Məhkəmə qərarları › İş №2(102)-7304/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7304/2019

05.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7304/2019 05.12.2019 ALİ MƏHKƏMƏ İCRA VƏRƏQƏSİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2019-cu il tarixli 2(103)6427/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2019-cu il tarixli 2(103)-6427/2019 nömrəli qətnaməsi Cavabdeh2 m ünasibətdə ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-412/2018 saylı qətnaməsi ilə 21.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləği dəyişdirilməklə, 21.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 verilsin. Aliment məbləğinin hesablanması və və ödənilməsi qərar qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. “İcra haqqında” AR Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” AR Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” AR Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tələbkar - xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Cavabdeh2. Ünvan: Bakı şəhəri *************************** Borclu - xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı. Ünvan: Bakı şəhəri, *************** ********(AZE********, 04.03.2013-cü il Suraxanı RPİ) İcra vərəqəsi 07.01.2020-ci il tarixdə verilmişdir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar