Məhkəmə qərarları › İş №2(102)-737/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-737/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-737/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan tələbi 10.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-613/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş mater iallarından görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. 2018-ci ilin mart ayından başlayaraq evin zirzəmisinə su yığılmış və bunun nəticəsində ev qəzalı vəziyyətə düşmüşdür.

2. İddiaçının 26.07.2018-ci il tarixli müraciəti əsasında mübahisəli əraziyə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış nəticəsində müəyyən edilmişdir ki, binadan təxminən 25 metr aralıda, relyef səviyyəsinə görə binadan yüksəklikdə yerləşən 200 mm diametrli polietilen su borusuna sakinlərin istifadəsi üçün kiçik diametrli borular birləşdirilmişdir. Bu birləşmələrdən sızmalar nəticə sində ətrafda yerləşən binaların zirzəmilərinə su toplanır. Suraxanı rayon Sukanal idarəsinin təqdim etdiyi sxemə əsasən qeyd edilən 200 mm diametrli su borusu fəaliyyəti dayandırılmış 51 saylı su-nasos stansiyasından 69 saylı fəaliyyəti dayandırılmış su anbarına gedən borudur. Lakin, həmin boruya nasosxana istiqamətdən su sızması davam edir. Həmin su sızmalar nəticəsində binanın zirzəmisinə su yığılmış və yükdaşıyan divarlarda müxtəlif istiqamətli 2-4 mm olan çatlar yaranmışdır. Çatların yaranmasına səbəb su sızması nəticəsində bünövrələrin qeyribərabər çökməsidir.

3. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin 31-ci PB-nin 07.07.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması ərizəçiyə tövsiyə edilmişdir.

4. Məhkəmə Ekspertiza sı Mərkəzinin 14.05.2019-cu il tarixli rəyi ilə ünvan 1 ünvandakı cavabdehə məxsus su xətti ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında təqribən 200 metr məsafə olduğu, iddiaçıya məxsus fərdi yaşayış evində mövcud çatların, evdən aralıda yerləşən boru xətlərinin birləşmələrindən evin zirzəmisinə suyun sızması və bununla əlaqədar yaşayış evinin bünövrəsinin qeyri-bərabər çökməsi nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Baxış keçirilən dövrdə mübahisəli ünvanda yerləşən cavabdehə məxsus su borusundan sızmalar aşkar olunmamışdır. Rəydə, həmçinin qeyd edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyəri, tikinti konstr uktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilər. 5. “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyinə əsasən mübahisəli ünvanda cavabdehə məxsus diametri 200 mm olan plastik boru xəttinə kiçik diametrli boruların birləşdiyi yerdən tikiliyə qədər olan məsafə təxminən 190 metrə yaxın və 10 metr yüksəklikdə yerləşir. Tikiliyə su sızması cavabdehə məxsus plastik boru xəttindən sızmış gölməçələrdən uzun müddət ərzində qruntda açılmış yeraltı kiçik məsamələr və kanalcıqların yaranması nəticəsində yaransa da, gələcəkdə atmosfer sularının da həmin məsamə və yeraltı ka nalçıqlardan axa biləcəyi ehtimalı vardır. Bunun qarşısını almaq üçün drenaj kanalının çəkilməsi məqsədə müvafiq hesab edilir. Tikiliyə hal-hazırda suyun verilməsi dayandırıldığından sızma yoxdur. Su sızması nəticəsində divarlarda birtərəfli və keçici çatlar 3-8 mm qalınlığında, bünövrələrdə bir neçə yerdə 2-5 sm-ə qədər qeyri-bərabər çökmələr yaranmışdır. Tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilir.

6. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 03 may 2021-ci iı tarixli, 10/3953 saylı rəyi ilə ünvan 2 ünvanda yerləçən fərdi yaşayış evinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlardakı çatların yenid ən bərpası üçün ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 19096,00 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona 100.000 manat məbləğində vurduğu maddi zərərin və 10 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 1999-cu ildən yaşayır. 2018-ci ilin mart ayından bu günə kimi yaşadığı evinin zirzəmisini su basmış, evi qəzalı vəziyyətə düşmüşdür. İddiaçının yaşadığı evin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığı 26 iyul 2018-ci il tarixli müraciəti əsasında mütəxəssislər tərəfindən yerində araşdırma aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdehin səhlənkarlığı üzündən evi bərbad vəziyyətə düşmüşdür.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 30 iyul 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 20035 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda Cavabdeh ASC-yə məxsus diametri 200 mm olan plastik boru xəttinə kiçik diametrli boruların birləşdiyi yerdən tikiliyə qədər olan məsafə təxminən 190 metrə yaxın yüksə klikdə yerləşir. ünvan 1 ünvanda yerləşən tikiliyə su sızması Cavabdeh ASCyə məxsus diametri 200 mm olan plastik boru xəttindən sızmış gölməçələrdən uzun müddət ərzində qruntda açılmış yeraltı kiçik məsamələr və kanalcıqların yaranması nəticəsində yaransa da, gələcəkdə atmosfer sularının da həmin məsamə və yeraltı kanalçıqlardan axa biləcəyi ehtimalı vardır. ünvan 1 ünvanda yerləşən tikiliyə hal-hazırda Cavabdeh ASC-yə məxsus diametri 200 mm olan plastik boru xəttində suyun verilməsi dayandırıldığından sızma yoxdur. ünvan 1 ünvanda yerləşən tikilidə su sızması nəticəsində divarlarda birtərəfli və keçici çatlar 3-8 mm qalınlığında, bünövrələrdə bir neçə yerdə 2-5 sm-ə qədər qeyri-bərabər çökmələr yaranmışdır. ünvan 1 ünvanda yerləşən tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və diva rlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097, 1115-ci, Mülki Prossesual Məcəllənin 14.2, 78.1, 88, 119, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov- sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Azad İmanov) 12 noyabr 2019-cu il tarixli 2(103)- 13284/2019 saylı qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1219/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

15. Baxılan iş üzrə iddia tələbi dəymiş zərərin ödənilməsi ilə bağlı olsa da, iddia tələbi mahiyyətcə, həmçinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəyə maneələrin aradan qaldırılması ilə bağlıdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının həmin daşınmaz əmlakdan təyinatı üzrə istifadə edilməsində ç ətinliklər yaranıb və həmin əmlak Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

16. Bununla yanaşı, Məhkəmə kollegiyası nəzərə almışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və aidiyyətlə bağlı mübahisə açmamış, bununla bağlı heç bir vəsatət verməmişdir.

17. Eyni zamand a iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus 200 mm diametrli su borusu arasında olan məsafənin təxminən 200 metr olması iddiaçının yaşadığı evə məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulmasını istisna etmir. İddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə işdə olan səlahiyyətli icra hakimiyyəti orqanının aktı, ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur. Həmçinin müvafiq ərazidə yaşayan digər şəxslərin oxşar iddia qaldırmaması iddiaçının yaşadığı evə ziyan dəymədiyi və ya həmin evlə su borusu arasında olan məsafədə yerləşən evlərə su sızmadığı barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) 29 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)- 13284/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

20. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14.05.2019-cu il tarixli rəyində iddiaçıya məxsus fərdi yaşayış evinin yükdaşıyıcı konstruksiyaları üzərində, baxış keçirilən dövrdə, mövcud zədələrin (çatların və s.) aradan qaldırılması üzrə yerinə yetirilməli bərpa işlərinin dəyərinin tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəz iyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən (mərkəzdə həmin sahələr üzrə mütəxəssislər yoxdur) aparılmalı xüsusi araşdırılmalardan (hesablamalar, layihələr və s) sonra müəyyənləşdirilə bilməsi göstərilmişdir.

21. Göründüyü kimi, fərdi yaşayış evinə ziyan dəyməsi faktını ekspert müəyyən etmiş, lakin ziyanın məbləğinin müəyyən edilməsi üçün tikinti konstruktoru, eləcə də özülaltı qruntun geoloji vəziyyətinin öyrənilməsi üzrə mütəxəssislər tərəfindən aparılmalı xüsusi araşdırılmalar (hesablamalar, layihələr və s), layihə-smeta sənədlərinin tərtib edilməsinə ehtiyac olduğu qeyd edilmişdir.

22. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsi barədə 15.02.2019-cu il tarixli qərardadla ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkə zinə tapşırılsa da, işdə ekspertizanın aparılmasının başqa ekspertə tapşırılması barədə məhkəmə qərardadı olmadığı halda, iş materiallarına həmin məhkəmə qərardadında qoyulmuş suallar üzrə “X1 və X MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyi də əlavə edilmişdir.

23. Məhkəmə “X1 və Hüquq Şirkəti” MMC tərəfindən verilmiş 11.07.2019- cu il tarixli ekspert rəyinə istinad edərək, tikilinin bünövrəsindəki qeyri-bərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bina ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərinə ƏDV ilə birlikdə 20035 manat miqdarında vəsait tələb edilməsi qənaətinə gəlmişdir

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə tərəfindən tikilinin bünövrəsindəki qeyribərabər çökmələrin və divarlarda çatların qarşısının alınması, bi na ətrafı drenaj kanalının çəkilməsi üçün bərpa gücləndirmə işlərin dair layihə-smeta sənədlərinin tərtib edilməsi üçün müvafiq tədbirlər görülmədən, həmçinin X MMC-nin ekspert rəyinə əlavə edilmiş smeta hesabatı əsasında vurulmuş ziyanın hesablanması üçün əlavə ekspertiza təyin edilməsi məsələsi müzakirə edilmədən, həmin rəydə göstərilən məbləği vurulmuş ziyanın həcmi kimi qəbul edilməsi düzgün olmamışdır.

25. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin ekspert rəyinə əlavə edilmiş smeta hesabatında rəydə göstərilən 20.035 manat məbləğin necə hesablandığı müəyyən edilmir.

26. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə vurulmuş ziyanın 20.035 manat müəyyən edilməsi barədə ekspertiza rəyi kifayət qədər əsaslandırılmadığı halda, həmin rəyə istinad edilməklə gə linən nəticə qanuni və əsaslı sayıla bilməz.

27. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X MMC tərəfindən verilmiş 11.07.2019-cu il tarixli ekspert rəyində göstərilənlərin Məhkəmə Ekspertizası Mərkəzinin 14.05.2019-cu il tarixli rəyi ilə tələb edilən aparılmalı xüsusi araşdırılmalar (hesablamalar, layihələr və s) layihə-smeta sənədlər olubolmamasına qiymət verməmiş, sözügedən hesabatda göstərilən məğləğləri dəqiqləşdirmək üçün müvafiq sualla təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq (zəruri olarsa kompleks) ekspertizalarının keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Başqa sözlə, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi dəymiş ziyanın əvəzi olaraq 20035 manat pulun tutulmalı olmasına dair nəticəsini əsaslandırmamı ş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-613/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1219/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, dəymiş ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 19.096 manat müəyyən edilmiş, qalan hissədə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının zərərin əvəzi nin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdeh isə mövcud olacaq vəziyyəti bərpa etməli olduğudan, birinci instansiya məhkəməsinin maddi zərərin əvəzinin ondan iddiaçının xeyrinə tutulmalı olmasına dair iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

30. Bununla yanaşı dəymiş zərərin miqdarı 19096,00 manat olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin miqdarı hissəsində dəyişdirilməli, qətnamə qalan dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 03 may 2021-ci il tarixli, 10/3953 saylı rəyi ilə cavabdehə məxsus mənzildə baş vermiş çökmələrin və əmələ gəlmiş çatların aradan qaldırılması üçün görülməli işlərin ümumi dəyəri 19096,00 manat məbləğində müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

39. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

40. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

41. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir (maddə 459.1)

42. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

43. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənil məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1) Mülki Prossesual Məcəllə

44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh A SC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-613/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar