Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7338/2021 26.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması, kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlunda n ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh5 çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfind ən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsi ilə cavabdehlər X2 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsi qismən – “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5 tərəfindən olunan maneə aradan qaldırılsın” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilmiş, qətnamə - “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpa q sahəsindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh5 çıxarılsın, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılsın, fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı qanuni sahibliyinə qaytarılsın, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə b axılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmi ş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilm əlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassa siya şikayətinin məzmunundan görünür ki, cavabdehlər iddianın məzmununa və işdə olan sübutlara istinad etməklə birinci instansiya məhkəməsinin iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmadan iddiaçının xeyrinə qətnamə qəbul edilməsini göstərmişdir. Bu zaman kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, MPM-in 77.1, 82.3, 88, 106.1-ci maddələrinin pozulmasına istinad olunmuşdur. Lakin kassatorlar qeyd olunan iş üzrə həmin maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən müəyyən olunmuşdur ki, kassasiya şikayəti cavabdehlər Cavabdeh3 və Cavabdeh4 adında n verilsə də və Vəkil2 tərəfindən imzalansa da, iş materiallarına həmin vəkilin yalnız Cavabdeh3 hüquqi yardım göstərilməsinə dair 23 sentyabr 2021-ci il tarixli order əlavə olunmuş, Cavabdeh4 vəkilinin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi və kassatorların birinə aid vəkil orderi əlavə edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7338/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7338/2021
26.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver