Məhkəmə qərarları › İş №2(102)-7352/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7352/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7352/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2019-cu il tarixli, 2(103)-9365/2019 nömrəli qətnaməsindən İddiaçıkassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.Y.Həsənov) 16 iyul 2018-ci il tarixli 2(010)-3458/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişd ir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Ə,Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn)18 dekabr 2018-ci il tarixli 2(103)-12079/2018 saylı qətnaməsi ilə apellyasiyaşikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2018ci il tarixli 2(010)-3458/2018 saylı qətnaməsi qismən, yəni cavabdeh ***ndan 7.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.A.Quliyev, Ə.A.Mirzəliyev və T.A.Qoldman)02 may 2019-cu il tarixli, 2(102)-3211/2019 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 18 dekabr 2018-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) 15 iyul 2019-cu il tarixli, 2(103)-9365/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(010)-3458/2018 saylı qətnaməsi qismən - cavabdeh ***ndan 7.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçı X4 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdeh ***ndan 3.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 7.000 ABŞ dolları, 1.963 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2013-cü il tarixli 2(103)-4496/2013 saylı qətnaməsi əsasında onun cavabdeh ***na qarşı birgə nikah dövrü qazanılmış əmlakın və əmələ gəlmiş borcun bölünməsi barədə iddia ərizəsi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş «***» markalı, 2000-ci il Almaniya buraxılışlı, sedan tipli, göy metalik rəngli, WDB-2100622B226 212 ban nömrəli, **-***-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə ***nın paylarının müəyyən edilməsi, 3926 manat kredit borcunun onunla X6 borcu olaraq bölünməsi qət edilmişdir. Birgə nikah dövründə aldığı adıçəkilən avtomobil cavabdeh tərəfindən onun məlumatı olmadan 06.02.2013-cü il tarixli alğı-satqı müqaviləsi əsasında 14.000 ABŞ dollarına X1. 3.926 manat kredit müqaviləsi isə tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.2013-cü il tarixli 2(103)-4496/2013 saylı qətnaməsi Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra olunmadan geri qaytarılmışdır. Həmin qətnamə əsasında ona hər hansı bir pul ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏ Rİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun qismən ləğv, cavabdehdən 7000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə avtomobilin qiymətini alqı-satqı müqaviləsi əsasında müəyyən etməli olduğu halda etməyərək, cavabdehin etiraf etdiyi qiymət əsasında müəyyən etməklə prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən İddiaçı vəkili X8kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahi ş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərkən maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı cavabdehlə birgə nikah dövründə əldə edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2013-cü il tarixli 2(103)-4496/2013 saylı qətnaməsi ilə ½ hissədə payının müəyyən edildiyi «Mercedes Benz E 240» markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən 14.000 ABŞ dollarına satıldığını bildirərək, həmin vəsaitin yarısının cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə avtomobilin onun iştirakı ilə iddiaçının özü tərəfindən 6.000 manata satıldığını və həmin vəsaitin alqı-satqıdan sonra tərəflər arasında bərabər paylarla bölündüyünü bildirir. Apellyasiya instanisyası məhkəmə si iddianı qismən təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilə tərəflərin hər birinin ½ hissədə payının müəyyən edilməsi qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin hal mübahisə doğurmur. Avtomobilin 06.02.2013-cü ildə satılması da mübahisəli deyildir, belə ki, həmin hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin rəsmi qaydada təqdim komputer çıxarışından müəyyən edilir. Bununla belə, avtomobilin alqı-satqısına dair X9 ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsi və ona aid digər sənədlər məhv edildiyindən (DİN BDYP-nin 06.12.2019-cu il tarixli məktubu, i.v. 53) avtomobilin müqavilə üzrə hansı qiymətə satılmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı avtomobilin 14.000 ABŞ doll arına satıldığını göstərərək, cavabdehdən həmin məbləğin ½ hissəsinin tutulub ona verilməsini tələb etdiyindən, avtomobilin həmin məbləğə satılmasını sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı avtomobilin alğı-satqı müqaviləsinin tələb edilməsi üçün sorğu göndərilsə də, saxlama müddəti bitdiyi üçün onun müvafiq qaydada məhv edildiyi məlum olmuşdur. Birinci instansiya məhkəməsinin də istinad etdiyi 06.02.2013-cü il tarixli alqı-satqı müqaviləsi isə adi kserosurət olmaqla mötəbərliyi şübhə doğurur. Əvvəla, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. D igər tərəfdən, həmin müqavilədə avtomobilin 14.000 ABŞ dollarına satıldığı qeyd olunmuşdur ki, bu da Azərbaycan Respublikası Konstitusiyanın 19-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Yəni, Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi manatdan başqa pul vahidlərinin işlədilməsi qadağan olunduğundan, dövlət orqanı olan DİN BDYP-nin xarci valyutada alqı-satqı müqaviləsini rəsmiləşdirməsi inandırıcı görünmür. Ona görə də məhkəmə kollegiyası avtomobilin satış qiymətini Cavabdeh etiraf etdiyi həddə (6.000 manat) qəbul edib, mübahisəni bu aspektdən həll etməyi əsaslı saymışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq, hesab edir ki apellyasiya instansiyası məhkəməsi sübutların mümkünlüyü, habelə sübutetmə yükünün bölüşdürülməsi məsələlərində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya kollegiyası istinad edilən prosessual norma baxımından qeyd edir ki, satılmış avtomobilin satış qiyməti qanunvericiliyə əsasən məhz tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində əks olunmuş qiymətlə müəyyən edildiyindən bu halın digər aidiyyəti olmayan sübutlarla, o cümlədən cavabdehin etiraf etdiyi həddə müəyyən edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan alqı-satqı müqaviləsinin surət olsa da, məzmununun həqiqil iyinə cavabdeh tərəfin münasibətini öyrənmədən, habelə qəbul etmədiyi təqdirdə həmin müqavilənin əslinin təqdim edilməsini cavabdehə təklif etmədən həmin hal üzrə sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Halbuki, nə qədər ki avtomobil cavabdeh tərəfindən rəsmi surətdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satılmışdır, avtomobilin satış qiymətinin iddiaçı tərəfin təqdim etdiyi müqavilənin surtədində əks olunmuşdan fərqli olması üzrə etirazının əsası üzrə sübutetmə yükü də elə müqavilənin tərəfi qismində cavabdehin üzərindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün o lmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin əslinin və ya təsdiq edilmiş surətinin əmlak bölgüsünə dair baxılmış işin materiallarında, habelə avtomobili əldə etmiş şəxsdə olub-olmamasını imkanını da tərəflərlə müzakirə edərək onun təqdim edilməsini təklif edə bilərdi. Belə ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir. Belə ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 184.1-ci maddəsinə əsasən hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır. Göründüyü kimi, apell yasiya instansiyası məhkəməsi sübutların mümkünlüyü, qiymətləndirilməsi, habelə sübutetmə yükünün bölüşdürülməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının tətbiqində səhvə yol verməklə, hər hansı sübutla öz təsdiqini tapmayan cavabdeh tərəfin etirafı əsasında iş üzrə nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə icl asının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə faktın etiraf edilmə si barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:- faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Odur ki, kassasiya kollegiyası cavabdehin avtomobilin satış qiyməti ilə bağlı etiraf etdiyi məbləği zəruri olan alqı-satqı müqaviləsi ilə təsdiq edilib-edilmədiyini, alqı-satqı müqaviləsinin olmadığı halda isə həmin məbləğin avtomobilin satılan zaman olan bazar dəyəri ilə uyğunluq təşkil edib-etməməsinə qiymət vermədən işin müəyyən edilmiş ha lı kimi qəbul etməklə istinad edilən prosessual qanunvericiliyin tələblərini də poizmuşdur. ***un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və m übahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım ola n bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2019 -cu il tarixli, 2(103)9365/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar