Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7355/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli, 2(103)8141/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Мəhkəməsinin (hakim R.Mustafayev) 19.12.2017-cı il tarixli, 2(094)-658/2017 nömrəli qətnaməsi ilə “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh “Nağd pul krediti müqaviləsi”nə əsasən 10812,53 ABŞ dolları əsas, 965,67 ABŞ dolları faiz, 78,76 ABŞ dolları cərimə olmaqla ümumilikdə 11856,96 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) və “Kredit kartı müqaviləsi”nə əsasən 1900,94 ABŞ dolları əsas, 315,44 ABŞ dolları faiz, 15,73 ABŞ dolları cərimə olmaqla ümumilikdə 2232,11 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) və həmçinin ödənilmiş dövlət rüsumu məbləğini təşkil edən 30 manatın tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 13.06.2019-cu il tarixli, 2( 103)-8141/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı Rayon Мəhkəməsinin 19.12.2017-ci il tarixli, 2(094)-658/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək Cavabdeh 125265-1-15856/1 saylı, 25.01.2016-cü il tarixli “Nağd pul krediti müqaviləsi”nə əsasən 10812,53 ABŞ dolları əsas, 965,67 ABŞ dolları faiz, 78,76 ABŞ dolları cərimə olmaqla ümumilikdə 11 856,96 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 125265-1-11245/1 saylı 25.01.2016-cü il tarixli “Kredit kartı müqaviləsi”nə əsasən 1900,94 ABŞ dolları əsas, 315,44 ABŞ dolları faiz, 15,73 ABŞ dolları cəri mə olmaqla ümumilikdə 2232,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin iddianın qaldırılması ilə əlaqədar ödnilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması və apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu rüsum məbləğinin onun özünə aid olunması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 1252 65-1-15856/1 saylı, 25.01.2016-cü il tarixli “Nağd pul krediti müqaviləsi”nə əsasən 08.08.2017-ci il tarixinə cavabdehin banka borclu olduğu 10812,53 ABŞ dolları əsas, 965,67 ABŞ dolları faiz, 78,76 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 11 856,96 ABŞ dolları kredit borcunun, 125265-1-11245/1 saylı 25.01.2016-cü il tarixli “Kredit kartı müqaviləsi”nə əsasən 08.08.2017-ci il tarixinə banka borclu olduğu 1900,94 ABŞ dolları əsas, 315,44 ABŞ dolları faiz, 15,73 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 2232,11 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Kərimov Yusif Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər prosessual hüquq normalarına da riayət etməyərək, ciddi hüquq pozuntularına yol vermişdir. Belə ki, cavabdeh məhkəmə iclasına çağırılmamış və onların xəbəri olmadan qətnamə çıxarılmışdır. Qeyd edilən hal qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipinin müddəalarına tamamilə ziddir. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən o, sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdehin etmiş olduğu ödənişlər də nəzərə alınmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli, 2(103)8141/2019 nömrəli qətnaməsini n ləğv edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Kərimov Yusif Əli oğluməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli, 2(103)-8141/201 9 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlnmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisələndirilməyən hallarından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 24.07.2014-cü il tarixli 125265-CNS-7291 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faizlə 36 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit verilmiş, sonradan həmin müqavilə üzrə yaranan borcun ödənilməsi üçün ona 125265-1-15856 saylı 19.05.201-ci il tarixli müqavilə ilə 50 ay müddətinə illik 20 faizlə 11508,42 ABŞ dollar ı məbləğində kredit ayrılmış, “19.05.2015-ci il tarixli müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı 25.01.2016-cı il tarixli Razılaşmaya əsasən onun 25 yanvar 2016-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 10832 ABŞ Dolları məbləğində müəyyənləşdirilmiş və həmin məbləği illik 20 faiz hesablanması şərtilə 48 ay müddətində ödəməsi razılaşdırılmış, 08.08.2017-ci il tarixinə həmin müqavilə üzrə 10812,53 ABŞ dolları əsas, 965,67 ABŞ dolları faiz, 78,76 ABŞ dolları cərimə olmaqla ümumilikdə 11 856,96 ABŞ dollarıborcunun yarandığı hesablanmışdır. Bankla cavabdeh arasında bağlanmış 02.06.2014-cü il tarixli 125265-1-11245 saylı “Kredit xətti müqaviləsi”nə əsasən ona istehlak məqsədilə illik 32 faiz hesablanması şərti ilə 02.06.2016-cı il tarixinə qədər 1900 ABŞ dolları mə bləğində kredit xətti açılmış, “müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşmaya əsasən 25 yanvar 2016-ci il tarixinə mövcud olan borc kapitallaşdırılaraq ABŞ dolları məbləğində müəyyənləşdirilmiş və illik 29 faiz hesablanması şərtilə 48 ay müddətinə ödəniləcəyi razılaşdırılmış, cavabdehin 08.08.2017-ci il tarixinə həmin müqavilə üzrə 1900,94 ABŞ dolları əsas, 315,44 ABŞ dolları faiz, 15,73 ABŞ dolları olmaqla ümumilikdə 2232,11 ABŞ dolları kredit borcunun yarandığı hesablanmışdır. Kassator apellyasiya şikayətində məhkəmə iclası barədə məlumatlandırılmadığını mübahisələndirmiş, bu səbəbdən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni ləğv edərək, tərəflərin iştirakı ilə mübahisənin həll edilməsi istiqamətində tədbir görmüşdür. Digər tərəfdən kassator apellyasiya şikayətində borc məbləğini mübahisələndirmiş, apellyasiya kollegiyası borcun məbləğinin dəqiqləşdirilmədiyi (düzgün hesablanmadığı) barədə apellyatorun irəli sürdüyü arqumentlə bağlı kollegiya qeyd etmişdir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinin ilk dəlili olan “cavabdehin iştirakı təmin edilmədən məhkəmə qətnaməsi qəbul edilmişdir” dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından da görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Borc məbləğinin düzgün hesablanmaması ilə bağlı digər dəlilə gəldikdə isə qeyd edilməlidir ki, bu dəlilə apellyasiya kollegiyası cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsi ilə qiymət vermişdir. Hazırda da borc məbləğinin düzgün hesab edilməməsi ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli, 2(103)-8141/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7355/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7355/2019
05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver