Məhkəmə qərarları › İş №2(102)-734/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-734/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-734/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X3 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Paşayev Səbuhi Nəriman oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Məhkəməsinin (hakim M.C.Qarayeva) 2(008)-469/2017 nömrəli, 20 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 29 mart 2012-ci il tarixli X saylı kredit müqaviləsi üzrə Cavabdeh 3408,81 (üç min dörd yüz səkkiz manat səksən bir qəpik) manat əsas, 2997,74 (iki min doqquz yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat faiz, 30 (otuz) manat cərimə və gecikdirilmiş vaxt üçün illik bank uçot dərəcəsi 5%-lə hesablanmış 242,87 (iki yüz qırx iki manat səksən yeddi qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat olmaqla cəmi 6679.42 (altı min altı yüz yetmiş, doqquz manat, qırx iki qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) X nömrəli, 31 yanvar 20 18-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Sabunçu Rayon Məhkəməsinin X nömrəli, 20 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi) A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) X nömrəli iş üzrə 06 iyul 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın X nömrəli, 31 yanvar 2018ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) x nömrəli, 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şika yətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin X saylı iş üzrə 20 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 3408,81 (üç min dörd yüz səkkiz manat səksən bir qəpik) manat əsas, 2997,74 (iki min doqquz yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat faiz, 30 (otuz) manat cərimə və gecikdirilmiş vaxt üçün illik bank uçot dərəcəsi 5%-lə hesablanmış 242,87 (iki yüz qırx iki manat səksən yeddi qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat olmaqla cəmi 6679.42 (altı min altı yüz yetmiş doqquz manat, qırx iki qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilməsi, iddia tələbləri həmin hissələrdə də təmin olunmaması, iddia ərizəsini verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməsi, i ş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri qismində 195 (yüz doxsan beş) manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla borcalan arasında bağlanmış 29 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın bankdan 36 ay müddətində qaytarılmaq üzrə illik 1 6%-lə 22525 manat məbləğində kredit aldığını, kreditin təminatı olaraq borcalana məxsus 2011-ci il buraxılışlı “Nissan Altima” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya (girova) qoyulduğunu, borcalanın kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən 26.12.2013-cü il tarixinədək həyata keçirdiyini, lakin bu tarixdən sonra müqavilə öhdəliyini icra edə bilməməsi ilə bağlı banka müraciət etdiyini, onun müraciəti və xahişi əsasında öhdəliyin icrasının qismən də olsa təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmiş avtomobilin satılmasına şərait yaradıldığını, avtomobilin satılmasından əldə olunan 10 000 manatın 10 fevral 2016-cı il tarixdə borcalanın bank qarşısında olan borcunun “Faiz borcu” hissəsinə deyil, “əsas borc” hissəsinə yönəldilərək silindiyini, bundan sonra onun banka 3408,81 manat məbləğində əsas, 4983,35 manat faiz, 391,91 manat cərimə və gecikdirilmiş vaxt üçün illik bank uçot dərəcəsi 5%- lə hesablanmış 242,87 manat borcunun, yəni cəmi 9026,94 manat borcunun qaldığını irəli sürmüş, həmin pul vəsaitinin borcalandan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 29 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 16 % ödəmək şərtilə 22 525 manat kredit verilmiş, S. Məmmədov ödəniş cədvəlinə uyğun hər ay sabit şəkildə 791,91 manat (bəzi aylarda 791,92 manat) olmaqla, ümumilikdə 28 508,84 manat ödəməyi öhdəsinə götürmüş, hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmiş, bu öhdəliyin təminatı olaraq S. Məmmədova məxsus 2011-ci il buraxılışlı, “Nissan Altima” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi əsasında bankın xeyrinə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh kredit öhdəliklərini lazımi qaydada icra edə bilmədiyindən ipoteka predmeti olan avtomobil onun tərəfindən 23.05.2014- cü il tarixində iddiaçı banka təhvil verilmiş, bankın iddia ərizəsində göstərdiyi məlumata görə 10.02.2016-cı il tarixdə 10 000 (on min) manata satılmış, həmin məbləğ borcun ödənilməsinə yönəldilmişdir; bununla belə bankın iddiasına görə, avtomobilin satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kif ayət etməmiş, 28 aprel 2015-ci il tarixinədək cavabdehin 3408,81 manat əsas, 4983,35 manat faiz, 391,91 manat peniya, 242,87 manat gecikdirmə faizi qismində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edi lməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank 2014-cü ildə də Cavabdeh qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” predmetli iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə prosesinin gedişində 23.05.2014-cü il tarixində - ipoteka predmeti olan “Nissan Altima” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil kredit borcunun müqabilində Cavabdeh tərəfindən iddiaçı banka təhvil verilmiş, 09.10.2014-cü il tarixdə o, avtomobilə dair bankın işçisi olan X2 etibarnamə vermiş, 21.10.2014-cü il tarixdə bank “tərəflər aras ında razılıq əldə olunduğunu” bildirməklə iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə müraciət ünvanlamış, məhkəmənin 06 noyabr 2014-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, 09.02.2016-cı il tarixdə bankın işçisi olan X tərəfindən avtomobilə dair Elşad Həsənov adlı şəxsə etibarnamə verilmiş, 10.02.2016-cı il tarixdə iddiaçı bank Baş Dövlət Yol Polisi İdarəsinə məktub göndərərək Cavabdeh “kredit borcunu tam ödədiyini” bildirməklə avtomobilin üzərindən ipoteka yüklülüyünün götürülməsini xahiş etmiş, 18.02.2016-cı il tarixdə isə avtomobil 10 000 (on min) manata satılmışdır. Apellyasiya baxışı zamanı ekspertiza təyin olunaraq 2011-ci il buraxılışlı “Nissan Altima” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki işin 158-ci səhifəsindəki aktd a göstərilən texniki vəziyyəti (akta görə avtomobilin yürüyüşü 97 622 km. olmuş, kuzovunun müəyyən hissələrində sürtülmələr və buferində qırıq aşkar edilmişdir) nəzərə alınmaqla 23 may 2014-cü il tarixinə olan təxmini bazar qiymətinin, həmçinin həmin tarixə olan kredit borcunun məbləğinin müəyyən edilməsi istənilmiş, ekspertin rəyi ilə sözügedən tarixə avtomobilin təxmini bazar qiymətinin 17 500 (on yeddi min beş yüz) manat təşkil etdiyi, eləcə də bu tarixə qədər Cavabdeh 13 407,60 manat əsas, 1426,62 manat faiz borcunun yarandığı müəyyən edilmişdir. Həmin ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, müqavilə müddətinin başa çatdığı tarixə 29.03.2015-ci il tarixinə Cavabdeh 13 407,60 manat əsas, 3250,06 manat faiz borcu olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borcalan tərə findən öhdəliyin icrasında gecikmələrə yol verildiyindən iddiaçı bankın səlahiyyətli şəxsləri məhkəmə qərarı olmadan ipoteka predmeti olan avtomobili ondan təhvil almış, bank həmin dövrdə məhkəməyə və polis idarəsinə məktublar ünvanlayaraq cavabdehin kredit borcunu ödədiyini bildirmiş, avtomobil təxminən 2 il müddətində bankın sərəncamında qalmış, 10.02.2016-cı il tarixdə isə özgəninkiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 23.05.2014-cü il tarixdə təxmini bazar qiymətinin 17 500 (on yeddi min beş yüz) manat olduğu ekspert rəyi ilə müəyyənləşdirilmiş avtomobili bankın səlahiyyətli şəxsinə təhvil vermiş, həmin tarixdə isə 13 407,60 manat əsas, 1426,62 manat faiz borcunun olduğu təsbit edilmiş cavabdehdən, avtomobilin göstərilən qiyməti nəzərə alın madan pul tələb etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd edilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, sözügedən avtomobilin müəyyənləşdirilmiş qiyməti cavabdehin 23.05.2014-cü il tarixdə yaranmış kredit borcunun ödənilməsinə tam kifayət etdiyindən ondan hər hansı borc məbləği tələb edilə bilməz. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, avtomobilin bank tərəfindən təhvil alındığı dövrdəki qiyməti, hətta Cavabdeh müqavilə müddətinin bitdiyi 29.03.2015-ci il tarixinə hesablanmış borcunun da tam ödənilməsinə kifayət edir. Azərbaycan Respub likası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə q ətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin MK-nın x nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar