Məhkəmə qərarları › İş №2(102)-7297/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7297/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7297/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V1 oğlunun, Cavabdeh və onun vəkili İsmayılov İlkin Ramazan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)8170/2019 nömrəli qətnaməsindən cavabdeh İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığort alanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (S.Səlimova) 2(001)-133/2019 saylı, 28.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən borc və sair” tələbinə dair iddiasının qismən təmin edilərək, Cavabdeh 21.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 8915,2 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 8945,2 manatın Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulması, Cavabdeh mülkiyyətində olan **-CT-*** qeydiyyat nişanlı BMW 735 minik markalı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 8945,2 manat Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına, 145 manat dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 10.07.2019-cu il tarixli, 2(103)-8170/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-133/2019 saylı, 28.02.2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün, məhkəməyə müraciət edilən tarixdə onun 9725 AZN əsas borcu, 4345.67 AZN faiz borcu qalmışdır. Qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmi ş ekspertiza rəyi ilə cavabdehin 21.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8915.2 AZN borcu qalması müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza rəyi səhv olmuşdur. Ancaq buna baxmayaraq Bakı Apellyasiya məhkəməsi bu səhv ekspert rəyini nəzərə alaraq yekun qərar qəbul etmişdir. Qeyd edilən ekspert rəyi birinci və apelyasiya instansiya məhkəməsində hərtərəfli və obyektiv araşdırılmamışdır. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)-8170/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellysiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili İsmayılov İlkin Ramazan oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)-8170/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlnmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 21.02.2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana istehlak məqsədilə 36 ay müddətinə, yəni 21.02.2015-ci il tarixinədək qaytarmaq, illik 24% ödəmək şərti ilə 12100 manat kredit vermişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka verən Cavabdeh arasında 21.02.2012-ci il tarixli 98 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalan mülkiyyətində olan BMW 735 minik markalı buraxılış ili 2002-ci il olan 90- CT-107 dövlət nömrə nişanlı avtomobilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 15000 manat qiymətləndirilmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnamənin dəyişdirilmədən saxlanılması qən aətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.01.2019-cu il tarixli 9071 saylı rəyindən müəyyən olunmuşdur ki, Cavabdehnın 21.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə borcu əsas borca görə 8915,2 manat təşkil etmişdir. Bu səbəbdən birinci instiansi məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməmühasibatlıq ekspertizasının rəyinin səhv olduğunu qeyd etsə də, həmin rəyin səhv olmasını əks etdirən hər hansı sübut a istinad etməmişdir. Kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.07.2019-cu il tarixli, 2(103)-8170/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar