Məhkəmə qərarları › İş №2(102)-733/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-733/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-733/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı İddiaçı xxx cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-733/22 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, zəruri tədqiqat predmetinin ekspertə təqdim edilməməsi) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabd eh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)659/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 Mirsadiq qızının prosessual hüquq varisi Ağayeva Natəvan Məmmədağa qızının kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 ilə bağlanmış 14.01.2014-cü il tarixli 22L****05664 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 3****0 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 21.01.2014-cü il tarixl i 22R****06876 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq 1,75 faizlə 5**** ABŞ dolları məbləğində kredit götürmüşdür.

3. Kredit xətti müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İbrahimova Cavabdeh3 ilə 14 yanvar 2014-cü il tarixdə, Cavabdeh2 ilə isə 16 yanvar 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır.

4. Kredit xətti müqaviləsi üzrə öhdəliyin təminatı kimi cavabdeh – ipoteka qoyan Cavabdeh2 ilə Bank arasında 16.01.2014-cü il tarixli 22M******391 saylı ipoteka müqaviləsin bağlanmışdır. İpoteka müqaviləsən əsasən Salyan şəhəri, Ə.Kürçaylı küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 18 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilədə ipoteka predmetinin qiyməti 40794 ma nat göstərilmişdir 5. "xxxx" QSC ilə Cavabdeh1 arasında 05 iyun 2015-ci il tarixdə ödəniş planına dəyişiklik barədə saziş imzalanıb, ödənişin son müddəti 01 avqust 2017-ci il müəyyən edilib.

6. Mübahisə kredit müqaviləsi üzrə öhdəliyin lazımınca yerinə yetirilməməsinə görə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 31216,92 ABŞ dolları məbləğində əsas, 7775,61 ABŞ dolları məbləğində faiz və 17299,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56292,41 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilmə si barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Kürçaylı küçəsində 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və yaşayış evinin açıq hərracda satılması və ümumilikdə 56292,41 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ü mumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişlər.

9. Borc məbləği 01 dekabr 2016-cı ilə hesablanmışdır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Qanunun 4, 39.1, 39.3, 59.3.1, 593.2, və 59.4-cü maddələrinə istinad etmişdir.

11. Cavabdeh1 yazılı qaydada iddianı qismən qəbul etdiyini, cərimə hissəsi və evin ipotekaya qoyulmuş qiyməti ilə razı olmamasını, evin 8**** manat dəyərində olmasını göstərmişdir.

12. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Salyan şəhəri, Ə.Kürçaylı küçəsində 0,05 hektar torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün 05 sentyabr 2017-ci tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. 13. "xxxx" MMC-nin 19 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan evin bazar qiyməti 65**0 manat təşkil edir.

14. İşə birinci instansiya məhkəməsində baxılarkən, 06 oktyabr 2017-ci il tarixdə Cavabdeh2 vəfat etmişdir.

15. Salyan Rayon Məhkəməsinin 2(057)-12/2018 nömrəli, 02 mart 201 8-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada kredit razılaşması üzrə 31216,92 ABŞ dolları məbləğində kredit borcu, 7775,61 ABŞ dolları məbləğində faiz borcu, 17299,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56292,41 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi, ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Salyan şəhəri, Ə.Kürçaylı küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan A-mərtəbəliyi 1, 3 otaqlı, 54.2 kvadrat metr yaşayış, 38.1 kvadrat metr yardımçı, ümumi 92.4 kvadrat metr sahədən və A-mərtəbəliyi 2, 2 otaqlı, 23.6 kvadrat metr yaşayış, 92.2 kvadrat metr yardımçı, ümumi 115,8 kvadrat metr sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 65**0 manat məbləğində müəyyənləşdirilməsi, tələbin həmin fərdi yaşayış evinə yönəldilməsi, evin və torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cəmi 56292,41 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının "xxxx" QSC-yə ödənilməsi, satışdan artıq qalan pul vəsaitinin Cavabdeh2 mirasını qəbul etmiş vərəsəsinə (vərəsələrinə) verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pulun müştərək qaydada alınaraq, iddiaçıya verilməs i qət edilmişdir. (hakim Muradağa Qasımov)

16. Salyan Rasyon Məhkəməsinin 2(057)-12/2018 nömrəli, 02 mart 2018-ci il tarixli qərardadı ilə Salyan şəhəri, Ə.Kürçaylı küçəsi, 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh2 istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, digər Cavabdeh2 qızı 24 oktyabr 2017-ci il tarixdə vəfat etmiş və buna görə də, onun Salyan şəhəri, Ə.Kürçaylı küçəsi, 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində işə xitam verilmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Mehman oğlu kredit müqaviləsi əsasında iddiaçı "xxxx" QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icr a etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı "xxxx" QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 449.1, 470.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh Cavabdeh2 Mirsadiq qızının prosessual hüquq varisi Ağayeva Natəvan Məmmədağa qızı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi Cavabdeh2 Mirsadiq qızının vəfat etdiyini qeyd etsə də, vərəsələrin olub-olmamasını, onların işə cəlb edilməsi məsələsinə toxunmamış, nəticədə maraqlarına toxunulan qətnamə qəbul etmişdir; - tərəflər arasında 21.01.2014-cü il tarixdə 36 ay müddətinə müqavilə bağlanmışdır. Aylıq faiz dərəcəsinin 1,75 faiz olması nəzərə alınarsa, gecikdirilən 16 ay ərzində 7775,61 ABŞ dolları faiz borcunun hesablanması qəti olaraq ağlabatan deyil; - birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, iddiaçının birtərəfli maliyyə arayışına istinad edərək bütün qeyd olunan məbləğin tutulması barədə qətnamə qəbul etmişdir; - həmçinin 31216,92 ABŞ dolları əsas borca münasibətdə 17299,88 ABŞ dolları cərimənin hesablanması nəinki hüquqda ağlabatanlıq prinsipinə ziddir, eyni zamanda heç bir hüquqi münasibətlərə sığışmayan və müqavilə tərəfinin vəziyyətini bu kimi hallardan sui-istifadə edərək daha acınacaqlı duruma salma niyyətindən başqa bir şey deyildir; - birinci instansiya məhkəməsi bu hala diqqət etməmiş və nəticədə müqavilə tərəflərinin vəziyyətini ağırlaşdıran və ədalətsiz qətnamə qəbul etmişdir.

21. Apellyasiya instansiyası 18 dekabr 2019-cu il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında Cavabdeh1 01.12.2016-cı il tarixə nə qədər borcu olması barədə müvafiq suallar qoymuşdur.

22. Məhkəmə Ekspertizası Mərkəzinin 13.02.2020-ci il tarixli, 32379 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 01.12.2016-cı il tarixə “31566,33 ABŞ dolları əsas və 7271,78 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 38838,11 ABŞ dolları təşkil edir.

23. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-170/2020 nömrəli 18 mart 2020-ci il tarixli qə tnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(057)12/2018 saylı qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə faiz və cərimə borcunun tutulması hissələrində dəyişdirilmiş, borcun məbləği faiz borcuna görə 7271,78 ABŞ dolları, cərimə borcu 5**0 ABŞ dolları və 31216,92 ABŞ dolları əsas borc ilə birlikdə ödəniş gününə manata məzənnə ilə cəmi 434888,70 ABŞ dolları müəyyən edilmişdir. (hakimlər Müşfiq Həsənov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Zeynal Zeynalov)

24. Apellyasiya şikayətini qismən təmin edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış və onların arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdehlər müqavilədən irəli gəl ən öhdəliklərini icra etməmişdirlər. Belə ki, cavabdehlər kredit müqaviləsi üzrə əsas və faiz borcunu tam ödəməmişdirlər.

25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq əsas borcu tələb həddində, faiz borcunu rəydə göstərilən məbləğlə tutmuş, 17299,88 ABŞ dolları cərimə məbləğinin isə tənasübsüz həddə yüksək hesablanmasını əsas götürərək azaltmış və 5**0 ABŞ dolları cərimə saxlamışdır.

26. Apellyasiya instansiyası həmçinin qeyd edib ki, Cavabdeh2 prosessual hüquq varisi Ağayeva Natəvan Məmmədağa qızının vəkili və nümayəndəsi vəsatət verərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına əsasən "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 yanvar 2014-cü il tarixli, 22M******3 91 nömrəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddia qaldırdığını bildirmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

27. Apellyasiya instansiyası bununla bağlı qeyd edib ki, 14 yanvar 2014-cü il tarixli, 22L****05664 nömrəli kredit xətti müqaviləsi üzrə "xxxx" QSC ilə Cavabdeh1 arasında 21 yanvar 2014-cü il tarixli, 22R****06876 nömrəli kredit razılaşması, həmçinin həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 05 iyun 2015-ci il tarixli, 22R****06876 nömrəli saziş bağlanmışdır. Həmin kredit razılaşmasına və müvafiq sazişə Cavabdeh2 razılığı alınmışdır. Belə ki, 21 yanvar 2014-cü il tarixli və 05 iyun 2015ci il tarixli ödəniş planları Cavabdeh2 tərəfindən “Tanış oldum” və “Razıyam” qeydləri edilib imzalanmışdır. Belə olan halda, kr edit xətti müqaviləsi üzrə bağlanmış kredit sazişində müəyyən edilmiş zəruri şərtlər barəsində razılığı alındığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarı Cavabdeh2 münasibətdə şamil edilə bilməz.

28. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11-ci və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 m ay 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci, 14-cü və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü, 405.1-ci və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarlarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh Cavabdeh2 Mirsadiq qızının prosessual hüquq varisi Ağayeva Natəvan Məmmədağa qızı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin yeni baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri barəsində qanunvericilikdə tələb olunan formada razı lığa gəlindikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri olan kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi barədə məlumatlar təsbit olunmadığı təqdirdə tərəflər arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. zəruri şərtlər göstərilməlidir; - müqavilənin mühüm şərtləri nə 14.01.2014-cü il tarixli, 22L****05758 saylı kredit xətti müqaviləsində, nə də 16.01.2014-cü il tarixli, 22M******391 saylı ipoteka müqaviləsində öz əksini tapmışdır. Mülki M əcəllənin 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtlər göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli zəruri şərtlər “İpoteka Haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən et mə qaydası göstərilməlidir. Bu baxımdam ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir; - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25.07.2019-cu il Konstitusiya Məhkəməsinin Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir; - ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çə rçivəsində məsuliyyət daşıyır. Bu hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır; - həmçinin 21.01.2014-cü il tarixli ödəniş qrafikinə atılan imzaya gəldikdə, “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən Cavabdeh2” və “imza”. Bu cümlənin yazılması müqavilə münasibətlərinin yaranması və iradə ifadəsinin təzahürü kimi qətiyyən qəbul edilə bilməz. Belə ki, iş materiallarına diqqət etdikdə belə açıq aydın görünür ki, “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən Cavabdeh2” ifadəsi latın qrafikası ilə yazılmış və başqa şəxs tərəfindən icra edilmişdir. Lakin “imza” hissəsində imza isə kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. Bu hal özlüyündə Cavabdeh2 tərəfindən müqavilənin mühüm şərtləri barəsində məlumatlandırılmasını, Cavabdeh2 tərəfin dən latın qrafikasını başa düşməsini, faiz, borc məbləği, müqavilə müddəti barəsində məlumatlanmasını istisna edir. Cavabdeh2 öz imzasını kirilcə icra etdiyindən, onun latın qrafikasını başa düşməməsi açıq aşkar ortadadır. 79 yaşlı kiril əlifbası ilə imza çəkən Cavabdeh2 tərəfindən latın qrafikalı, cədvəllərdən gözlə görünməsi çətin olan rəqəmlərlə əhatələnən ödəniş qrafikinin başa düşülməsi, anlaşılması qeyri-mümkün idi. Hətta ödəniş qrafikinin sol küncünə diqqət etdikdə faiz dərəcəsinin 1.75 faiz olması göstərilir. Amma nə aylıq, nə illik, nə də rüblük və s. olması təsbit edilməmişdir. Bu halın mübahisələndirilməsi və məhkəmənin diqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Ən azından xətşünaslıq ekspertizasının keçirilməsi və həmin xətlə imza qrafasındakı xətlərin eyni şəxs tərəfindən icra olunması, eyni şəxs tərəfindən icra olunduğu təqdirdə isə Cavabdeh2 tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır; - cərimə borcu ilə bağlı qeyd edilməlidir ki, 31216.92 ABŞ dolları əsas borca münasibətdə 5**0 ABŞ dolları cərimənin hesablanması nəinki hüquqda ağlabatanlıq prinsipinə ziddir, eyni zamanda heç bir hüquqi münasibətlərə sığışmayan və müqavilə tərəfinin vəziyyətini bu kimi hallardan sui-istifadə edərək daha acınacaqlı duruma salma niyyətindən başqa bir şey deyildir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4489/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli 2(106) 170/2020 saylı qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

32. Kassasiya instansiyasının mövqeyinə görə: - həqiqətən də “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən Cavabdeh2” ifadəsi latın qrafikası ilə yazılmış, lakin “imza” hissəsində imza kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. İş materiallarında olan ipoteka müqaviləsində olan ipoteka qoyanın imzası qarşısındakı soyad yazılışından da görünür ki, “İbrahimova” sözü kiril əlifbası ilə qeyd edilmişdir. Belə olan halda işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizası keçirərək həmin xətlə imza qrafasındakı xətlərin eyni şəxs tərəfindən icra olunub-olunmamasını, eyni şəxs tərəfindən icra olunduğu təqdirdə isə Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını müəyyən etməmişdir. Bu halın müəyyənləşdirilməməsi kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqaviləsində müəyyən edilmiş zəruri şərtlər barəsində Cavabdeh2 razılığının alınmasını şübhə altına almış olur; - istinad edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarına görə də zəruri şərtlər barədə ipoteka qoyanın razılığının alınmasının zəruriliyi xüsusi olaraq vurğulanmış, razılıq alınmadığı təqdirdə ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməlidir; - Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; - cərimə m əbləği ilə bağlı kasasiya şikayətinin dəlilinə gəldikdə isə, qeyd edilməlidir ki, 5**0 ABŞ dolları məbləğində müəyyən edilməsi əsas borc məbləğinə düz mütənasibdir və Mülki Məcəllənin 467-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq tənasübsüz həddi azaldılmaqla təyin edilmişdir. Odur ki, kasasiya şikayətinin qeyd edilən hissədə dəlilləri əsaslı hesab edilə bilməz; - MPM-nin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.“ Beləliklə, apellyasiya instansiyası məhkəməsi ip oteka predmetinə tutmanın yönəldilə bilməsi, ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi üçün zəruri olan şərtlərin mövcudluğunun müəyyən edilməsi, ipoteka qoyanın razılığının onun iradə ifadəsi olub-olmadığı ilə bağlı halları tam araşdırmamış, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İddiaçı Ağayeva Natəvan Məmmədağa qızının cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə ç) Birinci instansiya məhkəməsində icraat

33. İddiaçı Ağayeva Natəvan Məmmədağa qızı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 14.01.2014-cü il tarixli, 22L****05664 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə 3****0 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1la "xxxx" QSC arasında bağlanmış 21.01.2014-cü il tarixli, 22R****06876 saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 5**** ABŞ dolları məbləğində kredit verilmişdir. 35. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22M******391 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 06.10.2017-ci il tarixdə Cavabdeh2 vəfat etmişdir. İddiaçı Cavabdeh2ın qızıdır.

36. Kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri barəsind ə qanunvericilikdə tələb olunan formada razılığa gəlindikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Halbuki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri olan kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi barədə məlumatlar təsbit olunmamışdır. Belə olan halda Cavabdeh2 ilə Bank arasında bağlanmış ipoteka müqaviləsində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. zəruri şərtlər göstərilməlidir. Belə ki, MM-in 307.4-ci maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir.

37. İpoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Göründüyü kimi, müqavilənin mühüm şərtləri nə kredit xətti müqaviləsində, nə də ipoteka müqaviləsində öz əksini tapmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 38. “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

39. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair“2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 40. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25.07.2019-cu il Konstitusiya Məhkəməsinin qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstəri ldiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

41. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddiya etiraz edərək göstərib ki, ipoteka qoyan Cavabdeh2 həmin kredit razılaşmasının ayrılmaz tərkib hissəsi sayılan ödəniş cədvəlinin üzərində öz əli ilə “Ödəniş planı ilə tanış oldum və razıyam” qeyd edərək yazılı razılığını bildirmişdir. Mübahisə edilən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün heç bir əsas yoxdur.

42. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(**4)-6589/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Mehdiyev)

43. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış “kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında” 05.06.2015-ci il tarixli, 22R****06876S saylı sazişə əsasən 21.01.2014-cü-cı il tarixli, 22R****06876 saylı kredit razılaşmasına və onun ayrılmaz hissəsi olan ödəniş planına dəyişikliklər edilmiş, ipoteka qoyan Cavabdeh2 həmin sazişə əsasən yenidən tərtib edilmiş ödəniş planının üzərində öz əli ilə “Ödəniş planı ilə tanış oldum və razıyam” qeyd edərək imza etməklə yazılı razılığını bildirmişdir.

44. Birinci instansiya məhkəməsi işin hallarına və Mülki Məcəllənin 307.1, “İpoteka haqqında” Qanunun 10.5-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B anklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25.07.2019-cu il tarixli Qərarına istinad edərək, belə nəticəyə gəlib ki, iddiaçı Ağayeva Natəvan Məmmədağa qızı məhkəmə iclasında Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22M******391 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. d) İddiaçı Ağayeva Natəvan Məmmədağa qızının cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

45. İddiaçı Ağayeva Natəvan Məmmədağa qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(**4)-6589/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - 21.01.2014-cü il tarixli ödəniş qrafikinə atılan imza ilə bağlı qeyd edilməlidir ki, “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən Cavabdeh2” və “imza“. Bu cümlənin yazılması müqavilə münasibətlərinin yaranması və iradə ifadəsinin təzahürü kimi qətiyyən qəbul edilə bilməz. Belə ki, iş materiallarına diqqət etdikdə belə açıq aydın görünür ki, “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən Cavabdeh2” ifadəsi latın qrafikası ilə yazılmış və başqa şəxs tərəfindən icra edilmişdir. Lakin “imza” hissəsində imza isə kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. Bu hal özlüyündə Cavabdeh2 tərəfindən müqavilənin mühüm şərtləri barəsində məlumatlandırılmasını, Cavabdeh2 tərəfindən latın qrafikasını başa düşməsini, faiz, borc məbləği, müqavilə müddəti barəsində məlumatlanmasını istisna edir. Belə ki, Cavabdeh2 öz imzasını kirilcə icra etdiyindən, onun latın qrafikasını başa düşməməsi açıq aşkar ortadadır. 79 yaşlı kiril əlifbası ilə imza çəkən Cavabdeh2 tərəfindən latın qrafikalı, cədvəllərdən gözlə görünməsi çətin olan rəqəmlərlə əhatələnən ödəniş qrafikinin başa düşülməsi, anlaşılması qeyri-mümkün idi. - hətta ödəniş qrafikinin sol küncünə diqqət etdikdə faiz dərəcəsinin 1.75 faiz olması göstərilir. Amma nə aylıq, nə illik, nə də rüblük və s. olması təsbit edilməmişdir. Bu halın mübahisələndirilməsi və məhkəmənin diqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Ən azından xətşünaslıq ekspertizasının keçirilməsi və həmin xətlə imza qrafasındakı xətlərin eyni şəxs tərəfindən icra olunması, eyni şəxs tərəfindən icra olunduğu təqdirdə isə Cavabdeh2 tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır.

46. Bakı Apellyasiya Məhkəməsinin 2(103)1054/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə Ağayeva Natəvan Məmmədağa qızının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(**4)-6589/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apelllyasiya Məhkəməsinin icraatında olan 2(106)659/2021 saylı mülki işlə birləşdirilərək mahiyyə ti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

47. Şirvan Apellyasiya Məhkəməsi 25 may 2021-ci il tarixli qərardadı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında ipoteka müqaviləsində qeyd olunan kiril qrafikası ilə qeyd olunmuş ekspermental yazı nümunələri (imza və qarşısındakı soyad) əsas götürülməklə ödəniş planında olan yazı və imzaların Cavabdeh2 tərəfindən icra edilib-edilməməsi barədə sual qoymuşdur.

48. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Ülviyyə Ağayeva yazı və imzası yoxlanılan Cavabdeh2 sərbəst və eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi barədə vəsatət vermiş, 30 iyul 2021-ci il tarixli 4/868 saylı məktubla isə ekspertizanın təyin edilməsi barədə qərard ad icrasız saxlanılaraq məhkəmə ekspertizası aparılasından imtina edilmiş, imtinanın səbəbi kimi isə vəsatətin təmin edilməməsi göstərilmişdir.

49. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-659/20201 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)12/2018 saylı, 02 mart 2018-ci il tarixli qətnaməsi və yasamal rayon məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qətnaməsi verilmiş apellyasiya şiayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İsmayıl Əhmədov)

50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işlə bağlı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ödəniş planında olan latın qrafikalı “ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən Cavabdeh2” ifadəsi və qarşısındakı imzaların Cavabdeh2 tərəfindən icra edilib-edilməməsi barədə sual qoyulmuşdur. Ekspert tərəfindən Cavabdeh2 Mirsadiq qızının sərbəst imza nümunələrinin təqdim edilməsi barədə vəsatət verilmiş, həmin vəsatət mərhum Cavabdeh2 əlavə sənədlərdə imzası, yaxud yazı nümunələrinin ekspertə təqdim olunması üçün Cavabdeh2 prosessual hüquq varisi Ağayeva Natəvan Məmmədağa qızına vəsatətin sürəti göndərilmiş, lakin cavabdeh Ağayeva Natəvan Məmmədağa qızı ekspert tərəfindən təqdim olunmuş vəsatətlə bağlı nə apellyasiya məhkəməsinə, nə də ekspertiza mərkəzinə bu barədə əlavə sübutlar təqdim etməmişdir.

51. Apellyasiya instansiyası hər iki iş üzrə apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edib ki, Cavabdeh2 Mirsadiq qızının prosessual hüquq varisi (eləcə də digər iş üzrə iddiaçı) Ağayeva Natəvan Məmmədağa qızı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə iddiasının əsası kimi istinad etdiyi hallar barədə birinci instansiya məhkəməsinə, eləcə də apellyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

52. Cavabdeh Cavabdeh2 Mirsadiq qızının prosessual hüquq varisi (iddiaçı) Ağayeva Natəvan Məmmədağa qızı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və yeni qərar şıxarılmasını xahiş etmişdir.

53. Kassasiya şikayətinin dəlilləri: - Şirvan Apellyasiya Məhkəməsi eksperti za təyin edən zaman məhkəməyə vəsatət təqdim edilərək ekspert qarşısında “ödəniş cədvəllərində Cavabdeh2 qrafasındakı imzalar eynilik təşkil edirmi, eynilik təşkil etdiyi təqdirdə həmin imzalar notariat qaydada təsdiq olunmuş ipoteka müqaviləsində Cavabdeh2 qrafasındakı imzanı icra etmiş şəxs tərəfındənmi icra olunmuşdurmu”; “21.01.2014-cü il tarixli ödəniş qrafıkindəki “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən Cavabdeh2” və “imza” - imzadakı kiril hərfləri və “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən Cavabdeh2” latın hərfləri eyni şəxs tərəfindən icra edilmişmidirmi”; “ödəniş qrafıklərindəki “Ödəniş planı ilə tanış oldum və razıyam, ipoteka verən Cavabdeh2” cümlələri eyni şəxs tərəfindən icra olunmuşmudurmu” kimi sualların əlavə olaraq qoyulmasını xahiş etsələr də, vəsatət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki işin daha səmərəli və ədalətli həlli üçün qeyd olunan sualların qoyulması zəruri və labüd idi; - məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməklə mövcud sübutlar həddində yuxarıdakı sualları ekspert qarşısında qoyulmaqla obtektiv həqiqətə nail olmaq olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə iddiaçı "xxxx" ASC-nin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri: - iş üzrə xətşünaslıq ekspertizası təyin edilib, Cavabdeh2 prosessual hüquq varisi olan N.Ağayevaya mərhum Cavabdeh2ı əlavə sənədlərdə imzası, yaxud yazı nümunələrinin ekspertə təqdim edilməsi üçün ekspert vəsatəti N.Ağayevaya göndərilmiş, lakin N.Ağayeva əlavə sübutlar təqdim etməmişdir; - apellyasiya məhkəməsi maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etmiş, hər hansı pozuntuya yol verməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya z əruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. K redit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası“Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində“nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iy ul 2019-cu il tarixli Qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandı rmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

56. Kassasiya şikayətində cavabdeh M.İbrahmovanın prosessual hüquq varisi (eləcə də digər iş üzrə iddiaçı) N.Ağayeva apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, bankın iddiası üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində, N.Ağayevanın iddiası üzrə isə birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə apellyasiya baxışının predme ti olub. Bu baxımdan, qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olan hissələr başa düşülür.

57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilə n hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

60. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tam qiymət verib.

61. İpoteka müqaviləsinin bağlanmamış hesab edilməsi ilə bağlı Bankın iddiası üzrə Cavabdeh2 prosessual hüquq varisi N.Ağayevanın etirazının və özünün iddiası üzrə N.Ağayevanın tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, 21.01.2014-cü il tarixli ödəniş qrafikində ipoteka verən Cavabdeh2 ödəniş qrafiki ilə razı olması barədə qeyd müqavilə münasibətlərinin yaranması və iradə ifadəsinin təzahürü kimi qətiyyən qəbul edilə bilməz. Bel ə ki, “Ödəniş planı ilə tanış oldum və razıyam ipoteka verən Cavabdeh2” ifadəsi latın qrafikası ilə yazılmış və başqa şəxs tərəfindən icra edilmişdir. Lakin “imza” hissəsində imza kiril qrafikası ilə yazılmış 3 hərfdən ibarətdir. Bu hal özlüyündə Cavabdeh2 tərəfindən müqavilənin mühüm şərtləri barəsində məlumatlandırılmasını, Cavabdeh2 tərəfindən latın qrafikasını başa düşməsini, faiz, borc məbləği, müqavilə müddəti barəsində məlumatlanmasını istisna edir. Cavabdeh2 öz imzasını kirilcə icra etdiyindən, onun latın qrafikasını başa düşməməsi açıq aşkar ortadadır. 79 yaşlı kiril əlifbası ilə imza çəkən Cavabdeh2 tərəfindən latın qrafikalı, cədvəllərdən gözlə görünməsi çətin olan rəqəmlərlə əhatələnən ödəniş qrafikinin başa düşülməsi, anlaşılması qeyri-mümkün idi.

62. N.Ağayeva qeyd etdiyi bu dəlillərə əsasən hesab edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.07.2019-cu il Qərarına əsasən bu halda, yəni kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir.

63. Məhkəmə kollegiyası xxx bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qeyd edilən halların araşdırılması məqsədilə ekspertiza təyin edilməsi barədə göstərişinə əməl edərək ekspertiza təyin etmiş, mərhum Cavabdeh2 sərbəst yazı və imza nümunələrinin ekspert tədqiqatına təqdim edilməsini xxx təklif etmiş, lakin xxx tərəfindən ekspert tədqiqatına Cavabdeh2 aid hər hansı sərbəst yazı və imza nümunəsi təqdim edilməmişdir.

64. N.Ağayevanın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.07.2019-cu il Qərarına uyğun olaraq, ipoteka müqaviləsi o halda bağlanmamış hesab edilir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməsin və sonradan bağlanmış kredit müqavilələrind ə belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmasın.

65. Hazırki işdə xxx istinad etdiyi halın müəyyən edilməsi ekspert rəyindən asılı olmuş, Cavabdeh2 vəfat etdiyi səbəbindən onun eksperimental yazı və imza nümunələrini götürmək mümkün olmamış, Cavabdeh2 sərbəst yazı və imza nümunələrini isə N.Ağayeva ekspertə təqdim etməmiş, nəticədə ekspert rəy verə bilməmişdir.

66. Nəzərə alınsa ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərə fin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər, belə olan halda apellyasiya məhkəməsini gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

67. Məhkəmə kollegiyası təkrar ekspertiza təyin edilməli olması barədə kassasiya şikayətinin dəlillərini də yuxarıda göstərilənlər baxımından əsaslı saymır.

68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda şərh edilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Mirsad iq qızının prosessual hüquq varisi (iddiaçı) xxx kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-659/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar