Məhkəmə qərarları › İş №2(102)-730/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-730/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-730/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-730/2024 (Açar sözlər: vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2083/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2016-cı il tarixli texniki pasporta əsasən Bakı şəhəri Nərimanov rayonu 1956-cı məhəllə Əliyar Əliyev küçəsi 19 saylı bınanın arxasında sağdan 2 saylı sahəsi 20,4 kv.m. olan qaraj İddiaçı qanuni istifadəsində olmuşdur.

2. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyr-yaşayış binalarının sökülüb, yerində çoxmənzilli, hündür mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Eyni zam anda sərəncama əsasən tikinti işləri başa çatanadək qeyd edilən mənzillərin sahiblərinin hər ay kirayə haqlarının ödənilməklə başqa mənzillərə köçürülməsi, tikinti işləri başa çatdıqdan sonra tam təmirli mənzillərlə təmin olunması Cavabdeh MMC-nin üzərinə öhdəlik kimi qoyulmuşdur.

3. İddiaçı məxsus qaraj 19 may 2018-ci il tarixdə sökülmüşdür.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Cavabdeh MMC-nə ünvanlandığı xx.xx.2018-ci il tarixli, xx/xx-03185 nömrəli məktuba əsasən göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan bir qrup sakinin ünvan 2ə mülkiyyətlərində olan qarajların Cavabdeh MMC tərəfindən sökülüb dağıdılması və ərazidə söküntü və tikinti işlərinin icazə sənədlərinin olmadan aparılması tikinti ünvanda yaşayan Vüsal və İddiaçılar, Emil Novruzov, Afət Allahverdiyeva, Faık Əliyev, Eldar Quluyev, Əflan Məmmədov. Böyükxanım Əliyeva mülkiyyətlərində olan Ə.Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajlarının ərazisində Cavabdeh MMC tərəfindən söküntü işləri aparılarkən onlara məxsus olan qarajların sökülərək yararsız hala salınması barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Müəyyən edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə rayonun Ə.Əliyev küçəsi, 22 ünvanda yerləşən ərazidə yeni çox mərtəbəli yaşayış binalarının tikintisi üçün 2,27 ha torpaq sahəsi MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 2.6-cı bəndinə əsasən rayonun Ə.Əliyev küçəsi, 22 ünvanda yerləşən yaşayış və qeyriyaşayış bina larının sökülməsindən əvvəl sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi MMC-yə həvalə edilmişdir. Lakin MMC şirkət Şəhərsalma və Tikinti Məcəlləsinin, tikintiyə dair normativ sənədlərin və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının 2.6 və 3-cü bəndlərinin tələblərini pozaraq ərazidə yaşayan sakinlər tam köçürülmədən tikinti quraşdırma işlərinə başlamışdır ki. bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Odur ki, qeyd edilən ünvanda yaşayan sakinlərin köçürülməsi təmin edilsin və tikintisinə başlanılan çox mərtəbəli yaşayış binalarının tikinti layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılması cavabdehə tapşırılı r. Əks təqdirdə cavabdehə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)315/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə aid hissədə ləğv edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)1312/2022 nömrəli, 06 oktyabr 2022-ci tarixli qərarı ilə, qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən 2.000 manat tutularaq, 1.000 manat Nümayəndə, 1.000 manat İddiaçı ödənilməsi qərara alınmışd ır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, nəticə etibarı ilə: 1) qeyriyaşayış binası – qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada, yəni cavabdeh təşkilat tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Əliyar Əliyev küçəsinə bitişik hissəsindəki ikimərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə birbaşa çıxışı və minimum 4 metr enində cəbhəsi (sökülən əmlakının girişinə uyğun olaraq) olan 50 kv.m təmirli qeyri-yaşayış sahəsinin verilməsi və ya haz ırkı tariflərə uyğun olaraq dəyərinin ödənilməsi; 2) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; 3) söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; 4) məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin; 5) vurulmuş mənəvi zərərə görə 10.000 manat vəsaitin; 6) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1.000 manat məbləğində vəsaitin cavabdeh təşkilatdan alınaraq o na ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, tərəfindən qanunsuz olaraq sökülmüş, ona məxsus qeyri-yaşayış binasının altında olan ümumi torpaq sahəsi texniki pasporta əsasən 20,4 kv.m təşkil edirdi. Başqa sözlə, qeyri-yaşayış binasının tutduğu torpaq sahəsi təbii olaraq obyektin texniki ölçülərindən 31% daha böyük idi (15,6 + 31% » 20,4). İşdə olan MKİS tərəfindən verilmiş arayışdan, eskiz layihədən və Sərəncamın ləğvi ilə əlaqədar inzibati iş üzrə məhkəmənin təyin etdiyi ekspert rəyindən isə görünür ki, sözügedən qeyri-yaşayış binasının (qarajın) faktiki sahəsi söküntü aparılmadan öncə 25,4 kv.m olmuşdur. Müvafiq olaraq həmin obyektin altında yerləşən ümumi torpaq sahəsi isə 25, 4 + 31% “ 33 kv.m. təşkil edirdi Cavabdeh isə hazırda qeyri-qanuni zəbt etdiyi həmin 33 kv.m. torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Başqa sözlə, cavabdeh təşkilat üçün önəmli olan söküləcək obyekt yox, əslində onun altındakı faktiki ümumi torpaq sahəsidir. Mülkiyyətində olan qeyri-yaşayış binasını sökməklə cavabdeh şəxsi istifadəsində olan 33 kv.m. torpaq sahəsini qanunsuz ələ keçirmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, həmin ərazidə söküntü və tikinti quraşdırma işlərinin aparılmasının hüquqi əsası kimi, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nö mrəli Qərarı çıxış edir. Preambulaya əsasən, həmin Qərar sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən, bu məqsədlə, tikinti şirkətləri tərəfindən “... söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qərarda fiziki şəxslərin yalnız mülkiyyətində deyil, habelə istifadəsində olan torpaq sahələrinin əvəzləşdirilməsi də müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Az ərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Nəzərə alsaq ki, bu söküntü işləri dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak sayıla bilməz, tamamilə kommersiya, varlanmaq məqsədi ilə həyata keçirilir, deməli əmlak sahibinin maraqları, tələbləri faiz dərəcəsində daha çox nəzərə alınmalıdır və yalnız onun razılığı ilə həyata keçirilə bilər. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndində mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu təsbit edilmişdir. Göründüyü kimi, başqasının (cavabdehin) onun əmlakının dəyəri, neçə faiz əlavəsi ilə əvəzləşməli olduğu, nə qədər kirayə haqqı ödənəcəyi ilə bağlı sərəncam vermək, bir sözlə özünə sərf edəcək şəkildə mülkiyyət sahibinə dəyər diqtə etməsi yolverilməzdir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin Qərarının icrası istiqamətində tikinti quraşdırma işləri üzrə artıq bir neçə “pilot” layihələri işlənmiş və təhvil verilmişdir. Hər bir layihənin nəticəsi olaraq da layihənin əsas məqsədinə nail olmaq üçün analoji təcrübədə sakinlərin sahib olduqları, sökülmüş yaşayış və qeyri-yaşayış sahələri qarşılıqlı razılıq əsasında təxminən 40- 70% əlavə olmaq şər ti ilə müxtəlif faiz dərəcələrində daha geniş sahələrlə əvəzləşdirilmişdir. Deməli, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə ona vurulmuş zərəri cavabdehin qanunsuz əldə etdiyi 33 kv.m. torpaq sahəsinin qeyd edilən Fərmanın və Nazirlər Kabinetinin Qərarının tələblərinə və şəxsi əmlakı barədə müstəqil sərəncam vermək hüququna uyğun olaraq, əmlakının dövlət ehtiyacı olmadan, kommersiya məqsədi ilə əldə edildiyini də nəzərə alınaraq ortalama 50 faiz miqdarında ağlabatan dərəcədə artırmaqla (33 + 50% = 50), yəni 50 kv.m. olaraq naturada tələb etməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)315/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06 mart 2018-ci il tarixli, 98 nömrəli sərəncamı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə aid hissədə ləğv edilmişdir. Cavabdeh təşkilat isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasını faktiki olaraq qanunsuz sökməklə əsassız varlanmışdır. Odur ki, qanunsuz söküntü zamanı hələ tikinti altı sahə nəzərə alınmadan obyektin faktiki ölçüsünün 25,4 kv.m. olmasını və söküntü yerində iki mərtəbəli qeyriyaşayış sahəsinin tikilməsini (1-ci mərtəbə 25,4 kv.m. + 2-ci mərtəbə 25,4 kv.m.) nəzərə almaqla, iddiaçı tərəfindən 50 kv.m. qeyri-yaşayış sahəsinin (əsassız varlanma nəticəsində əldə edilmiş) tələb edilməsi qanuni və əsaslıdır. MMC-nin inzibati məhkəməyə verdiyi etirazda NK-nin məlum qərarına uyğun olaraq sakinlərə 300-500 AZN icarə haqqının verilməsi və mövcud sahədən minimum 20% artıq yeni sahə lərinin verilməli olduğunu özü etiraf edib (aralarında bağladıqları Müqavilədə də bu öz əksini tapmışdır). Hətta Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il 98 nömrəli Sərəncamının 2.6cı bəndində belə MMC-yə sakinlərlə qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi təmin olunsun tapşırığı verilib. Məhkəməyə təqdim olunmuş, söküntüdən əvvəlki foto şəkillərdən də sübüt olunur ki, həmin ərazidəki qeyri-yaşayış sahələri maşınların təmiri ilə bağlı kommersiya obyektləri kimi fəalliyyət göstərməkdə idi. Onun qeyri-yaşayış sahəsinin yerində inşa olunmuş ikimərtəbəli qeyri-yaşayış sahəsi hazırda tam hazırdır və kimlərsə həmin yerdə eyni fəaliyyət növü üzrə “AvtoTəkər” adı altında kommersiya fəa liyyəti ilə məşğul olmaqdadır. Bu da o deməkdir ki, həmin ərazidə yerləşən qeyri-yaşayış sahələri standart qaraj deyildilər və hətta 5 il bundan əvvəl də indiki fəaliyyət növünə uyğun olaraq, ölçülərinə və yoldan uzaqlıqlarına görə minimum 500 azn-dən başlayan aylıq icarə haqları ilə biznes obyektləri kimi fəaliyyət göstərirdilər. Bütün bu sadalalanları, həmin ərazidəki qeyri-yaşayış sahələrinin icarə haqlarını və əmlakı barədə müstəqil sənəncam vermək hüququnun olduğunu da nəzərə alaraq, ən minimumdan belə hesablansa, əldən çıxmış faydanın (icarə haqqının) ilk il üçün aylıq 500 azn-dən, sonrakı illər üçünsə real inflyasiya da nəzərə alınmaqla və biznes qaydalarına uyğun olaraq ildə bir dəfə icarə haqqının artım hüququ da nəzərə alınmaqla, yəni hər il icarə haqqı məntiqlə 100 azn artmaqla, növbəti illərdə uyğun olaraq 600, 700, 800, 900,... azn kimi hesablanmasını ağlabatan edir. Yəni qeyri-yaşayış obyekti naturada ona təhvil verilənə qədər 1-ci il üçün aylıq 500 azn məbləğində (12 x 500 = 6.000 azn), 2-ci il üçün 600 azn (12 x 600 = 7.200 azn), 3-cü il üçün 700 azn (12 x 700 = 8.400 azn), 4-cü il üçün 800 azn (12 x 800 = 9.600 azn), 5-ci il üçünsə 900 azn (12 x 900 = 10.800 azn) məbləğində kirayə haqqının əvəzi olaraq kompensasiya ödənilməsinə dair iddia tələbi irəli sürməkdə haqlıdır (təhvil verilmə gecikdiyi halda növbəti illərdə də hər ilə 100 azn kirayə haqqı qalxmaqla). 9. "xxxx" MMC tərəfindən verilmiş Ç-057 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1 kv.m torpaq sahəsinin orta hesa bla hazırki real bazar dəyəri 1.950 manat, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1 kv.m. qeyri-yaşayış sahəsinin orta hesabla hazırki real bazar dəyəri 3.520 manat təşkil edir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-22/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsinin cavabdeh təşkilata həvalə edilməsi, mənəvi zərərin əvəzi olaraq 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi, qalan hissələrdə iddianın təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak cavabdeh təşkilat tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə 19 saylı binanın arxasında sağdan 2 saylı qaraj iddiaçının adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla, tikinti altı sahəsi 20,4 kv.m təşkil etmişdir. Sökülmüş tikili Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə qarajlar sırasında 2 nömrəli qarajdır və təyinatı avtomaşınların saxlanılması üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin qarajın sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də sökülmüş qarajın əvəzində inşa edilmiş binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddiaçıya sökül müş qarajının əvəzində ünvan 4 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsi cavabdeh təşkilata yə həvalə edilməlidir.

12. Mənəvi zərərlə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmlakı cavabdeh tərəfindən onun razılığı olmadan söküldüyündən, ona mənəvi zərər dəymiş bu məbləgi məhkəmə 1.000 manat müəyyən edir və həmin məbləgin onun xeyrinə tutulması qənaətinə gəlir.

13. Məhkəmə hesab etmişdir ki, digər iddia tələbləri ilə bağlı iddiaçı məhkəməyə sübutlar təqdim etmədiyindən məhkəmə həmin hissələrin təmin olunmaması qənaətinə gəlmişdir.Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, ddiaçı tərəfindən iddia tələbinin əsaslılığı məhkəmə iclasında araşdırılan zaman sübuta yetirlmədiyindən mənəvi zərər in tutulması barədə iddiası təmin edilə bilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 16.1, 152.6, 385.1, 442, 425, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 5.3, 18, 152.1-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikay əti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, sökülmüş əmlakın əsas yola birbaşa çıxışı olmuş, yəni “ana” yolla eyni səviyyədə yerləşmiş, eyni zamanda heç də birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi “təyinatı avtomaşınların saxlanılması” olmamışdır. Həmin qaraj dörd tərəfi bağlı, daşdan inşa edilmiş, saxlanc yeri və kommersiya məqsədləri üçün istifadəyə tam yararlı olmuşdur. Başqa sözlə, qarajın istifadə təyinatı geniş olduğundan, onun maraqlarına tam uyğun olmuşdur. Lakin hazırki halda birinci instansiya məhkəməsinin tələbinə uyğun olaraq ona verilməli olan əmlakın yaşayış binasının birinci mərtəbəsində yerləşməli olması barədə qeydi etməməsi, gələcəkdə həmin qətnamənin icrasını mümkünsüz edəcəkdir. Belə ki, yeni inşa edilən tikililərdə qara j anlayışı olmur, həmin tikililərdə yeraltı dayanacaqlar olur ki, onlar da yol səviyyəsindən yaxşı halda 8 metr dərində (aşağıda) yerləşir, dörd bir ətrafı təhlükəsizlik baxımından açıq olur və yuxarıda qeyd edildiyi kimi istifadə funksionallığına görə onun maraqlarına uyğun deyildir. Qardaşına məxsus qeyri yaşayış sahəsi də eyni cavabdeh tərəfindən eyni formada sökülmüş, məhkəmənin müvafiq qətnaməsi ilə hazırki qətnaməyə oxşar məhkəmə aktı qəbul edilmiş, yəni ona da yeraltı dayanacaqda “qaraj” verilməsi öhdəliyi hazırki cavabdehin üzərinə qoyulmuş, lakin həmin qətnamə üzrə icra sənədi icrası mümkün olmayan sənəd kimi geri qaytarılmışdır və yekun qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilərək icraata götürülmüşdür. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il, 86 nömrəli qəra rında və Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il, 98 nömrəli Sərəncamının 2.6-cı bəndində belə cavabdeh təşkilatın sakinlərlə qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi təmin olunsun göstərişi verilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş, söküntüdən əvvəlki foto şəkillərdən də sübüt olunur ki, həmin ərazidəki qeyri-yaşayış sahələri maşınların təmiri ilə bağlı kommersiya obyektləri kimi fəalliyyət göstərməkdə idi. Ona məxsus qeyri yaşayış sahəsinin yerində inşa olunmuş ikimərtəbəli qeyri-yaşayış sahəsi hazırda tam hazırdır və həmin yerdə eyni fəaliyyət növü üzrə “AvtoTəkər” adı altında kommersiya fəaliyyəti ilə məşğul olmaqdadır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2083/23 nömrəli, 31 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş zərərin ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilərək,sökülmüş qeyri-yaşayış sahəsinin dəyəri olaraq 39.596,40 manat məbləğində pul vəsaiti cavabdeh təşkilatdan tutularaq iddiaçıya ödənilməsi,qətnamə mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilməsi və cavabdeh təşkilatdan iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbl əğinin 3.000 manat müəyyən edilməsi qət olunmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Bu hissədə qətnamə ləğv edilməli, iddiaçının tələbi bu hissədə qismən əsaslı olmaqla, qismən təmin edilməlidir. Texniki pasporta əsasən iddiaçının qanuni istifadəsində olmuş qarajın cavabdeh tərəfindən iddiaçının razılığı olmadan sökülməsi işin mübahisəsiz halıdır. İddiaçı da hazırda qarajın qanunsuz sökülməsi nəticəsində vurulmuş zərərinin əvəzinin naturada və ya dəyərinin ödənilməsini tələb etmişdir.

19. Apellyasiya İnstansiya Məhkəməsi onuda qeyd etmişdir ki, zərərin əvəzinin naturada ödənilməsi mümkün deyildir. Belə ki, cavabdeh tərəfindən tikilmiş binalarda yerüstü qarajlar nəzərdə tutulmamış, yeraltı parklanma yerləri nəzərdə tutulmuşdur. İd diaçı özü də yeraltı parklanma yerinin verilməsi ilə razı deyildir. Belə olan halda naturada ödəmək mümkün olmadığından, vurulmuş zərərin əvəzi olaraq dəyəri ödənilməlidir. İddiaçı tələbində 50 kv.m qeyri-yaşayış sahəsinin və ya dəyərinin ödənilməsini tələb etmişdir. 30 saylı MKİS-in texniki tərəfindən tərtib edilmiş sxemdə qarajın sahəsi 25,4 kv.m. göstərilmişdir.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən qarajın ümumi sahəsi 15,6 kv.m. təşkil edir. Yoxlamaölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, qaraj 8,1 kv.m. genişləndirilmiş, faktiki 23,7 kv.m. təşkil edir. xx.xx.2016-cı il tarixli Texniki pasp ortda qarajın plan üzrə sahəsi 15,6 kv.m, faktiki isə tikinti altı sahəsi 20,4 kv.m. göstərilmişdir. dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd kimi texniki Pasporta əsasən qarajın sahəsi 20,4 kv.m. təşkil edir. Bu isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qarajın sahəsinin müvafiq olaraq 20,4 kv.m. götürülməsini əsaslı hesab etmişdir.

20. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, həmin plan sxem xx.xx.2021-ci il tarixdə, yəni mübahisəli qarajın sökülməsindən 3 il sonra tərtib edilmişdir və planda göstərilmişdir ki, “İddiaçı istifadəsində olması iddia olunan qarajın şərti yerləşmə sxemi”, yəni aydındır ki, həmin plan sxem iddiaçının göstərdiyi koordinatlar əsasında tərtib edilmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının bu əsaslandırmasını düzgün hesab etməyərək qeyd etmişdir k i, “Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İstinad edilən 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi ilə nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiyanı nəzərdə tutmuşdur. İnzibati iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, kompensasiyanın məbləği müəyyən edilərkən qarajların və onların yerləşdiyi torpaq sahələrinin yalnız istifadə hüququ əsasında iddiaçılara məxsus olduğu, qanunvericiliyə əsasən həmin torpaq sahələrinin onlara müvəqqəti istifadəyə verildiyi və orada əsaslı tikintiyə yol verilmədiyi, bununla bağlı risklərin iddiaçıların məsuliyyət sferasına aid olduğu nəzərə alınmalıdır.

22. Qeyri-yaşayış binası – qarajın söküldüyü vaxt və sökülməsə idi hazırda dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2622-9/2790 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ek spertizasının rəyinə əsasən, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajın hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 39.600 manat (20,4x1941) məbləğində, 2018-ci ilə nəzərən isə 25.800 manat (39.600-35%) olduğu müəyyən olunur.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən qanunsuz sökülmüş qarajın sahəsi 20,4 kv.m. olduğundan, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 39.596,4 manat (20,4x1941) məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir.

24. İddiaçının digər tələbləri - əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1.000 manat məbləğində vəsaitin ödənilməsi hissəsində məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə bu hissələrdə məhkəməyə sübutlar təqdim edilmədiyindən rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası mənəvi zərər hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab etmişdir ki, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının tələb etdiyi hədd ə mənəvi zərərin tutulması ağlabatan və ədalətli deyil. Bu məqsədlə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulması yetərlidir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1115-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2 və 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (Vəkil5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti işin hallarına uyğun belə əsaslardırılmışdır ki,

1. Cavabdeh təşkilat tərəfindən iddiaçının daşınmaz əmlakına münasibətdə açıq-aşkar cinayət törədilmişdir, yəni həmin daşınmaz əmlak bütün əşyalarla birlikdə qəsdən məhv edilərək talan edilmişdir.(CM 186, 187, 308, 322-ci maddələrinə istinad etmiş). 29.

2. Cavabdehə ayrılan torpaq sahəsi dövlət ehtiyacına aid olmadığına görə kommersiya (varlanmaq) məqsədi daşıdığından, cavabdeh həmin əmlakı mülkiyyətçi ilə, yəni iddiaçı ilə yalnız qarşılıqlı razılaşma yolu ilə əldə edə bilərdi. 30.

3. Cavabdeh təşkilat söküntü və tikinti-quraşdırma işlərinə başlaya bilərdi ancaq sərəncam vermək hüququ m ülkiyyət hüququnun tərkib hissəsi olmaqla, sırf mülkiyyətçinin şəxsi mülahizəsinə bağlıdır və kimsə mülkiyyətçini əmlakı satmağa məcbur edə bilməz və yaxud həmin əmlak barəsində qiymət təyin edə bilməzdi. İddiaçının da mülkiyyətində olan daşınmaz əmlakını satmaq niyyəti olmadığından və cavabdeh onu qəsdən məhv etdiyindən, həmin əmlakın qiymətini də məhz iddiaçı özü təyin etməlidir. Məhkəmələr yalnız buna uyğun qətnamə qəbul etməli idilər. Məhkəmələr iddianı məhz iddia tələbində əks olunan şəkildə təmin etməli olduğu halda, maddi hüquq normalarını düzgün tətbiq etməməklə mülkiyyət hüququ cinayət yolu ilə pozulmuş iddiaçını əlverişsiz duruma salmışlar. 31.

4. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın cinayət yolu ilə cavabdeh tərəfindən dağıdılması və içərisində olan əşyalarının talan e dilməsi, illərdir davam edən məhkəmə çəkişmələri, iddiaçının hüquq pozuntusu nəticəsində səhhətinin pisləşməsi (bununla bağlı müvafiq tibbi sənədlər təqdim edilmişdir) onun şüuruna ağır təsir göstərməklə mənfi psixoloji reaksiyaya, fiziki, mənəvi sarsıntılara və iztirablara səbəb olmuşdur. Mübahisəli əmlakının cinayətkarcasına talan edilməsi nəticəsində ona vurulan mənəvi zərərin həcmi əslində maddi dəyərlə ölçülə bilməz, lakin pul təzminatı yolu ilə qismən kompensasiya oluna bilər. 32.

5. İddiaçı sökülən əmlakın dəyərinin ödənilməsi ilə bağlı tələb irəli sürməmişdir və məhkəmənin iddia tələbindən kənara çıxmaq səlahiyyəti tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. Hətta məhkəmə qətnaməsi qəbul edilmədən öncə ekspertiza rəyinə yazılmış etirazda da bu məsələyə yazılı formada izah verilmiş və iclasda da bu barədə geniş müzakirə aparılmışdır. 33.

6. Sökülmüş daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunsada apellyasiya məhkəməsi təyin etdiyi ekspertiza qarşısında qəbul edəcəyi qətnaməyə uyğun olaraq sualları öncədən uyğunlaşdırmış və iddia tələbində əks olunan hallarla bağlı sual qoymamışdır. Apellyasiya instansiya məhkəməsinə təqdim edilən etiraza belə məhəl qoyulmamışdır. 34.

7. Əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin tutulması və əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1.000 manat məbləğində vəsaitin tutulması olmuşdur. Birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə ümumiyyətlə qiymət verməmişdir və onları əsaslandırmadan, müzakirə etmədən rədd etmişlər.

35. Birinci instansiya və apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş sübutlara düzgün qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. MAddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 95.1. Elekt ron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

45. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansi yası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 56. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 57. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

58. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin ha nsı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 59. “M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formal aşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

60. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

61. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan tələbi ilə bağlı iddiası üzrə işə baxarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2083/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar