəbul edilmiş, qeyd edilən arayış digər sübutlarla əlaqəli şəkildə yoxlanılmamış və qiymətləndiriməmiş, bununla da MPM-nin 217.3 və 97.1-ci maddəsinin tələbləri, eləcə də sübutların qiymətləndirilməsinə dair prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbi pozulmuşdur (MPM-nin 88-ci maddəsi). Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən Cavabdeh1 tərəfindən ödənilən məbləğləri nəzərə almamış, sadəcə Bank tərəfindən təqdim olunan arayışa əsaslanaraq qərar qəbul etmişdir. Halbuki iş üçün mühüm əhəmiyyət daşıyan mühasibatlıq ekspertizası təyi n edərək məbləğləri müəyyən edə bilərdi. Məhkəmə işə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün hüquqi qiymət verməmiş ümumiyyətlə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuli yyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər qüvvədə olan redaksiya)

39. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqın da müddəaları gözləməlidirlər. (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər qüvvədə olan redaksiya)

40. Maddə 740 Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər qüvvədə olan redaksiya) “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu

41. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

42. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ipotekanın ilkin satış qiyməti hissəsində, Cavabdeh1 tərəfindənisə borcun məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Qətnamənin iş üzrə mühasibatlıq ekspertizası keçirilmədən yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd olunan borcun miqdarı əsasında qəbul edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin e-2(004)-538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyi ilə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 96113,54 manat məbləğində müəyyən edilmişdir: - əsas borc üzrə 72941,86 manat - faiz borcu üzrə 23171,68 manat.

56. Göründüyü kimi hazırkı iş üzrə borcun məbləği yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında deyil, məhz məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən edilmişdir.

57. Kollegiya, iddiaçının kassasiya şikayətinin ipotekanın ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin bu sahədə müəyyən etdiyi tələblərə əməl edilmişdir. Belə ki, tərəflər arasında ipote ka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş dəyəri ilə bağlı mübahisə olduğundan ekspertiza təyin olunmuş və alınmış rəylə ipoteka predmetinin həm bazar, həm də likvid dəyəri müəyyənləşdirilməklə, likvid dəyəri əsas götürülmüşdür.

58. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

59. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə verilmiş həm 13 sentyabr 2024-cü il tarixli, 9/52xx-xx/5030 saylı və həm də xx.xx.2023-cü il tarixli, 9/2156 saylı ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyləri sübut kimi qəbul edilməlidir. 60. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

61. Kassasiya şikayətlərində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas o la bilməz.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 oktyabr 2024-cü il tarixli 2(103)-667/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar