Məhkəmə qərarları › İş №2(102)-732/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-732/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması tələbi) 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Həsənov Xanağa oğluna qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, birgə nikah dövründə inşa edilmiş tikilinin qiymətləndirilərək evə sərf olunmuş vəsaitin cavabdehlə arasında bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(105)-1810/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Siyəzən Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payının naturada bölgüsünün həyata keçirilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

2. Siyəzən Rayon Məhkəməsinin 15 fevra l 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsi ilə tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyərinin, yəni 1250 (bir min iki yüz əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbi əsassız olduğundan təmin edilməmişdir. 4. 04 oktyabr 2007-ci il tarixli nikah məhkəmə qaydasında 15 may 2013-ci il tarixdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabde h (bundan sonra-cavabdeh) qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Daha sonra, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, isə birgə nikah dövründə tikilmiş iddia predmeti olan evin qiymətləndirilməsi və evə sərf olunmuş vəsaitin (evin qiymətinin) cavabdehlə onun arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 04 oktyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmişdir. Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsi üzərində birgə nikah dövründə vəsaitləri hesabına 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evi inşa edilmişdir. Onun və 2 azyaşlı övladının yaşamaları üçün evləri olmadığına görə Siyəzən şəhəri, Xətai küçəsindəki fərdi yaşayış evinə övladları ilə birgə istifadə hüququnun məhkəmə qaydasında tanımasını istəyir. Mübahisə predmeti olan evdə istifadə hüququ əldə etdiyi üçün yetkinlik yaşına çatmayan övladları ilə həmin evə istifadə hüququ tanınmalıd ır. Məhkəmə cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladlarının da mənafeyini və qanunvericiliklə qorunan hüquqlarını nəzərə almalıdır. Belə ki, “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üs tün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Göstərilən Qanunun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə iddia tələbinin sözügedən evdə “istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinin təmin edilməsini mümkün saymalıdır.

8. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına dair 18 noyabr 2020-ci il tarixli, 455 nömrəli rəyinin surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin hazırkı bazar dəyərinin məbləği 2500 manat və bu torpaq sahəsinin üzərində inşa olunmuş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyərinin məbləği 17.000 manat olmaqla, ümumilikdə 19500 manat təşkil edir.

9. Siyəzən Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddianın qismən təmin edilməsi, Siyəzən şəhəri, Xətai küçəsində yerləşməklə, cavabdehin adına sənədləşdirilmiş 500 kv.metr (0,05 ha) torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət dəyəri 17000 (on yeddi min) manat olan tikiliyə sərf olunmuş vəsaitin 1/2 hissəsi, yəni 8500 (səkkiz min beş yüz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları müstəsna hallar kimi nəzərə almış, məhz bu hallarda birgə mülkiyyətin bölünməsi zamanı paylarda bərabərsizliyin ola bilmə, habelə onun tətbiq edilmə imkanını məhkəmənin mülahizəsinə buraxmışdır. Lakin, hazırkı tərəflər arasındakı mübahisə üzrə payların qeyri-mütənasib bölünməsinə dəlalət edən hər hansı bir müstəsna hal müəyyən edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin birgə nikah dövründə əldə etdiyi torpaq sahəsi üzərində həmin məqamda məhz ailə ehtiyacları nın təmin edilməsi məqsədilə tərəflərin ümumi gəlirləri hesabına mübahisəli tikili inşa edilmiş, habelə bu gəlir (qazanc) nikah dövründə qazanılmaqla, evin inşasına sərf edildiyindən tərəflərin ümumi mülkiyyətinə çevrilmişdir. Belə olan təqdirdə, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, lakin mövcud olan mübahisəli tikilinin dəyəri 17.000 manat vəsaitdəki payının bölünməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin "fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi" aid hissəsi iddiaçı tərəfindən müdafiə edilmədiyinə görə təmin edilməməlidir.

12. Məhkəmə qətnaməsini Konstitusiyanın 13.1, 25.1, 25.2, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Ailə Məcəlləsinin 29.1, 32, 36.1, 37, Mülk i Prosessual Məcəllənin 14.2, 77.1. 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsini qeyd etsə də, həmin maddənin hazırki mübahisəyə tətbiq edilməsi əsassızdır. Belə ki, iddiaçı istifadə hüququna dair iddiasının müdafiə etməkdən imtina etmişdir. Hazırkı mübahisə predmeti olan fərdi yaşayış evi dövlət reyestrində heç bir tərəfin adına qeydiyyatda olmadığı üçün mülkiyyət hüququ yaranmamış və onun dəyərinin tələb edilməsi nin heç bir qanuni əsası yoxdur. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq hazırkı mübahisə ailə münasibətlərindən əmələ gəldiyindən tərəflər mütləq qaydada mediasiya prosesindən keçməlidirlər. Lakin iş üzrə belə bir hal mövcud deyildir və məhkəmə də bu hala diqqət yetirməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1810/2022 saylı qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab e tmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.

17. Məhkəmə kollegiyası cavabdehin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən «Mediasiya haqqında» qanunun pozulması ilə əlaqədar olaraq qəbul edilməsi barədə və bununla da prosessual hüquq normalarının pozulmasının qeyd edilməsi barədə dəlili qəbul etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti i lə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 25.1. 25.2. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbay can Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veri r. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayə tin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirsə də dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiyası məhkməəsinin qətnaməsi cavabdehin dəlillərinə uyğun olaraq qismən yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

44. İddia tələbi birgə nikah müddətində tikilmiş evin inşasına sərf edilmiş pulun bölünərək, iddiaçıya verilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mübahisədə adı keçən evin cavabdehlə birgə nikah vaxtı ümumi vəsait hesabına tikliməsinə istinad etmişdir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32.1 və 32.2.2ci maddələri təşkil edir.

45. Belə olan halda, iddi anın təmin olunması qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan dispozitiv şərtlərin sübuta yetirilməsindən, başqa sözlə həmin halların mövcudluğunun müəyyən edilməsindən asılıdır.

46. Hazırki işdən isə görünür ki, qanuni qüvvədə olan qətnamə ilə tikilinin yerləşdiyi torpaq sahəsinin tərəflərin birgə nikah müddətində əldə edildiyi, onun üzərində tərəflərin payının müəyyən edildiyi, müvafiq olaraq torpaq sahəsinin qiymətləndirilmiş dəyərinin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmələrin mövqeyindən aşkar olaraq müəyyən olur ki, tikili birgə nikah müddətinə birgə vəsait əsasında tikilmişdir. Belə olan halda isə iddiaçı tikiliyə sərf olunmuş məbləğin dəyərindən öz payını tələb etməsi və məhkəmə tərəfindən bu payın çəkilmiş xərcin yarısı həddinə mü əyyən edilməsi ağlabatandır.

47. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi tikiliyə payın müəyyən edilməsi bağlı deyil, həmin tikiliyə çəkilmiş xərcin dəyərinin birgə nikah dövründə əldə edilməsi və sərf edilmiş məbləğin paylara uyğun bölünməsi ilə bağlıdır. Bu halda tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasının əhəmiyyəti yoxdur.

48. Digər dəlillə bağlı isə qeyd edilməlidir ki, tərəflər arasında uzun müddət əvvəldən ailə hüquq münasibətlərindən yaranan mübahisələr başlanmışdır. Dəfələrlə bu əsaslarla işlərə baxılmış, hər bir irəli sürülən tələb üzrə ayrıca mediasiyaya müraciət edilməsi ilə bağlı qanunvericilik məcburi qayda müəyyən etməmişdir.

49. Göründüyü kimi işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından idd ianın qismən təmin edilməsi düzgün olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsini gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.

50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə iddianın təmin olunan hissəsi üzrə sübutetmə ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Əksinə cavabdeh bu vəzifəsini yerinə yetirə bilməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğ un olaraq düzgün qiymətləndirmişdir.

52. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

53. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqəlidir. Həmin hallara işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilib. Kassasiya instansiyasında isə işin faktiki halları araşdırılmır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(105)-1810/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar