Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7315/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” ASC nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2(103)4748/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC, cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 1 3 iyul 2018-ci il tarixli, 2(001)-660/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) iddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” Şirkəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi və digər tələblər” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 27 aprel 2016-cı il tarixə olan əsas borca görə 378.500 ABŞ dolları, faiz borcuna görə 58.383,55 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxx rayonu, Ə.Kərim küçəsində, 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi, həmçinin Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəs ində yerləşən 0.06 ha torpaq sahəsinin real bazar qiymətinin 90.000 manat olmaqla yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı təşkilata olan borcunun ödənilməsi, tutma Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinə yönəldildikdən və fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin ailə üzvləri ilə birlikdə 1 ay müddətində ipoteka predmetindən çıxarılmaları, eləcə də kredit borcu ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən artıq qalan hissənin Cavabdeh2 qaytarılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı təşkilat və cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2(103)4748/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilib, cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh2 müştərək qaydada əsas borca görə 378.500 ABŞ dolları, faiz borcuna görə 83.732,47 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ilkin satış qiyməti 270.000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxx rayonu, Ə.Kərim küçəsi, 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evinə, həmçinin ilkin satış qiyməti 280.000 manat müəyyən edilməklə Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və tutma Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinə yönəldildikdən və fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin ailə üzvləri ilə birlikdə 1 ay müddətində həmin ipoteka predmetlərindən çıxarılmaları və ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan məbləğin Cavabdeh2 qaytarılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı “xxxx” ASC, cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh3 ayrı-ayrılıqda qətnamədən kas sasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və digər tələblər” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən “xxxx” Şirkətinə dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd və qeyri-nağd şəkildə istifadə olunmaqla 383.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 05 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan və “xxxx” MMC-nin 20 avqust 2014-cü il tarixli qiymətləndirici rəyi ilə 270.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, Əli K ərim küçəsində, mülkiyyətdə olan 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evi və “xxxx” MMC-nin 20 avqust 2014-cü il tarixli qiymətləndirici rəyi ilə 280.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla Cavabdeh2 arasında 05 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Dəfələrlə tələb edilməsinə baxmayaraq “xxxx” Şirkəti kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhk əmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlib. İddiaçı “xxxx” ASC kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hisəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh3 eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdehlər “xxxx” Şirkətinin və Cavabdeh3 eyni məzmunlu kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” ASC nümayəndəsi xxx və vəkili xxx öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “xxxx” Şirkəti, Cavabdeh3, onların vəkili xxx və Cavabdeh2 məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxararkən, tərəflər arasında kredit, ipoteka və zaminlik hüquq münasibətlərinin yaranmasına, cavabdeh “xxxx” Şirkətinin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, faiz borcunun düzgün hesablanmamasına, ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə və beləliklə də birinci instansiya məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən “xxxx” Şirkətinə dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd və qeyr i-nağd şəkildə istifadə olunmaqla 383.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 05 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan və “xxxx” MMC-nin 20 avqust 2014-cü il tarixli qiymətləndirici rəyi ilə 270.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, Əli Kərim küçəsində, mülkiyyətdə olan 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və “xxxx” MMC-nin 20 avqust 2014-cü il tarixli qiymətləndirici rəyi ilə 280.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. Bundan başqa kredit müqaviləsi üz rə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla Cavabdeh2 arasında 05 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. İlk əvvəl apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Cavabdeh3 iddiaçı təşkilat qarşısında hər hansı öhdəliyi olmadığı halda, kredit borcunu digər cavabdehlərlə yanaşı müştərək qaydada ondan tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, hər hansı qanuna istinad etmədən iddia tələblərindən kənara çıxmış dır. Ona görə də apellyasiya instansiyası məhkəməsi MPM-nin 387.1-ci maddəsinin tələblərinə istinad edib düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Digər tərəfdən mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə- onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə- öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi, vax tında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq müəyyən etmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranıb və iddiaçı təşkilat həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək, müqavilədə göst ərilən pul məbləğini “xxxx” Şirkətinə verdiyi halda, sonuncu həmin kredit müqaviləsi üzrə aldığı kredit məbləğini ödəniş qrafikinə uyğun olaraq vaxtında və lazımi qaydada icra edib iddiaçı təşkilata geri qaytarmadığına görə, iddiaçı təşkilatın kredit borcunu “xxxx” Şirkətindən tələb etmək hüququ əmələ gəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” 28 dekabr 2011-ci il tarixli Qərarı). İddiaçı təşkilatın 06 aprel 2016-ci il tarixli maliyyə arayışına görə, 25 avqust 2017-cı il tarixə “xxxx” Şirkətinin iddiaçı təşkilata ödənilməmiş 378.500 ABŞ dolları əsas, 107.252,98 ABŞ dolları faiz borcu vardır. İşə əlavə edilmiş 03 iyul 2017-ci il tarixli ekspert rəyinə görə, “xxxx” şirkətinin 06 aprel 2016-cı il tarixə iddiaçı təşkilata ödənilməmiş əsas borcu 383.000 ABŞ dolları, faiz borcu 58.383,55 ABŞ dolları təşkil edir. Eyni zamanda işə əlavə edilmiş 09 mart 2018-ci il tarixli digər ekspert rəyində isə “xxxx” Şirkətinin 27 aprel 2016-cı il tarixə iddiaçı təşkilata ödənilməmiş əsas borcu 383.000 ABŞ dolları, faiz borcu 61.287, 96 ABŞ dolları; 28 avqust 2017-ci il tarixə əsas borcu 383.000 ABŞ dolları, faiz borcu 127.812,94 ABŞ dolları; 12 sentyabr 2017-ci il tarixə əsas borcu 383.000 ABŞ dolları, faiz borcu 129.749,21 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəylərinə MPM-nin 88, 103.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verib müəyyən etmişdir ki, iddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışlarında “xxxx” Şirkətinin iddiaçı təşkilata ödənilməmiş əsas borcunun 378.500 ABŞ dolları, faiz borcunun isə 107.252,98 ABŞ dolları olduğu qeyd edilsə də, iş üzrə keçirilmiş ekspert rəylərində iddiaçı təşkilat tərəfindən ödənilməsi iddia edilən əsas borcun çox hesablandığı müəyyən olunur. Belə olan halda əsas borc məbləği ekspertiza rəyində g östərilən həddə deyil, iddia tələbində göstərilən həddə müəyyən edilməlidir. Çünki, ekspert rəyləri ilə müəyyən edilmiş əsas borc məbləğinin “xxxx” Şirkətindən tutulması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yolverilməzdir. Ona görə də “xxxx” Şirkəti və Cavabdeh2 iddiaçı təşkilatın xeyrinə tutulan əsas borcun məbləği 378.500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, işdə olan hesabdan çıxarış və digər maliyyə sənədləri ilə təsdiq olunur ki, “xxxx” Şirkəti tərəfindən sonuncu dəfə kredit borcundan 03 dekabr 2015-ci il tarixdə 4.511 ABŞ dolları ödəniş edilib, onun da 4.500 ABŞ dolları əsas borca, 0,11 ABŞ dolları isə fa iz borcuna silinib. Eləcə də ödənişlər gecikmələrlə aparıldığından, artıq həmin tarixə “xxxx” Şirkətinin 45.871,96 ABŞ dolları ödənilməmiş faiz borcu yaranıb. Əsas qalıq borcunun müqavilə müddəti üçün gündəlik faizləri 136,6805 ABŞ dolları (378.500x13%:360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 277 gün, yəni sonuncu ödəniş günündən (03 dekabr 2015-ci il) müqavilə müddəti bitdiyi günədək (05 sentyabr 2016-cı il) olduğu müəyyən edilir ki, bu da 37.860,51 ABŞ dolları təşkil edir. 03 dekabr 2015-ci il tarixə yığılmış faiz borcu (45.871,96 dollar) və həmin tarixdən müqavilə müddəti bitdiyi tarixə hesablanmalı olan faiz borcu (37.860,51 dollar) toplandıqda, “xxxx” Şirkətinin müqavilə müddəti bitdiyi 05 sentyabr 2016-cı il tarixə 83.732,47 ABŞ dolları faiz borcu yarandığı müəyyən olunur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “xxxx” Şirkəti və Cavabdeh2 05 sentyabr 2016-cı il tarixə iddiaçı təşkilata ödənilməmiş faiz borcu 83.732,47 ABŞ dolları təşkil edir və iddia tələbi faiz borcunun tutulması hissəsində qeyd olunan məbləğdə təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, “xxxx” Şirkətinin və Cavabdeh3 kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb, kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində də ə saslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olun muş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu “xxxx” Şirkəti tərəfındən vaxtında və lazımi qaydada icra edilmədiyindən, iddiaçı təşkilatın kredit borcunun ipoteka predmetlərinə yönəldilməsini, həmin borcun ipoteka predmetlərinin dəyərindən ödənilməsini, eləcə də ipoteka predmetlərinin açıq hərracdan satılmasını tələb etmək hüququ əmələ gəlmişdir. Digər tərəfdən işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, ipoteka predmetlərinə dair ipoteka müqavilələri bağla narkən, Cavabdeh2 və Cavabdeh3 daşınmaz əmlakların iddiaçı təşkilata kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişlər və eyni zamanda ipoteka predmetlərinə tutma yönəldildikdə və onlar satıldıqda oranı qeyd-şərtsiz tərk edəcəklərinə dair yazılı öhdəlik götürmüşlər. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərrac dan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanıb və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, Əli Kərim küçəsində, mülkiyyətdə olan 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evi torpaq sa həsi ilə birlikdə və Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və onlardan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait kifayət etmədikdə kredit borcunun ümumi qaydada icra edilməsi” hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayıb düzgün olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü mad dəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “xxxx” MMC 26 iyun 2018-ci il tarixli qiymətləndirici rəyinə görə, Bakı şəhəri, xxx rayonu, Ə.Kərim küçəsində yerləşən 0.0256 ha torpaq sahəsi üzərində yerləşən 14 “A” saylı fərdi yaşayış evinin real bazar qiyməti 105.000 manat, 26 iyun 2018-ci il tarixli qiymətlənidirici rəyinə görə, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin real bazar qiyməti 90.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəmə si sözügedən qiymətləndiricinin rəylərini MPM-nin 88, 103.1-ci maddələrinin tələbləri baxımından işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirib düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmetləri olan Bakı şəhəri, xxx rayonu, Ə.Kərim küçəsində, 0.0256 ha torpaq sahəsində yerləşən 14 “A” saylı fərdi yaşayış evinin bazar dəyərinin 270.000 manat, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyərinin isə 280.000 manat müəyyən edilməsi inandırıcı, ağlabatan olmaqla, işə əlavə edilmiş sübutlara tam uyğundur və işdə, bunun əksinə təsdiq edən heç bir yazılı sübut yoxdur. Ona görə də iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.1-ci ma ddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətlər i isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC, cavabdehlər “xxxx” Şirkəti və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2(103)-4748/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7315/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7315/2019
03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver