Məhkəmə qərarları › İş №2(102)-7357/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7357/2019

28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7357/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)8716/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-1330/2018) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev, R.Ə.Eyvazov və F.Ş.Talışınski, iş № 2(103)9338/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov, iş № 2(102)-2538/19) iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən 24 ay müddətinə illik istifadə dərəcəsi 8 faiz olmaqla 8.000.000 (səkkiz milyon) manat, 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə eyni müddətə və eyni faiz dərəcəsi ilə 2.050.000 (iki milyon əlli min) manat məbləğində kredit verilmişdir. 2 018-ci ilin yanvar ayında bankın ləğvedicisi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun banka 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 10.355.911,11 manat, 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cəmi 2.378.000 manat məbləğində borcunun qalmasını əsas göstərməklə həmin borc məbləğlərinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək İddiaçı ASC-nin müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh kredit müqavilələri üzrə borclarının balansdan silinərək balansdankənar uçotunun aparılmasını və ipoteka müqavilələrinin ləğv edilməklə əmlakların yüklülü kdən azad edilməsini, banklar haqqında qanunda müşahidə şurasının belə qərar vermək səlahiyyətinin nəzərdə tutulmamasını, cavabdehin Müşahidə Şurasının sədri kimi bankın mənafeyinə aşkar surətdə zidd olan hərəkətə yol verməsini, işə baxan məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdı rdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehin 15 mart 2013-cü il və 19 iyul 2013-cü il tarixli kredit müqavilələri üzrə banka olan borclarının bankın Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli qərarı ilə kreditin balansdan silinməsini və balansdankənar uçotunun aparılmasının qərara alınmasını və eləcə də həmin qərarın ləğv edilməsi barədə ləğvedicinin 01 mart 2017-ci il tarixli qərarının məh kəmə qaydasında tanınması barədə ərizəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərardadı ilə mümkün sayılmamasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olunması üçün mühüm əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamə iddia tələbinin əsassız olmasını təsdiq edən etibarlı s übutlara istinad olunmadan çıxarıldığından qanuni sayıla bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh Bankın X2 dövrdə bank tərəfindən ona iki kredit müqaviləsi üzrə cəmi 10.050.000 manat məbləğində kredit verilmişdir. 05 noyabr 2015-ci il tarixli bankın Müşahidə Şurasının qərarı ilə borclu Cavabdeh ərizəsinə əsasən hər iki müqavilə üzrə kreditlər balansdankənar hesabda uçotunun aparılması üçün balansdan silinmiş, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqavilələri ləğv edilmiş və əmlaklar yüklülükdən azad edilmişdir. Müşahidə şurası həmçinin kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılması mənbəyinin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsi, araşdırmanın nəticəsinə hüquqi qiym ət verilməsi məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunması və Müşahidə Şurasının müzakirəsinə çıxarılması, Cavabdeh qeyri-qanuni alınmış 460.000 manatın onun cari hesabına bərpa olunması qərara alınmışdır. Müşahidə şurasının qərarı borclu Cavabdeh sədrliyi ilə çıxarılmaqla kreditlərin balansdankənar hesabda uçotunun aparılması üçün balansdan silinməsinin səbəbləri, başqa balansın və hesabın nədən ibarət olması göstərilməməklə qərar olduqca üstüörtülü və aydın olmayan tərzdə yazılmışdır. İşin 52-56-cı səhifələrində olan Cavabdeh vəsatətində, onun nümayəndəsi və vəkilinin izahatında onun tərəfindən bankdan kredit götürülməsi inkar olunsa da işdə olan kredit müqavilələrindən görünür ki, Cavabdeh bankdan 10.050.000 manat məbləğində kredit götürmüş və bunun doğruluğunu həmin müqavilə ləri imzalamaqla təsdiq etmişdir. Cavabdehin həmin məbləğdə krediti bankdan götürməsi işdə olan kassa məxaric orderləri ilə də təsdiq edilir. Kredit müqavilələrinin bağlanması zamanı hər hansı maliyyə və qanun pozuntularına yol verilməsi işdən görünür. Cavabdeh bankın X2 halda həmin müqavilələri bağlamaqla kim tərəfindən məcbur edilməsi və təxminən 2 ildən artıq müddət keçdikdən sonra Müşahidə Şurasına müraciət etməsi məhkəmə kollegiyası tərəfindən yoxlanılmamışdır. Nəzərə alınmamışdır ki, həmin müqavilələr indiyə kimi qüvvədə olmaqla onların qanuniliyi Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kredit müqavilələrinin qüvvədə olduğu vəziyyətdə orada Cavabdeh verilməsi göstərilən kreditlərin balansdan silinməsi aydın deyildir. Əgər kredit müqavilələri üzrə həqiqətən də cavabdehə pul veri lməmişdirsə və müqavilələr onların iştirakçılarının həqiqi niyyətinə uyğun olmamışdırsa, onda həmin müqavilələrin vaxtında ləğv edilməsi və yaxud etibarsız sayılması barədə məsələ qaldırılmaması anlaşılan və ağlabatan hesab oluna bilməz. Əgər Cavabdeh həqiqətən də həmin kredit müqavilələrində müəyyən olunmuş pul məbləğləri verilməmişdirsə, onda banka 460.000 manat ödənilməsi də anlaşılan deyildir. Müşahidə Şurasının qərarında həmin məbləğin Cavabdeh qeyri-qanuni alınması ilə əlaqədar onun hesabına qaytarılması barədə göstəriş verilsə də, həmin göstərişə əməl olunub-olunmaması, 460.000 manatın nə vaxt və hansı hesaba qaytarılması araşdırılmamışdır. Müəyyən olunduğu kimi X4 sədrinə külli miqdarda pul vəsaitinin verilməsi barədə kredit müqavilələri tərtib olunmuş, həmin müqavilələrin qeyri-qa nuniliyi müəyyən olunmadan kreditlərin balansdan silinməsi barədə Müşahidə Şurası tərəfindən qərar qəbul edilmişdir. Kollegiya hesab edir ki, həmin qərarın mövcudluğu qüvvədə olan kredit müqavilələri üzrə borcun tələb edilməsinə mane olmur və cavabdehin bank qarşısında öhdəliyinin olmaması qənaətinə gəlmək üçün əsas vermir. İddiaçının Müşahidə Şurasının qərarını ləğv etməyə səlahiyyətli olmaması və Fondun həmin qərarının məhkəmə qaydasında tanınmasından imtina olunması işə mahiyyəti üzrə baxılıb qanuni qərar qəbul edilməsinə mane olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin dəlili ilə də razılaşmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarətdir ki, əgər bankın rəhbərliyi oradan istədiyi qədər kredit götürüb sonra da həmin pul məbləğini bankın səlahiyyə tli orqanının (Müşahidə Şurasının) qərarı ilə başqa balansa köçürmüşsə, deməli həmin kreditin ondan tutulması qeyri-mümkündür. İşdən göründüyü kimi Cavabdeh kredit götürdüyü dövrdə bankın rəhbəri olmuş və o, vəzifəsindən istifadə etməklə istədiyi qərarın qəbul edilməsinə nail olmaq imkanına malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyənliyin yaranmasını, pozulmuş və mübahisə edilən hüquqların real bərpasını təmin etmədiyindən kollegiya hesab edir ki, qətnamə MPM-nin 418.1-ci maddəsinin tələblərinə uyğun çıxarılmadığından ləğv edilməlidir. Qanunun həmin normasına görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməs i üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 iyun 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar