Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7343/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-1063/2019, hakim F.H.Qasımov) İddia çı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8605/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 105.000 manat məbləğndə borc verməyi, sonuncu isə həmin məbləği 15 oktyabr 2015-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. 19 oktyabr 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 105.000 manat məbləğində əsas borc, 47.250 manat faiz borcu olmaql a, cəmi 152.250 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında olan yazışmalarda cavabdehin borcun etiraf edilməsinə və icrasına möhlət verilməsinə dair iradə ifadəsi olmuşdur. Göründüyü kimi, cavabdeh tərəf iddia müddətinin kəsilməsi üçün qanunla müəyyənləşdirilmiş hərəkətl ər etmişdir və bu hərəkətlərin edilmə tərzi də qanunvericiliyin tanıdığı vasitələrlə olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. H əmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 01 oktyabr 2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı 15 oktyabr 2015-ci ildə qaytarmaq şərti ilə cavabdehə 150.000 manat pul borc vermiş, sonuncu məbləği vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı 19 oktyabr 2018-ci il tarixdə hazırki iddia ərizəsi lə məhkəməyə müraciət edərək borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaya yazılı etiraz edərək göstərmişdir ki, borc məbləği müqavilədə göstərilən məbləğdə- 105.000 manat deyil, əslində 47.000 manat olmuşdur və həmin məbləğ də iddiaç ıya tam şəkildə ödənilmişdir, onun iddiaçıya borcu yoxdur. Cavabdeh eyni zamanda iddiaçının qanunla nəzərdə tutulmuş müddətdə borcunu tələb etmədiyinə istinad edərək idda müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia müddətini 4 gün ötürdüyünə, cavabdehin də borcun etiraf edilməsini ifadə edən hər hansı hərəkət etmədiyinə, bununla da müddətin axımın kəsilməsinin müəyyən edilmədiyinə istinad edərək iddianı rədd etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin iddia müddətinn tətbiq edilməsi ilə bağlı mövqeyi düzgün olmuşdur. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin əsasını borc müqaviləsi üzrə öhdəliyi n icrası təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu halda iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının başlandığı gün dəqiq müəyyənləşdirilməlidir. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etiraz və mülahizə təqdim edərək müqavilə bağlandıqdan sonra onun tərəfindən 47.000 manat pulun tamamilə ödənildiyini göstərmişdir. Apellyasiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin halı ümumiyyətlə araşdırmadan iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməklə iddia müddətinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Digər tərəfdən iddiaçı qısa müddət keçən iddia müddətinin cavabdehin onunla olan çoxsaylı SMS yazışmalarında borcu etiraf edərək ödənilməsi üçün möhlət istəməsi əsasında keçdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllən in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmi n edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7343/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7343/2019
05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver