Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7338/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin vəkili *** və Cavabdeh ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)-1110/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin və Cavabdehkassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.11.2011-ci il tarixli kredit müqaviləsi və 30.12.2012-ci il tarixli əlavə saziş üzrə 89097,83 ABŞ dolları əsas, 292480,45 ABŞ dolları faiz, 18888,74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 400467.02 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim R.Ataşova) 2(011)-6842/2017 saylı 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcunun ödəniş gününə manata məzənnə ilə hesablanmaqla və 30 manat dövlət rüsumu nun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, E.E.Nağıyeva və H.Ü.Həmidov) 30 may 2019-cu il tarixli, 2(103)-1110/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6842/2017 saylı 14 avqust 2017-ci il tarixli qətnaməsi tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 89097,83 ABŞ dolları ABŞ dolları əsas, 159830,75 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 249428,58 ABŞ dolları pulun tutulması, Ekspertizanın aparılması ilə əlaqədar olaraq 145 m anat ekspertiza xərci Cavabdeh dövlət büdcəsinə tutulması qət edilmişdir. İddiaçı “xxxx” ASC və Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” ASC və Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək, iddiaçı onun ləğv, iddianın tam təmin edilməsi, cavabdeh isə onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Borcun məbləğini əsassız olaraq azaltmışdır. Cava bdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə faiz və cərimə borcuna, ümumiyyətlə, münasibət bildirməmiş, sadəcə “azaldılmaları və ya ləğv edilmələri üçün qanuni əsasın müəyyən edilmədiyini” qeyd etməklə kifayətlənmişdir. Cavabdeh isə, onsuz da, borcunun azaldılmasını deyil, borcunun həqiqi məbləğinin müəyyənləşdirilməsini istəmişdir. Birinci instansiya məhkəməsinin 02 iyun 2017-ci il tarixindən sonra edilən ödənişləri nəzərə almadığını müəyyən edərək əsas borcu azaltmasına baxmayaraq, məhkəmə faiz borcunu həmin qətnamədə olduğu kimi saxlamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən iddiaçı “xxxx” ASC-nin vəkili **** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh *** kassasiya şikayətini müda fiə edərək onun təmin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.05.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsini qismən dəyişdirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 18 faizlə 48 ay müddətinə 488.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 25.11.2011-ci il tarixli 455/0-USD nömrəli kredit müqaviləsi üzrə 30.12.2012ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, 488000 ABŞ dolları məbləğində kreditin qalığı 453974.30 ABŞ dolları müəyyən edilmiş, müddəti 24 ayadək uzadılmışdır. Həmin saziş əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.12.2014-cü il tarixədək banka 453974.30 ABŞ dolları əsas, 163440 ABŞ dolları faiz borcu olmaqla, cəmi 617414 ABŞ dolları məbləğində pul qaytarmalı idi. “xxxx” ASC tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh müqavilənin müddətinin bitdyi 30.12.2014-cü il tarixə Banka 453.974,30 ABŞ dolları əsas, 159.830,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 613805,05 ABŞ do lları məbləğinə borcu yaranmışdır. İşdə olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ondan banka olan ödəniş cədvəli üzrə kredit və ona hesablanmış faiz borcunu ödəməsi tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kassasiya kollegiyası apellyasiya instanis yası məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılşamayaraq, hesab edir ki məhkəmə bu qənaətə prosessual hüquq normalarının pozuntusuna yol verilməklə gəlmişdir. Belə ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirs ə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad edilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İstinad edilən prosessual hüquq normaları baxımından məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini də bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməlidir. Hazırki halda isə işdən görünür ki, nə birinci instansiya, nədəki apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspertiza rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə zidd olaraq birbaşa şəkildə heç bir qiymətləndirilmə aparılmadan sübut kimi qəbul edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən ekspertiza rəyi üzrə borcun ilkin kredit müqaviləsi üzrə deyil, sonradan bağlanmış kredit müqaviləsinə əlavə sazişin ödəniş cədvəlinə uyğun olaraq hesablanıb-hesablanmadığını aydınlaşdırmalı idi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin dəlillərinə uyğun olaraq zəruri araşdırma aparmaqla qənaətə gəldiyindən, habelə iddiaçı tərəf borcun ekspertiza rəyində müəyyən edilmiş məbləğdən daha böyük həddə olması ilə bağlı sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən iddianın təmin edilməmiş hissəsini kassasiya kollegiyası əsaslı hesab edir. Bundan fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin ekspertiza rəyinin borcun həddinin əsassız şəkildə yüksək məbləğdə hesablanması və etdiyi ödənilərin nəzərə alınmaması ilə bağlı dəlillərinə qiynət vermədiyindən cavabdehin kassasiya şikayəti təmin edilməli, qətnaə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı məqamların araşdırılması zəru rəti olduğundan iş iddianın təmin edilmiş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti rədd edilsin. Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)1110/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7338/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7338/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver