Məhkəmə qərarları › İş №2(102)-735/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-735/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-735/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçının vəkili Nağıyev Nicat Kamil oğlunun, cavabdehin vəkili X6 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)771/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 “İddiaçı" ASC-nin xeyrinə xx xxx 2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə olan 999393,05 manat əsas borcun, 10224,34 manat faiz borcun, 2457,64 manat faiz borcu olmaqla, cəmi 1012075,03 manat borcun, xx xxx 2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə olan ******* manat əsas borcun, 100976,07 manat faiz borcu olmaqla, cəmi 2720976,07 manat borcun, xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə olan ******* ABŞ dolları əsas borcun, 57829,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2156497,97 ABŞ dolları məbləğində borcun tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0,7905 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın zirzəmisində 20 kv.m ümumi, 20 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin (8 saylı qaraj) açıq hərracda satılması, xx xxxx 2013-cü il tarixli 100.CL.210613.00001/j saylı girov müqaviləsinə 1 saylı əlavədə göstərilən materialların açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0,7905 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın zirzəmisində 20 kv.m ümumi, 20 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin (8 saylı qaraj) və xx xxxx 2013cü il tarixli 100.CL.210613.00001/j saylı girov müqaviləsinə 1 saylı əlavədə göstərilən materialların satışından əldə olunmuş pul vəsaitinin xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00 001 saylı kredit müqaviləsi üzrə olan ******* ABŞ dolları əsas borcun, 57829,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2156497,97 ABŞ dolları məbləğində borcun ödənilməsinə yönəldilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsi ilə (hakim X.A.Mərdanova) iddia təmin edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)771/2019 nömrəli qətnaməsi ilə (hakimlər X2, X1 və X4) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsi q ismən, yəni xx.xx.2010-cu il tarixli SKMF/156 saylı və xx.xx.2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqavilələri üzrə borcun məbləğinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbləri qismən təmin edilmiş, xx.xx.2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi üzrə əsas borc 929281,17 manat, faiz borcu 12012,17 manat; xx.xx.2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 100646,07 manat müəyyən edilmiş, qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)771/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və vəkili X7 oğlu kassas iya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-771/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə 2.098.668 ABŞ dolları məbləğində borcun tutulması hissəsində ləğv edilməsini və zaminliyinə xitamın verilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq onun zaminliyinə xitam verilməsi barədə vəsatəti təmin etməmiş, lakin onunla eyni vəziyyətdə olan və vəsatət belə verməyən Cavabdeh1 zaminliyinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamışdır. Məhkəmə ekspet rəyinin digər hissələrini mötəbər sübut kimi qəbul etsə də, xx xxxx 2013-c ü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə borcun olmaması ilə bağlı hissə ilə razılaşmamış və bu mövqeyini əsaslandıra bilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nağıyev Nicat Kamil oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X6 oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün he sab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(006)-27/2015 saylı qətnaməsini qismən, yəni xx.xx.2010-cu il tarixli SKMF/156 saylı və xx.xx.2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqavilələri üzrə borcun məbləğinə aid hissədə ləğv edib, həmin hissədə iddia tələblərini qismən təmin edib, xx.xx.2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi üzrə əsas borc 929281,17 manat, faiz borcu 12012,17 manat; xx.xx.2013-cü il tarixli 100.LN.200 5.290513.00001 saylı kredit müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 100646,07 manat müəyyən edib, qətnamənin digər mübahisələndirilən hissələrini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz nəticəsini aşağıdakı kimi əsaslandırmışdır. İşin araşdırılmış hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh3 MMC arasında xx xxx 2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə illik 6 faiz ödəmək şərti ilə ******* manat (bir milyon beş yüz min manat) məbləğində kredit verilmişdir. Həmin tərəflər arasında xx xxx 2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsi bağl anmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə illik 16 faiz ödəmək şərti ilə ******* manat (iki milyon altı yüz iyirmi min manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə illik 16 faizlə ******* ABŞ dolları (iki milyon doxsan səkkiz min altı yüz altmış səkkiz) məbləğində kredit verilmişdir. xx xxx 2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında ayrı-ayrılıqda xx xxx 2013-cü il tarixli müvafiq olaraq 106.CL.290513.00001/e və 106.CL.290513.00001/d saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında ayrı-ayrılıqda xx xxxx 2013-cü il tarixli müvafiq olaraq 106.CL.210613.00001/İ və 106.CL.210613.00001/h saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2013 -cü il tarixli 100.CL.210613.00001/c saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0,7905 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın zirzəmisində 20 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (8 saylı qaraj) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx xxxx 2013-cü il tarixli 100.CL.210613.00001/j saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 MMC-yə məxsus və həmin girov müqaviləsinə 1 saylı əlavədə göstərilən materiallar «xxxx» ASC-yə girov qoyulmuşdur. İddiaçı bildirir ki, Cavabdeh3 MMC müq avilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx xxx 2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə olan əsas borcu 999393,05 manat, faiz borcu 10224,34 manat, artırılmış faiz borcu 2457,64 manat olmaqla, ümumi borcu 1012075,03 manat, xx xxx 2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013cü il tarixə olan əsas borcu ******* manat, faiz borcu 100976,07 manat olmaqla, ümumi borcu 2720976,07 manat, xx xxxx 2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə olan əsas borcu ******* ABŞ dolları, faiz borcu 57829,97 ABŞ dolları olmaqla, ümumi borcu 2156497,97 ABŞ dolları təşkil edir. Cavabdeh2 əvvəlcə öz mövqeyini apellyasiya şikayətində göst ərilənlərlə əsaslandırılmış və yalnız kredit müqavilələri üzrə borc məbləğlərinin miqdarını mübahisələndirmişdir. Əvvəlki məhkəmə iclaslarında da onun nümayəndəsi və vəkili bildirmişdir ki, qətnamədən və məhkəmə iclaslarından məlumatsız olduqlarından işdə iştirak etmək, iştirakıları olmadan keçirilmiş mühasibatlıq ekspertizasının təyin edilməsində və ekspertiza tədqiqatinin aparılması üçün sübutlar təqdim etmək hüquqlarından məhrum olmuşlar. Ekspert bankın şişirdilmiş borc məbləğlərini əsaslı bilmişdir. Təkrar mühasibatlıq ekspertizasının keçirilməsi həm də ona görə labüddür ki, onlar qəbul edilmiş qətnamədən xəbəri olmadığından banka kredit ödənişlərini davam etdirmiş və hazırkı vaxta qədər müxtəlif vaxtlarda, yəni xx xxx 2013-cü il tarixdə ******* manat, xx xxxxxx 2015-ci il tarixdə 7500 00 manat və xx xxxxxx 2016 cı il tarixdə 338405 manat ödəniş edilmişdir. Daha sonra iş üzrə ekspert rəyi verildikdən sonra Cavabdeh2 apellyasiya şikayətinə əlavə təqdim edərək, öz istinad etdiyi halların əsasını dəyişmiş və ümumiyyətlə kredit müqavilələri üzrə kredit məbləğlərini almadığına istinad etmişdir. Cavabdeh3 MMC də iddiaya etiraz edir və onun mövqeyi Cavabdeh2 ilə eynidir. Apellyasiya məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəlləri, hesabdan çıxarışları və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı kredit müqavilələrindən irəli gələn borcun ö dənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 15036 saylı rəyinə əsasən: - xx xxx 2010-cu il tarixli SKMF/156 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu 981407,24 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 969261,17 manat;faiz borcu 12146,07 manat.Borcalan tərəfindən xx.xx.2013-cü il tarixdən sonrakı dövrdə ümumilikdə 40113,9 manat məbləğində ödəniş aparılmışdır. Bank tərəfindən aparılmış ödənişin 39980 manatı əsas borc üzrə, 133,9 manatı isə faiz borcu üzrə silinmişdir.Hazırki ekspertiza tədqiqatı zamanı müəyyən olunmuş faiz borcu illik 6% dərəcəsi ilə hesablanmış adi faiz borcudur; - xx xxx 2013-cü il tarixli 100.LN.2005.290513.00001 saylı kredit müqaviləsi üzrə xx.x x.2013-cü il tarixə Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu 2720976,07 manat məbləğində müəyyən edilir cümlədən: əsas kredit borcu ******* manat; faiz borcu 100976,07 manat. Borcalan tərəfindən xx.xx.2013-cü il tarixdən sonrakı dövrdə ümumilikdə ******* manat – xx.xx.2013-cü il tarixdə 330 manat, xx.xx.2015-ci il tarixdə 750000 manat, xx.xx.2016-cı il tarixdə 338405 manat məbləğində ödəniş aparılmışdır. Bank tərəfindan aparılmış ödənişin ******* manatı əsas borc üzrə, 330 manatı isə faiz borcu üzrə silinmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı müəyyən olunmuş faiz borcu illik 16% dərəcəsi ilə hesablanmış adi faiz borcudur; - xx.xx.2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Cavabdeh3 MMC-nin valyuta hesabı üzrə təqdim etdiyi çıxarışda xx xxxx 2013-cü il tarixdə 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinə əsasən ******* (iki milyon doxsan səkkiz min altı yüz atmış səkkiz) ABŞ dollarının müəssisənin hesabına köçürüldüyü müəyyən edilmir. Rəydən də göründüyü kimi iddiaçının borcu tələb etdiyi xx.xx.2013-cü il tarixdən sonra müxtəlif tarixlərdə cavabdehlər tərəfindən kifayət qədər böyük məbləğlərdə ödənişlər həyata keçirilmiş, lakin həmin ödənişlər nə birinci instansiya məhkəməsində keçirilən məhkəmə mühasibatlıq ekpertizası zamanı ekpert tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmin ödənişlər nəzərə alındıqda isə müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 929281,17 manat, faiz borcu 12012,17 manat; xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əs as borc ******* manat, faiz borcu 100646,07 manat təşkil edir. Bu baxımdan apellyasiya məhkəmə kollegiya hesab etmişdir ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 999393,05 manat deyil, 929281,17 manat, faiz borcu kimi 12681,98 manat deyil, 12012,17 manat; xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi ******* manat deyil, ******* manat, faiz borcu kimi 100976,07 manat deyil, 100646,07 manat məbləğində pul vəsaiti tutulmalıdır. xx.xx.2013-cü il tarixli 100.LN.2005.210613.00001 saylı kredit müqaviləsinə aid hissədə isə apellyasiya məhkəmə kollegiyası ekspertin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş çeklər, kassaməxaric orderi və hesabdan çıxarışlardan aydın görünür ki, xx.xx.2013-cü il t arixli kredit müqaviləsi üzrə ayrılmış 2.098.668 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2013-cü il tarixdə məxaric edilərək Cavabdeh3 MMC-nin direktor müavini olmuş X3 verilmişdir. Bundan başqa birinci dəfə apellyasiya şikayəti verilən zaman Cavabdeh2 kredit məbləğlərinin verilməməsi məsələsinə istinad etməmiş və yalnız kredit borcunun şişirdildiyini bildirmişdir. Ekspert rəyi verildikdən sonra isə həmin dəlillər ortaya çıxmış və Cavabdeh2 da apellyasiya şikayətinə əlavə təqdim edərək, öz istinad etdiyi halların əsasını dəyişmiş və ümumiyyətlə xx xxx 2013-cü il və xx xxxx 2013-cü il tarixli kredit müqavilələri üzrə kredit məbləğlərinin ona verilmədiyinə istinad etmişdir. Halbuki həmin kredit müqavilələri üzrə kassa məxaric orderləri ilə kredit məbləğlərinin verilməsi tam təsdiq olunur. Ona görə də, cavabdehin həmin dəlilləri əsassızdır. Eyni zamanda xx xxxx 2013-cü il tarixli kredit müqavilə üzrə borcun tutulması tələbləri tam əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə ümumiyyətlə ödəniş aparılmamışdır. xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə aid ödəniş cədvəlindən (3 saylı əlavə) müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər hər ay yalnız faiz borcu və bir ilin tamamında, yəni xx.xx.2014-cü il tarixdə əsas borc ödənilməli idi. Həmçinin xx.xx.2013-cü il tarixdə ödənilməli olan faiz borcunun məbləği 28914,98 ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 27049,5 ABŞ dolları və xx.xx.2013-cü il tarixdə 29847,72 ABŞ dolları təşkil edir. Eyni zamanda i ddiaçı tərəfindən xx xxxxxx 2013-cü il tarixə olan borc tələb olunur. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə ödənilməli olan 28914,98 ABŞ dolları ilə xx.xx.2013-cü il tarixdə ödənilməli olan 27049,5 ABŞ dollarının cəmi 55964,48 ABŞ dolları (28914,98 + 27049,5 = 55964,48) və xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər olan müddət üçün, yəni 7 gün üçün ödənilməli olan faiz borcu 6529,18 ABŞ dolları təşkil edir. Çünki xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər olan müddət (32 gün) üçün cəmi 29847,72 ABŞ dolları, müvafiq olaraq bir gün üçün 932,74 ABŞ dolları (29847,72 / 32 = 932,74), 7 gün üçün isə 6529,18 ABŞ dolları (932,74 x 7 = 6529,18) ödənilməli idi. Göründüyü kimi cəmi ödənilməli olan faiz borcu 62493,66 ABŞ dolları (55 964,48 + 6529,18) təşkil edir, iddiaçı isə həmin məbləğdən də az olan 57829,97 ABŞ dolları məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Bu baxımdan apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının tələbləri tam təmin edilməli və ******* ABŞ dolları əsas borc, 57829,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2156497,97 ABŞ dolları məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ipoteka və girov müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq apellyasiya məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, Cavabdeh3 MMC kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və l azımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə və girov predmeti olan materiallara yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissələrdə də düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 qarşı zamin kimi irəli sürülmüş tələblər də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrinin dispozisiya şərtlərindən fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh3 MMC ilə birgə məsuliyyət daşıyır. Beləliklə, Cavabdeh2 dəlilləri (kredit müqavilələri üzrə ödənişlərin nəzərə alınmaması istisna olmaqla) əsassızdır. Digər dəlillərə dair apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 məhz təsisçisi olduğu Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə zamin durmuşdur. Kredit və zaminlik müqavilələrindən də görünür ki, Cavabdeh2 həm kredit alan kimi Cavabdeh3 MMC-nin adından, həm də zamin kimi öz adından həmin müqavilələri imzalamışdır. Bu baxımdan apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 zamin kimi kredit müqavilələri üzrə faiz dərəcəsindən və müqavilələrin bitmə müddətindən məlumatlı olmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarındakı hüquqi mövqe isə ondan ibarətdir ki, zamin kredit müqaviləsi üzrə məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. barəsində məlumatlı olmadıqda o, həmin kredit müqaviləsi üzrə borclu ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıya bilməz. Ona görə də, formal olaraq zaminlik müqaviləsində kreditin müddətinin və faiz dərəcəsinin göstərilməməsinin hazırkı işdə heç bir əhəmiyyəti yoxdur. Bundan başqa ipoteka və girovpredmetlərinə dair məlumatlar (konkret adları və s.) ipoteka və girov müqavilələrində və onlara aid 1 saylı əlavələrdə öz əksini tapmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımüba hisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin apellyasiya şikayəti ilə eynilik təşkil edən dəlillərinə münasibətdə kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-771/2019 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar