Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7341/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1734/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 dekabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 30 may 2008-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik istifadə dərəcəsi 30 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş, “X1 Company” MMC bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2013-cü ilin dekabr ayında "xxxx" ASC-nin ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindan banka cəmi 5046 manat məbl əğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.İ.Səfiyeva) iddia tələbi qismən təmin edilərək Cavabdeh bankın xeyrinə kredit borcuna görə cəmi 4554,79 manat tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək bankın ləğvedicisinin iddia müddətini ötürməklə hazırkı iddia ilə məhkəməyə müraciət etməsini, bununla əlaqədar iddia müddətinin tətbiqi barədə ərizə verməsinə baxmayaraq vəsatətinin təmin edilməsindən imtina olunmasını, qətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin müddəalarına zidd olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1734/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına, yaxud işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 30 may 2008-ci il tarixli kredit müqaviləsi 12 ay müddətinə bağlanmış və onun icra müddəti 30 may 2009-cu il tarixdə bitmişdir. Kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə iddia tələbi isə bankın ləğvedicisi tərəfindən 2013-cü ilin dekabr ayında, yəni təxminən 4 il 6 ayd an artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. Lakin tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən bankın ləğvedicisinin iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardadın ləğv edilməsi barədə ləğvedici tərəfindən şikayət isə 30 dekabr 2019cu il tarixdə, yəni 5 il 9 ay 27 gündən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Müəyyən olunduğu kimi bankın ləğvedicisi həm hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənə qədər, həm də iddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra qanunda müəyyən olunmuş üç illik müddət ötürülmüşdür. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüld ükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Belə olduqda iddia müddətinin tətbiqinin mümkünlüyü məsələsi Mülki Məcəllənin 375.2ci maddəsinin tələbi baxımından həll edilməlidir. Qanunun həmin normasına görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi b arədə ərizə verilmiş və apellyasiya instansiyası məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1734/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7341/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7341/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver