Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7340/2021 29.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada AGBank ASC-nin xeyrinə 02.09.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi üzrə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 m anat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(074)-339/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(105)-1223/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari, Ş.Abasov, T.Məmmədov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(074)-339/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh2 aid hissədə iddia rədd edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublika sı Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti 12.10.2021-ci il tarixdə tərtib edilmiş, 15.10.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin, kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sis teminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə ko llegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.7, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1223/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7340/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7340/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver