Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7340/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili **oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 25.02.2019-cu il tarixli, 2(006)-992/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma”tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 04.06.2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsi ilə İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(006)-992/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh azyaşılı övladı X2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi,157 saylı evin 3 saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən yaşayış və istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və himayəsində olan X1 onun mülkiyyətində olan ***saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili **oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini pozmuş, cavabdehin başqa yaşayış yeri olmadığını müzakirə etməmişdir. Halbuki, bu hal məhz birinci instansiya məhkəməsində iddianın rədd edilməsinin səbəblərindən biri olmuşdur. Bundan əlavə, mülkiyyətçi cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməmişdir. Bu da iddianın rədd edilməsi səbəblərindən biri olmuşdur. Lakin apellyasiya məhkəməsi bu hala qiymət verməmişdir. Belə ki, cavabdehin istifadə hüququna xitam verilmədən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi absurddur. Bundan əlavə, apellyasiya kollegiyası mənzilə baxış keçirməmişdir. Bu mənzilin sahəsi çıxarışdakından 100 kv.m artıqdır. Eyni zamanda iddiaçının bir neçə evi olduğu halda, cavabdehin və azyaşlı övladının yeganə yaşayış yeri bu mənzilin bir otağıdır. Bundan başqa, Mənzil Məcəlləsinin 30.4-0cü maddəsində göstərildiyi kimi maddi vəziyyəti və diqqətəlayiq digər halları özünü və uşağını yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyi halda müəyyən müddətə istifadə hüququnun saxlanmasının da müzakirə edilməməsi apellyasiya kollegiyasının qətnaməsi ilə təsdiqini tapır. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Kərimov Yusif Əli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahat ı dinlənilməmişdir. İddiaçı məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-7431/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, mübahisəli ev 2010-cu ildən iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu Ziya Məmmədovla cavabdeh 21.09.2013-cü ildə rəsmi nikaha daxil olmuş, cavabdeh həmin vaxtdan mübahisəli mənzilə gəlin köçmüş, birgə nikahdan 23.06.2014-cü il təvəllüdlü Yusif adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Ziya Məmmədovla cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş Yusif adlı uşaq anasının yanında saxlanılmış, onun saxlanması üçün iddiaçının oğlu Ziya Məmmədovdan 154 manat aliment tutulması qət edilmişdir. Cavabdeh azyaşlı övladı Yusiflə həmin mənzildə yaşamağa davam edir. Mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin ona məxsus mənzildə yaşamasını istəmədiyini bildirərək, cavabdehin azyaşlı övladı ilə birlikdə mənzildən çıxarılmasını tələb etmişdir. Apellyasiya kollegiyası iddianın təmin edilməsi qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin nikaha daxil olub mənzilə k öçdüyü dövrdə qüvvəyə minmiş və halhazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə 2013-cü ildən başlayaraq cavabdehin iddiaçının razılığı əsasında mübahisəli mənzildə yaşaması və hazırda iddiaçının bir mülkiyyətçi kimi bu niyyətinin olmaması, buna baxmayaraq onun iradəsinə zidd olaraq onun ailə üzvü status una malik olmayan cavabdehin yaşayış sahəsində yaşamaqda davam etməsi əmlak sahibinin mülkiyyət hüquqlarını faktiki məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qo yulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci ıl tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq norma ları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının ailə üzvü olmayan şəxs statusuna malik olduğundan, buna görə mübahisəli mənzildə yaşamağa davam etməklə mülkiyyətçinin hüquqlarını pozduğundan və apellyasiya kollegiyası mübahisəyə qeyd edilən prizmadan yanaşdığından düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. B eləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)7431/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7340/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7340/2019
25.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver