Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7365/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh X3 oğlutərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5031/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)2370/18 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 oğluna qarşı cavabdehdən 9500 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin 30 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9929/2018 saylı 05 sen tyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 10 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X3 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X3 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh X3 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə cavabeh tərəfindən yazıldığı qeyd edilən sənədin sübut kimi qəbul edilməsini araşdırmamışdır. Həmin sənəddə Ağadadaşa çatacaq pullar yazılmışdır. Sənəddə cavabdehin adı belə yoxdur. Məhkəmə sübutlara düzgün qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında v əkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməynin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,mülki iş materialının 26-cı səhifəsində olan kağızda “Ağadadaşa çatacaq pullar”, “03.03.16-cı il tarixi”, digər tərəfdə isə “25 mart 2016-cı il” tarixi və 8 dəfəyə verilmiş pul məblələrinin cəmi kimi “9500 ABŞ dolları” qeyd olunmuşdur. İddiaçı hazırkı iddia tələbinin əsaslı olunmasını təsdiq edən sübut kimi mülki iş materialının 26-cı səhifəsində olan cavabdeh tərəfindən imzalanmış ağ kağız üzərində yazılmış qeydlərə əsaslanaraq cavabdehdən pul tələb edir. Cavabdeh həmin sənədin onun tərəfindən imzalandığını qəbul etsə də, borcun “xxxx” MMC-yə onun vasitəsilə verildiyini, bu səbəbdən həmin kağıza onun imza etdiyini, həmin borcun isə MMC-nin işçiləri tərəfindən cavabdeh Bakıda olmayan vaxt iddiaçıya ödənildiyini qeyd etmişdir. İddiaçının idda tələbinin qanuni əsasını MM-nin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, iddiaçı cavabdehə 9500 ABŞ dolları məbləğində borc verdiyini qeyd edərək bunu təsdiq edən sübut kimi cavabdeh tərəfindən imzalanmış müvafiq sənədi məhkəməyə təqdim etmiş, cavabdeh iddiaçıya heç bir borcu olmad ığını qeyd etsə də, etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2 -ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin məhkəmənin istinad etdiyi sənəddə cavabdehin adının belə olmaması barədə dəlilinə m ünasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh həmin kağızdakı yazıların onun tərəfindən yazıldığını inkar etməmiş, sadəcə olaraq həmin yazıların onun iddiaçıya borcunun olması kimi qiymətləndirilə bilinməməsini göstərmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. İddiaçı “xxxx” MMC-nin ona borcunun olmadığını göstərmiş, cavabdeh İlqar Mustafayev də bu barədə hər hansı mötəbər sbut təqdim etməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara alır: Cavabdeh X3 oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5031/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7365/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7365/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver