Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qətnamə formasında, mahiyyəti üzrə həll etməyən məhkəmə aktı qərardad formasında çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2618/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 08R000019676 nömrəli kredit razılaşması üzrə 29283,87 ABŞ dolları məbləgində kredit borcu, 13771,63 ABŞ dolları məbləğində faiz borcu və 8578,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51633,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 21 manatın tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 11 nömrəli fərdi yaşayiş evinə (0,06 hektar torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vasait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vasait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Lim an şəhəri, Rəsul Rza küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0,06 hektar torpaq sahasi ilə birlikdə) tutma yönəldikdən və о satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 01 aprel 2021-ci il tarixli, 2(049)-05/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 23.09.2014-cü il tarixli kredit razılaşmasına əsasən əsas kredit borcu üzrə 29283,87 ABŞ dolları, faiz borcu üzrə 13771,63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla), iddianın veril məsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) X2, X4, X3, X5, X7 və X6 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Cavabdeh1 məxsus 0,06 hektar torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməklə, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Cavabdeh1 məxsus 0,06 hektar torpaq sahəsi ilə birlikdə Lim an şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən cəmi 50 manat məbləğində pulun cavabdehlərə aid edilməklə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Müşfiq Həsənov - sədrlik edən və məruzəçi, Zeynal Zeynalov, Zaur Allahyarov) 03 noyabr 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 münasibətdə, həmçinin pulun cavabdeh lər Cavabdeh1 hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) X2, X4, X3, X5, X7 və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair barədə iddia tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 27.03.2017-ci il tarixli, AZ-İ 854299 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh1 12.03.2017-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, Cavabdeh1 iddiaçı "xxxx" QSC ona qarşı iddia qaldırdığı 13.03.2017-ci il tarixdən əv vəl ölmüşdür. Lakin birinci instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 münasibətdə işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də, ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Buna görə də, məhkəmə iddiaçıya izah etmişdir ki, o, Cavabdeh1 vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz qərardadında Cavabdeh1 Musaqat oğlunun 12.03.2017-ci il tarixdə, yəni iddiaçı “Accessbank QSC”-nin ona qarşı iddia qaldırdığı 13.03.2017-ci il tarixdən əvvəl öldüyünü qeyd etmiş və ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49.1-ci maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyətinin mövcud olmadığı qənaətinə gəlmişdir. Bütün bu hallarla bağlı qeyd lazımdır ki, apellyasiya məhkəməsi öz qərardadında Cavabdeh1 Musaqat oğlunun 27.03.2017-ci il tarixli AZ-1854299 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 12.03.2017-ci il tarixdə öldüyünü "xxxx" QSC-nin isə 13.03.2017-ci il tarix ona qarşı iddia qaldırdığını qeyd etmişdir. Halbu ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən də göründüyü kimi "xxxx" QSC tərəfindən 02.03.2017ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, iddia ərizəsi 03.03.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə poçt vasitəsinə göndərilmiş və 06.03.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsində “Qasımzadə" soyadlı şəxs tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 153.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməli olmasına baxmayaraq məhkəmənin həmin ərizəni 13.03.2017-ci il tarixdə qeydiyyata alması bankın Cavabdeh1 Musaqat oğlun a onun ölümündən sonra 13.03.2017-ci il tarixdə iddia qaldırması mənasına gəlməməlidir. Belə kt, poçt zərfindən göründüyü kimi iddia ərizəsi Cavabdeh1 Musaqat oğlunun öldüyü 12.03.2017-ci il tarixdən əvvəl məhkəməyə verilmiş və ona qarşı artıq 03.03.2017-ci il tarixdə iddia qaldırılmışdır. Məhkəmə isə bu halın müəyyən olunması üçün heç bir tədbir görməmiş və heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən üçün çağırılmadan kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kassasiya baxışının hədləri Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol ver ilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 261.0.1. Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5-ci maddəsin ə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edərkən prosessual pozuntulara yol vermişd ir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndiriln qərardadla Cavabdeh1 ölməsi ilə əlaqədar iş üzrə icraata ona münasibətdə borcun tutulması hissədə xitam vermiş, ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, baxılan işdə Cavabdeh1 həmçinin ipoteka qoyan olmuşdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin onun ölümü ilə əlaqədar ondan (və vərəsələrindən) borcun tutulması hissədə işin icraatına xitam vermiş, lakin eyni ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə işin icraatına xitam verməməsini əsaslandırmayaraq iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə Cavabdeh1 ölümü ilə əlaəqdar çıxardığı qərardla iş üzrə borcun tutulm ası hissəd icraata xitam vermiş, lakin qətnamən digər hissədə dəyişdirmədən saxlamaqla işə mahiyyəyti üzrə baxılası nəticəsində qəbul edilməli olan məhkəmə qətnaməsi ilə həll edilməli olan məsələni qərardadla həll etmişdir. MPM-nin 216.1-ci maddəsinə görə, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 263.1-ci madddəsinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə bağlı dəlillər hazırkı kassasiya baxışının predmetini təşkil etmədiyindən həmin dəlillər üzrə hər hansı araşdırma aparılmır. Kassasiya şikayətinin iddia ərizəsinin cavabdeh ölməmişdən əvvəl poçt xidməti vasitəsi ilə göndərilməsi ilə bağl ı kassasiya şikayətinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi rabitə orqanına verilən vaxt yox, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilən zaman iş üzrə tərəf ölmüşdürsə qanunvericilik həmin iş üzrə məhkəmə icraatının mümkünsüz sayır. Baxılan iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edilən zaman artıq Cavabdeh1 ölmüşdü. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin ölmüş şəxsə qarşı iddianın irəli sürülməsinin yolverilməz olmasını əsas götürərək iş üzrə icraata xitam verilməsi barədə qənaəti düzgün olmuş, lakin məhkəmə qərardadı qəbul edərək yuxarıda qeyd edilən prosessual pozuntulara yol vermişdir. Ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. MPM-nin 417.1 və 417.1.3-cü maddələrinə görə kass asiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2618/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli q ərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.