Məhkəmə qərarları › İş №2(102)-7337/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7337/2019

19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7337/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili Bədəlov Mursəl Natiq oğlunun, Cavabdeh2 vəkili X3, “X8” MMC-nin “xxxx” zavodunun nümayəndəsi X5 iştirakları ilə, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 18 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC-nin cavabdehlər “X8” MMC-nin “xxxx” zavoduna, və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı ASC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-154/2019) iddia qismən təmin edilmiş, “X8” MMC-nin “xxxx” zavodundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Ba ş kredit müqaviləsi və ona əlavə sazişlər üzrə 25 dekabr 2018-ci il tarixə ödənilməmiş 691910,92 ABŞ dolları məbləğində əsas kredit borcu, ona kredit müddəti ərzində hesablanmış 24985,67 ABŞ dolları məbləğində faiz borcu, kredit müddətindən sonra əsas kredit borcunun gecikdirilməsinə görə 30.12.2017-ci il tarixdən 25.12.2018-ci il tarixədək hesablanmış illik 5%-lə 34115 ABŞ dolları miqdarında pul, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 756011,59 (yeddi yüz əlli altı min on bir dollar əlli doqquz sent) ABŞ dolları məbləğində borc ödəniş gününə manatın məzənnəsinə uyğun tutulması, “X8” MMC-nin “xxxx” zavodundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 manat dövlət rüsumu tutulması, iddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi əsass ız olduğundan təmin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməsi, “X8” MMC-nin “xxxx” zavodundan və Cavabdeh2 müştərəkqaydada 120.35 manat, İddiaçı ASC-dən 24.65 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (məruzəçi), E.Həsənov, F.Babayev, iş № 2(103)8650/2019) cavabdehlər “X8” MMC-nin “xxxx” zavodunun və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışd ır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı ASC-nin vəkili Bədəlov Mursəl Natiq oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq “X8” MMC-nin “xxxx” zavodunun nümayəndəsi X5 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yer i barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsə lələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə müştəri “X8” MMC-nin “xxxx” zavodu arasında bağlanılmış 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə əsasən bank müştəriyə 1 ay müddətinə, illik 13 % dərəcəsi ilə 700000 ABŞ dolları məbləğ ində kredit vermişdir. Borc verən İddiaçı ASC ilə zamin Cavabdeh2 və borc alan “X8” MMC-nin “xxxx” zavodu arasında bağlanmış 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında “X8” MMCnin “xxxx” zavodunun 30 may 2017-ci il tarixli, rb/km1110 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə müştəri "X8” MMC-nin “xxxx” zavodu arasında bağlanılmış 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə və eyni tarixli zaminlik müqaviləsinə 02.08.2017-ci il tarixli və 27.09.2017-ci il tarixli əlavə sazişlərə əsasən borclu və zaminlə bağlanmış 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi və Zaminlik müqaviləsinin müddətləri müvafiq olaraq 31.08.2017-ci il və 30.12.2017-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20266 nömrəli, 29.11.2018-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh “X8” MMC-nin “xxxx” zavodunun 31.12.2017-ci il tarixinə 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsi üzrə 691910,92 ABŞ dolları əsas kredit borcu, 24985,67 ABŞ dolları faiz borcu vardır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bo rc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmi yyətli yanılma hesab olunur.” Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “dövlət müəsissəsinə 700 000 ABŞ dollarından çox məbləğə rəhbər işçinin zamin durması heç bir halda reallığa uyğun deyildir. Zavodun rəhbər işçisi kimi belə bir maddi imkana malik olmağımı təesdiq edən hər hansı bir sübutlar məndən tələb edilməmişdir. Hesab edirik ki, Bank kredit müqavilələrini və ona əlavələri təqdim edərkən bilərəkdən belə bir sənədlər hazırlamış və onun imzalanmasına da nail ola bilmişdir. Vacib əhəmiyyətli yanılmanın əsaslarını qanunvericilik müəyyən etmişdir. Hesab edirik ki, hazırki halda vacib əhmiyyətli yanılmaya yol verilmişdir.” Mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh2 həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində müəssisə tərəfindən götürülmüş 700 000 ABŞ dolları məbləğində kreditə görə fiziki şəxs kimi zamin durmasını təsdiq etməmiş, müqavilələr imzalanarkən yanılmaya yol verildiyini, bundan əlavə İddiaçı tərəfindən kredit müqaviləsinin şərtləri dəyişdirilərək birtərəfli qaydada kredit üzrə faizlərin 13 faizdən artırılaraq 16 faiz müəyyən edildiyini qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 müqavilələri imzalayarkən yanılmaya yol verdiyi vəsatəti əsaslı hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin İddiaçı tərəfindən mülki işə əlavə edilmiş kreditin faiz dərəcəsinin 13 faizdən 16 faizə artırılması barədə müqavilələrin imzalanmamasını əsas götürərək bu barədə vəsatəti də rədd etmişdir. Qeyd olunan məsələlər apelyasiya instansi yası məhkəməsi tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələlərə aid olduğuna görə Məhkəmə kollegiyası hesab edir ki, həmin məsələlərlə bağlı mövqeyini ifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 əsas dəlili müqavilələrin bağlanması zamanı yanılmaya yol verilməsi, dövlət müəssisəsinin kredit götürməsinə görə zaminlik müqaviləsi bağlamasının ağlasığmazlığı ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cür hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı və cavabdehlər arasında bağlanmış müqavilələrin dəqiq araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu məsələni aktuallaşdıran hallardan biri də ondan ibarətdir ki, İddiaçı ASC tərəfindən mülki işə əlavə edilməsi üçün təqdim olunmuş 27.09.2017-ci il tarixli zaminlik və kredit müq aviləsinə 2 saylı əlavə sazişlər iki variantla tərtib edilmiş onlardan bir variantı kreditə görə faizlərin 16 faizə artırılması barədə olan variant müqavilənin tərəfləri tərəfindən imzalanmamışdır. Buna baxmayaraq İddiaçı ASC iddia ərizəsində qeyd etmişdir ki, “İddiaçı ASC-i Cavabdeh - Cavabdeh1 arasında bağlanmış 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı Baş kredit müqaviləsinə əsasən illik 13 (on üç) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 700000 (yeddi yüz min) ABŞ dolları məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.3. və 2.4. maddələri). 30 may 2017-ci il tarixli, rb/km-1110 saylı kredit müqaviləsi və zaminlik üzrə tərəflər arasında öhdəliklərin icrası müddəti cavabdehin xahiş məktubu əsasında 02.08.2017-ci il və 27.09.2017-ci il tarixlərində dəyişdiril ərək son icra müddəti 30.12.2017-ci il tarixinə qədər uzadılmışdır. Sözügedən kredit müqaviləsi üzrə faiz dərəcəsi isə 27.09.2017-ci il tarixində 13 faizdən 16 faizə qədər artırılmışdır.” Bu hal apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış müqavilələrin ətraflı araşdırılmasını tələb etdiyi halda mülki işə müqavilələrin əsilləri və ya onların notariat qaydasında təsdiq olunmuş surətləri əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə və onlara əlavələrin əsilləri və ya notariat qaydasında təsdiq olunmuş surətlərinin mülki işə əlavə edilməsi prosessual qanunvericilin tələb etdiyi qaydada araşdırılmanın aparılmasına əsaslı zəmanət vermiş olardı. Bundan əlavə Cavabdeh2 iddia edir ki, bilə bilə zamin kimi müqavilə imzalamamışdır. Əgər belə bir müqavilə varsa o, yanılma nəticəsində imzalanmışdır. Bu faktın özü də tərəflər arasında bağlanmış müqavilələrin əsilləri və ya notariat qaydasında təsdiq olunmuş surətlərinin mülki işə əlavə edilməsini şərtləndirir. Bundan əlavə İddiaçı ASC tərəfindən mülki işə əlavə edilməsi üçün təqdim edilmiş 02.08.2017-ci tarixli “30.05.2017-ci il tarixli, № rb/km-1110 saylı Zaminlik Müqaviləsinə əlavə saziş № 1 və 27.09.2017-ci il tarixli “30.05.2017-ci il tarixli, № rb/km-1110 saylı Zaminlik Müqaviləsinə əlavə saziş № 1” –də zamin qrafasına Cavabdeh2 imza etsə də həmin müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “Bu əlavə sazişə əsasən İddiaçı ASC Baş ofis filialı ilə X8 MMC XXX ZAVODU arasında bağlanmış 30.05.2017 tarixli № rb/km-1110 saylı Zaminlik Müqaviləsinin bəzi bəndləri dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin.” Göründüyü kimi İddiaçı ASC tərəfindən imzalanmış iki əlavə sazişdə zaminlik müqaviləsini Cavabdeh2 ilə deyil “X8 MMC XXX ZAVODU” arasında bağlanması təsdiq olunmuşdur. Belə olan halda həmin müqavilələrin əsillərinin araşdırılması və bu araşdırmanın nəticələrinə müvafiq olaraq Cavabdeh2 dəlillərinin hüquqi cəhətdən qiymətləndirilməsi zərurəti yaranır. Məhkəmə kollegiyası belə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozunt ular iş üzrə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə ko llegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi qismən qarşılıqlı iddianın rədd olunması və borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilib iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar