Məhkəmə qərarları › İş №2(102)-732/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-732/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X2 ibarət tərkibdə, X11 oğlunun katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlunun, Cavabdeh-nin və eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1247/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə i şə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh-nə qarşı “mənzilə istifadə hüququnun maneəsiz həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu cavabdehlər Cavabdeh-nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4045/17 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 m übahisə predmetinin yönəldiyi mənzilə dair istifadə hüququ tanınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının 2(103)-155/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X5 qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana kimi hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı cavabdeh X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx.xx.2018-ci il tarixli 2(011)3546/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdehl ər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri də baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Xəlilovun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-155/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh-nə qarşı “mənzilə istifadə hüququnun maneəsiz həyata keçirilməsi” tələbinə dair 2(103)-155/2018 saylı mülki iş üzrə icraat təzələnmiş, eyni zamanda İddiaçı cavabdeh X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-12256/2018 saylı mülki iş hazırkı mülki işlə əlaqəli olduğu üçün onların bir icraatda birləşdirilərək baxılması qərara alınmışdır. Birləşdirilmiş mülki işlərə 2(103)-155/2018 nömrəsi verilmişdir. Mülki işlərə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, mü bahisə predmetinin yönəldiyi ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının 20-ci mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 90 saylı mənzil Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə bir icraatda baxılması üçün birləşdirilmiş mülki işlərin ayrılması, İddiaçı Cavabdeh-yə qarşı “mənzilə istifadə hüququnun maneəsiz həyata keçirilməsi” tələbinə dair ilkin, Cavabdeh-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddialarla bağlı mülki iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(006)-4045/17 sayl ı, 18 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunaraq mülki işin aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi, həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunana kimi İddiaçı cavabdeh X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-3546/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Cavabdeh-nə qarşı “mənzilə istifadə hüququnun maneəsiz həyata keçirilməsi” tələbinə dair ilkin, Cavabdeh-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “mənzildən istifadə hüququnun tanınmas ı” tələbinə dair iddialarla bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx.xx.2019-cu il tarixli 2(011)-3829/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, X5 saylı yaşayış binasının 20-ci mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı, xxx saylı mənzildən İddiaçı istifadə hüququna maneələr yaratması Cavabdeh-nə qadağan edilmiş, Cavabdeh-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbləri isə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı və İddiaçı iddia tələbinin rədd edilməsi, X5 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3829/2019, xx.xx. 2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(103)-8352/2019 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə bir icraatda baxılması üçün Xətai Rayon Məhkəməsinin 2(011)-3546/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə hazırkı işlə birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1247/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-3546/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov ) 2(103)-1247/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, X5, xx xxxx 2019-cu il tarixli qətnamələri onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X5 oğlu və Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, X5 iddiasının təmin edilməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, sübutlara bütövlükdə yanlış qiymət verilərək qətnamə bütövlükdə apellyasiya instansiyası məhkəməsinin mülahizələri üzərində qurularaq yanlış və ədalətsiz qənaətə gəlməklə qəbul edilmiş qətnamə olmuşdur. Belə ki, apellyasiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə X ətai Rayon Məhkəməsinin 2(011)- 3546/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində məlum olmuşdur ki, Cavabdeh ilə alıcı X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/2 saylı müqavilə saxta müqavilədir. Bunla razılaşmayaraq qeyd olunmuşdur ki, Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə hüquq verən sənəddir və həmin sənədin saxtalığı (saxtalaşdırılması) cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma nəticəsində müəyyən olunan məsələdir. Mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmə tərəfindən gəlinən bu qənaət mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, vətəndaş X5 pulunu ödəməklə MTK-dan mənzil almışdır. Belə olan halda ona maraqlı olmalı deyil ki, həmin müqavilə forması lazer printeri və ya axınlı printer vasitəsilə çap edilmiş olsun. Məhkəmənin bu hala istinad edərək müqaviləni saxta adlandırması absurddur. Qanunvericilikdə müqavilənin vərəqlərinin fərqli və ya eyni printer vasitəsilə çap olunmasına dair imperativ göstəriş yoxdur. Müqavilənin etibarlı olması üçün tərəflərin iradə ifadəsi şərtdir ki, bu hal da hazırki mülki üzrə mövcuddur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi müqavilənin saxta olmasını əsaslandırarkən məhkəmə texniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinə istinad etmişdir. Məhkəmə qətnaməsi ekspert rəyinə əsaslanmaqla qeyd edir ki, X5 D MMC arasında bağlanmış müqavilədə montajın əlamətləri aşkar olunur. Halbuki həmin ekspertiza birtərəfli qaydada və qərəzli olaraq aparılmışdır. Belə ki, ekspertiza tədqiqatı İddiaçıla Sahil D MMC ara sında imzalanan müqavilənin əslinin üzərində aparıldığı halda X6 D MMC arasında imzalanmış müqavilənin surətinin üzərində aparılmışdır. Bu kobud prosessual pozuntudur. Belə olan halda əslində ekspert bu müqavilə üzrə rəy verməkdən imtina etməli idi. Belə ki, müqavilənin əslindən surətləri çıxarılarkən sənəd müəyyən dəyişikliklərə məruz qalır və belə olan halda ekspertiza tədqiqatı aparıla bilməz. Sənədin əsli olmadan ekspertizanın aparılması ekspertiza fəaliyyəti haqqında qanunun tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsinin yalnız ekspert rəyi ilə müəyyən olunmuş bu hala istinad etməklə sənədin “saxtalığı”, barədə gəldiyi nəticə kifayət qədər əsaslı deyil. Ona görə də işə baxan məhkəmə hər iki müqavilədə olan digər halların həqiqiliyini, faktiki sahibini, həmçinin real bazar q iymətlərini müəyyən etməli idi. Məsələn, ən azından ekspertiza təyin etməklə həmin dövrdə mənzillərin hər kv.m üçün real bazar qiymətini müəyyən edilə bilərdi. Bu isə işin faktiki halına birbaşa təsir edən hal kimi qiymətləndirilməli idi. Apellyasiya instansiyasında məhkəməyə qiymətləndirmə ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə obyektivliyi təmin etmək baxımından həmin vəsatəti təmin etməli idi. Lakin məhkəmə bunu etməmiş və qərəzli olaraq qarşı tərəfin mənafeyini müdafiə edərək sübutlara birtərəfli qaydada yanaşmışdır. Ona görə işə yenidən baxılarkən mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək baxımından tərəflərə qeyd olunan məsələ ilə bağlı sübutların təqdim olunması təklif edilməli, prosessual hüquqlarının həyata keçirilməsində o nlara müvafiq köməklik göstərilməlidir. İş üzrə sübutlara qiymət verərkən yalnız bir sübutu əsas tutmaqla deyil, sübutlara ümumi məcmu şəkildə qiymət verilməlidir. Təqdim edilmiş qiymətləndirmə barədə rəydən görünür ki, həmin mübahisəli ərazidə həmin dövrdə 500 kv.m manata olan mənzil olmamışdır. Bu da bir başa onu göstərir ki, İddiaçı tərəfindən bağlanan müqavilə əslində özü-özlüyündə uydurma olmaqla əhəmiyyətsiz əqddir. Bununla bağlı apellyasiya instansiyasında da qiymətləndirmə ilə bağlı vəsatət verilsə də, məhkəmə kollegiyası verilmiş vəsatəti təmin etmədi. Bu isə işin ədalətsiz, qeyri obyektiv həll edilməsi və düzgün nəticəyə gəlməməsi ilə nəticələndi. İşə baxan apellyasiya instansiya məhkəməsi, mənzilin hazırda kimin faktiki sahibliyində olması məsələsini araşdırmamış və ona hüquqi q iymət verməmiş, nədə ki, mənzilin faktiki dəyərinin müəyyən edilməsi istiqamətində heç bir tədbir görməməklə qanunsuz qətnamə qəbul etmişdir. Hazırki qətnamə X5un mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Cavabdeh-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunvericilikdə müqavilənin vərəqlərinin fərqli və ya eyni printer vasitəsilə çap olunmasına dair imperativ göstəriş yoxdur. Müqavilənin etibarlı olması üçün tərəflərin iradə ifadəsi şərtdir ki, bu hal da hazırki mülki üzrə mövcuddur. İşə baxan apellyasiya instansiya məhkəməsi, mənzilin hazırda kimin faktiki sahibliyində olması məsələsini araşdırmamış və ona hüquqi qiymət verməmiş, nədə ki, mənzilin faktiki dəyərinin müəyyən edilm əsi istiqamətində heç bir tədbir görməməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsində qeyd etdiyi əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Müqavilənin etibarlı hesab edilməsi üçün qanunvericilikdə bir sıra əsaslar nəzərdə tutulmuşdur. İlk öncə tərəflərin könüllü iradə ifadəsi əsas şərtdir. Hal-hazırki vəziyyətdə də müəyyən olunur ki, tərəflər yəni, X5 və “xxxx” MMC könüllü iradə ifadəsi əsasında həmin müqaviləni bağlamışlar. Müqavilənin formal olaraq deyil, yəni həqiqi niyyətlə bağlanması da müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərtlərdəndir. “xxxx” MMC ilə X5 arasında imzalanan müqavilə üzrə mənzilin ona təhvil verilməsi barədə xxxx MMC öhdəlik götürüb və həmin öhdəliyi yerinə yetirib, mənzil ona təhvil verilib. O isə mənzilin dəyəri ola n pulu xxxx MMC-nə ödəmək öhdəliyini öz üzərinə götürmüş və həmin öhdəliyi yerinə yetirərək mənzilin dəyərini tam olaraq ödəmişdir. Bu barədə ona “xxxx” MMC tərəfindən maliyyə arayışı da verilmişdir. Tərəflərin izahatları: Cavabdeh-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlunun vəkili Vəkil məhkəmə kollegiyası iclasında kassasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək iş üzrə hər iki kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edi r. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfində n iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki: Cavabdeh ilə alıcı X5 oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/2 saylı müqavilədən müəyyən olunur ki, satıcı X5 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226,6 kv.m olan 5 otaqlı xxx saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci və 2.2.2-ci bəndlərindən müəyyən olunur ki, alıcı yaşayış binasının ümumi tikinti sahəsi 226,6 m2 olan yaşayış sahəsinin hər m2 üçün 800 manat olmaqla müqavilənin ümumi məbləği 181.280 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh-nin xx.xx.2007-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, Cavabdeh-nə məxsus olan ünvan 2 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi tikinti sah əsi 226,6 m2 olan 5 otaqlı mənzilin pay dəyəri payçı X5 oğlu tərəfindən tam ödənilmiş, onun Cavabdeh-nə borcu yoxdur. Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 340 saylı müqavilədən müəyyən olunur ki, satıcı ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 90 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndindən müəyyən olunur ki, alıcı yaşayış sahəsinin hər m2 üçün 530 manat olmaqla müqavilənin ümumi məbləği olan 120.000 manatı satıcıya ilkin pay kimi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh-nin xx.xx.2013-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh-nə məxsus olan ünvan 2 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 20-ci mərtəbəsində yer ləşən ümumi tikinti sahəsi 226,6 m2 olan 5 otaqlı 90 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, onun Cavabdeh-nə borcu yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-517/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh-nin direktoru X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 15532 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş Cavabdeh ilə X5 oğlu arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilədə, həmin tarixli və nömrəli müqavilənin “xxxx” əlyazma mətni olan nüsxəsində və həmin müqaviləyə dair mali yyə arayışının “xxxx” əlyazma mətni olan nüsxəsində, Sahil-D MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli 340 nömrəli müqavilədə və həmin müqaviləyə dair maliyyə arayışında olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. Rəydən müəyyən olunur ki, həmin möhür əksləri təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Rəydən müəyyən olunur ki, Cavabdeh ilə X5 oğlu arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilənin və həmin müqaviləyə dair maliyyə arayışının “xxxx” əlyazma mətni olan nüsxələrindəki Cavabdeh-nə aid hissəsində olan imzanın və möhür əksinin təsvirlərinin yerləşdiyi hissədə montajın əlamətləri vardır. Rəydən müəyyən olunur ki, təqdim olunmuş Cavabdeh ilə X5 oğlu arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilənin birinci vərəqinin mətni və ikinci vərəqinin aşağı hissəsində olar “xx xxxxxx 2007-ci il” mətni axınlı printer vasitəsilə çap edilmiş, müqavilənin ikinci vərəqinin mətni lazer printeri vasitəsilə çap edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh ilə X5 arasında tərtib edilmiş xx.xx.2007ci il tarixli 07/2 nömrəli müqavilənin ikinci vərəqinin aşağı hissəsində yerləşən “xx xxxxxx 2007-ci il” mətnin yerində əvvəllər başqa mətn olmuş, sonradan yerli və intensiv mexaniki üsulla pozma aparılmış və üzərindən axınlı printer vasitəsilə hal-hazırkı mətn çap edilmişdir. Rəydən müəyyən olunur ki, əvvəlki mətnin ilkin məzmununu “Tədqiqat prosesinin təsviri” hissəsinin 7-ci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il 15218 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh və X5 oğlunun adlarından olan xx.xx.2007-ci il tarixli ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 20ci mərtəbəsində yerləşən sahəsi 226,6 m2 5 otaqlı 90 saylı mənzilin alqı-satqısına dair müqavilənin 2-ci vərəqəsində satıcı qrafasındakı imza, Cavabdeh və İddiaçı adlarından olan ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən sahəsi 226,6 m2 olan 5 otaqlı 90 saylı mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli müqavilənin 1-ci vərəqinin aşağı hissəsində möhür əksi üzərindəki imza və 2-ci vərəqəsində satıcı qrafas ındakı imza, həmin müqaviləyə dair xx.xx.2013-cü il tarixli maliyyə arayışında Cavabdeh-nin direktoru qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 81-82-ci vərəqlərində olan Cavabdeh və X1 adlarından olan 2007-ci il tarixli müqavilənin 2-ci vərəqəsində alıcı qrafasındakı imza ilə mülki işin 84-85-ci vərəqlərində olan Cavabdeh və X5 oğlunun adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin 2-ci vərəqəsində alıcı qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli xüsusi qərardadı ilə Cavabdeh-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əməllərinin əlamətlərinin aşkara çıxması barədə Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilməsi qərara almışdır. “xxxx” MMC ilə Cavabdeh arasında birgə fəaliyyət barədə razılığa dair 2007-ci ilin fevral ayında bağlanmış müqaviləyə əsasən binanın layihələndirilməsi və tikintisi məqsədi ilə “xxxx” MMC-nin istifadəsinə verilən ünvan 5 ünvanında binanın layihələndirilməsi və inşası Cavabdeh-nin vəsaitləri hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində Cavabdeh ilə alıcı X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/2 saylı müqavilə saxta müqavilə olduğu müəyyən edilmişdir. Bu faktla bağlı birinci instansiya məhkəməsi iş üzrə xx xxxxxxxx 2018-ci il tarixdə xüsusi qərardad çıxardaraq Cavabdehnin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əməllərinin əlamətlərinin aş kara çıxması barədə Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilməsini qərara almışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-3829/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “Cavabdeh” ilə alıcı X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07/2 saylı müqavilə bağlanan zaman MMC-nin buna səlahiyyəti ümumiyyətlə olmamışdır, belə ki, həmin müqavilədəki mənzilin yerləşdiyi binanın tikintisi barədə “xxxx” MMC ilə Cavabdeh arasında birgə fəaliyyət barədə razılıq 2007-ci ilin fevral ayında bağlanmışdır, mübahisəli müqaviləni isə MMC üçüncü şəxslə 2007-ci ilin yanvar ayında bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, Xətai rayonu, F.Bayramov küçəsindəki 1156 saylı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədilə “ İSR” X3 istifadəsinə verilmiş, “İSR” X9 ilə Cavabdeh arasında 2007-ci ilin fevral ayında bağlanmış “Birgə fəaliyyət barədə müqavilə ilə isə ayrılmış ərazidə yaşayış binalarının layihələndirilməsi və inşası cəmiyyətin vəsaitləri hesabına həyata keçirilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, müqavilənin imzalandığı andan bağlanmış hesab olunduğu və həmin andan qüvvəyə mindiyi müəyyənləşdirilmişdir. ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının, 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 226.6 kv.metrdən ibarət olan 5 otaqlı 90 saylı mənzillə bağlı Cavabdeh ilə alıcı X5 oğlu arasında xx.xx.2007-ci il tarixdə, Cavabdeh ilə alıcı İddiaçı arasında xx.xx.2013-cü il tarixdə ayrı-ayrı müqavilələr bağlanmışdır. Hər iki müqavilə üzrə alıcılar mənzilin onlara təhvil verilməsini tələb etdiyindən apellyasiya məhkəməsi haqlı olaraq, tələb hüququnun əsasında duran müqavilələrin(sübutların) mötəbərliyini araşdırmış və onları Mülki Məcəllənin tələbləri baxımından qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı bir inin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İlk növbədə qeyd edilməlidir ki, X5la Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilə subyekt tərkibinə aid edilən şərtə cavab vermir, belə ki, göstərilən ərazidə yaşayış binalarının Cavabdeh tərəfindən inşası və s. səlahiyyətləri “İSR” X9 ilə bağlanmış birgə fəaliyyət haqqında 2007-ci ilin fevral ayında bağlanmış müqaviləyə əsasən yarandığından Cavabdeh xx.xx.2006-cı il tarixdə həmin yaşayış binasında yerləşən mənzillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X5 oğlu arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilənin və həmin müqaviləyə dair maliyyə arayış ının “xxxx” əlyazma mətni olan nüsxələrindəki Cavabdeh-nə aid hissəsində olan imzanın və möhür əksinin təsvirlərinin yerləşdiyi hissədə montajın əlamətləri vardır. Təqdim olunmuş Cavabdeh ilə X5 oğlu arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilənin birinci vərəqinin mətni və ikinci vərəqinin aşağı hissəsində olar “xx xxxxxx 2007-ci il” mətni axınlı printer vasitəsilə çap edilmiş, müqavilənin ikinci vərəqinin mətni lazer printeri vasitəsilə çap edilmişdir. Cavabdeh ilə X5 arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 07/2 nömrəli müqavilənin ikinci vərəqinin aşağı hissəsində yerləşən “xx xxxxxx 2007-ci il” mətnin yerində əvvəllər başqa mətn olmuş, sonradan yerli və intensiv mexaniki üsulla pozma aparılmış və üzərindən axınlı printer vasitəsilə hal-hazırkı mətn ça p edilmişdir. Əvvəlki mətnin ilkin məzmununu “Tədqiqat prosesinin təsviri” hissəsinin 7-ci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mənzilin Cavabdeh tərəfindən X5 satıldığını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş yazılı sübutun tamlığının pozulması, onun tarixində düzəlişin aparılması həmin sübutun mötəbər sübut kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yara tmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, X5 tələbini əsaslandıran xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə etibarlı əqd olmadığından həmin əqd düzgün olaraq məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.İddiaçıla xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin etibarsızlığı üçün iş üzrə heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hə lə verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 157-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən maddi hüquq normaları baxımından İddiaçı Cavabdeh ilə b ağlanmış xx.xx.2013cü il tarixli müqaviləyə əsasən mənzilə köçürülməsini və ona yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmin mənzilin daha əvvəl başqa şəxsə satılması barədə əqd etibarlı əqd hesab olunmadığından həmin mənzilin İddiaçı təhvil verilməsinə mane olan Mülki Məcəllənin 452-ci maddəsində göstərilən hallar işdə mövcud deyildir. İşin faktiki hallarına düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətində gəstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1247/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar