Məhkəmə qərarları › İş №2(102)-73/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-73/2020

09.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-73/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1222/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-4600/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-nin üzərinə lazımi keyfiyyətli olmayan malın müqaviləyə uyğun mal ilə əvəz olunması vəzifəsinin qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İlham Kərimli, İsmayıl Xəlilov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “lazımi keyfiyyətli olmayan mal üçün ödəniləsi vəsaitin qaytarılması (əşyanın dəyişdirilməsi) və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə İddiaçı iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-4600/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları İ ddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “lazımi keyfiyyətli olmayan mal üçün ödəniləsi vəsaitin qaytarılması (əşyanın dəyişdirilməsi) və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı iddiası Nəsimi rayon məhkəməsinin 2(006)-4600/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edi lmişdir. Lakin cavabdeh qətnaməni icra etməkdən yayınmaq üçün apellyasiya şikayəti vermiş, müxtəlif suni səbəblərlə aylarla icraatı uzatmışdır. Bu müddət ərzində və hazırda da iddia tələbində göstərilən keyfiyyətsiz mobil cihaz (telefon) cavabdehdə olmuşdur və yenisi ilə əvəz olunmamışdır. Cavabdehin nümayəndəsi həmin mobil cihazı apellyasiya icraatı zamanı məhkəmə iclas zalına gətirərək iddia etmişdir ki, mobil cihaz (telefon) keyfiyyətsiz deyil. Lakin, elə ordaca məhkəmə kollegiyasının iclasında mobil cihaz (telefon) elektrikə taxılmış və saniyələr içində telefonun qızdığı müşahidə edilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi məhkəmə iclas zalını tərk etmişdir. Aylarla davam edən və cavabdeh tərəfindən suni şəkildə uzadılan məhkəmə prosesi iddiaçıda əsəb və həyacan yaratdığından və işini görməyə maneçilik törətdiyindən məhkəmədə “artıq cavabdehdən heç nə istəmədiyini, bu prosesin bitməsini istədiyini” qeyd etmişdir. Bütün bunlar məhkəmə iclas zalında olan kameralara düşmüşdür. İddiaçının apellyasiya icraatı zamanı vəkili olmamış, iddiadan imtina etməyin mahiyyətini bilməmiş və iddiadan imtina etməyin mahiyyəti iddiaçıya izah olunmamışdır. Hazırda, mobil cihaz (telefon) hələ də cavabdehdə olduğu halda və keyfiyyətlisi ilə əvəz olunub iddiaçıya verilmədiyinə baxmayaraq cavabdeh məhkəmədə borc tələbinə dair yeni iddia qaldıraraq onda olmayan və istifadə etmədiyi mobil cihazın (telefon) əvəzinin ödənilməsini tələb etmişdir. Xətai rayon məhkəməsində onun iştirakı olmadan baxılan prosesdə qarşı tərəfin iddiası təmin edilmişdir. Bununlada, onun istehlakçı hüququları və İnsa n üquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi iddiaçıdan hüquqi nəticələrini və mahiyyətini bilmədiyi “iddiadan imtina ərizəsi” alaraq iş üzrə icraata xitam vermişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmas ını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsini qəbul edərək işin icraatına xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata citam verərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən apellyas iya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir (262.4). Sadalanan normalardan göründüyü kimi məhkəmə iddiaçının iddiadan imtinasını təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməlidir. İş materiallarından məhkəmənin iddiaçıya iddianan imtina edilərək icraat xitam verilməsinin və bu halın eyni tərəflər arasında eyni predmet haqqında, eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilm əməsini izah etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı ərizədə hüquqlarının ona aydın olmasının göstərilməsi məhkəmənin prosessual hərəkətlərin nəticələrini izah etmək vəzifəsindən azad etmir. İş materillarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iddiaçının cavabdehlə barışması barədə izahat verdiyini qeyd etmişdir. Halbuki iddiaçının təqdim etdiyi yazılı ərizəsində belə hal qeyd edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına və qərardada görə iş üzrə icraata xitam verilməsinə əsas iddiaçının cavabdehlə barışması olmuşdur. Həmin əsasa görə iddiadan imtinanı qəbul edən məhkəmə barışığın nədən ibarət olması, iddiaçının tələblərinin cavabdeh tərəfindən təmin edilib-edilməməsi, barışığın iddi açının iradəsinin ifadəsi olubolmaması kimi əhəmiyyətli halları araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin məzmununa görə iddiaçının iddiadan imtinasının qəbul olunması məhkəmənin səlahiyyətinə verilmişdir. Məhkəmə bu məsələni həll edərkən imtinanın iddiaçının sərbəst iradə ifadəsinin nəticəsi olduğuna, cavabdeh tərəfin təsiri altında baş verməməsinə əmin olmalıdır. Hazırki iş üzrə kassasiya şikayətinə əlavə olunmuş Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq olunur ki, cavabdeh MMC ilə iddiaçı arasında hər hansı barışıq olmamış, iddiadan imtina cavabdeh tərəfin hüquqa zidd təsiri altında baş vermişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual qanunverici liyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1222/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar