Məhkəmə qərarları › İş №2(102)-738/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-738/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-738/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-738/2019 Bakı şəhəri 25 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)1234/2018 nömrəli qətnaməsindən İddiaçı ASC-nin vəkili V1 oğlu və cavabdeh “xxxx” MMC-nin vəkili **oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Z.Əliyev) 06.07.2017-ci il tarixli, 2(009)-229/2017 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-nə və X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin olunaraq, “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 233761 manat əsas borc, 160554 manat faiz borcu, 61 manat məbləğində ödəniliş dövlət rüsumları olmaqla, cəmi 394376 (üç yüz doxsan dörd min üç yüz yetmiş altı) manat məbləğində pulun tutulması, ipoteka predmeti olan X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A (yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evin ilkin satış qiyməti ******* (bir milyon yeddi yüz doxsan iki min) manat müəyyən edilməklə, tutmanın həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9A (yeni qaydalarla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evin satıldıqdan sonra 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına, 50 manat məbləğində pulun isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 04.07.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş a pelyasiya şikayətləri qismən təmin olunaraq, hazırki iş üzrə Səbail rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsinin faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməsi, faiz borcunun məbləğinin 118300.82 manat müəyyən edilməsi, “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə əsas borc kimi 233761 manat, faiz borcu kimi 118300.82 manat, ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 61 manat olmaqla, cəmi 352122.82 (üç yüz əlli iki min manat səksən iki qəpik) manatın tutulması, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 9 “a” nömrəli fərdi yaşayış evinin 0.06 ha torpasq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrinin dəyişdirilməməsi, qiymətləndirmə xərci olan 500 manatın 250 manatı “xxxx” MMC-dən, 250 manatı İddiaçı ASC-dən “xxxx” MMC-nin nəfinə tutulması, mühasibat ekspertizasının xərci olan 150 manat 75 manatı “xxxx” MMC-dən, 75 manatı İddiaçı ASC-dən Məhkəmə Ekseprtizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. İddiaçı ASC-nin vəkili V1 oğlu və cavabdeh “xxxx” MMC-nin vəkili **oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-nə və X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.05.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xx xx” MMC-dən 233761 manat əsas borc, 89657 manat faiz borcu olmaqla, ümumilikdə 323418 (üç yüz iyirmi üç min dörd yüz on səkkiz) manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə qətnaməsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin “xxxx” MMC ilə bank arasında bağlanmış 21.08.2013-cü il tarixli, 004 NSFHŞ nömrəli kredit müqaviləsinin təminatı qismində, digər cavabdeh X1 AR Nazirlər Kabineti yanında DƏDRX-nin MH seriyalı, ******* nömrəli, **********47- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9a nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 233761 manat əsas borc, 100458 manat faiz borcu olmaqla, ümumilikdə 334219 (üç yü z otuz dörd min iki yüz on doqquz) manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə qətnaməsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin “xxxx” MMC ilə bank arasında bağlanmış 21.08.2013-cü il tarixli, 004 NSFHŞ nömrəli kredit müqaviləsinin təminatı qismində, digər cavabdeh X1 AR Nazirlər Kabineti yanında DƏDRX-nin MH seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9a nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 233761 manat əsas borc, 160554 manat faiz borcu olmaqla, ümumilikdə 394315 (üç yüz döxsan dörd min üç yüz on beş) manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarı lan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə qətnaməsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin “xxxx” MMC ilə bank arasında bağlanmış 21.08.2013-cü il tarixli, 004 NSFHŞ nömrəli kredit müqaviləsinin təminatı qismində, digər cavabdeh X1 AR Nazirlər Kabineti yanında DƏDRX-nin MH seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9a nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 09.03.2018-ci il tarixli, 5293 nömrəli rəyini əsas tutaraq 15.08.2016-cı il tarixinə faiz borcunun məbləğini 118300.82 manat kimi müəyyən etmiş, ikinci ekspert rəyini əsas tutsa da, bank tərəfindən verilmiş maliyyə arayışını, birinci ekspert rəyini və kredit müqaviləsinin müddətinin bitmədiyini nəzərə almamış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna, digər tərəfdən iş üzrə əsas sübut olan kredit müqaviləsinin şərtlərini nəzərə almamış və bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmaqla prosessual hüquq normasının pozuntusuna yol vermişdir. İşin hallarından göründüyü kimi, bankın verdiyi maliyyə arayışı ilə birinci instansiya məhkəməsində işə baxılarkən əldə edilən ekspert rəyi arasında ziddiyyət olmamış, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş mühasibatl ıq ekspertizasının rəyi ilə birinci instansiya məhkəməsində təyin olunmuş mühasibatlıq ekspertizasının verdiyi rəy və bankın verdiyi maliyyə arayışı arasında ziddiyyət mövcud olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə tələbin faiz borcu hissəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)-1234/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh “xxxx” MMC-nin vəkili **oğlu kassasiya şikayətini onunla əsaslandırmışd ır ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə cavabdehə hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində əsassız və qanunsuzdur. Belə ki, faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin verdiyi 02.06.2017-ci il tarixli rəydə ipoteka predmetinin sənədlərdə fərdi yaşayış evi, faktiki isə qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyektin ******* (bir milyon yeddi yüz doxsan iki min) manat məbləğində qiymətləndirilməsi reallığı əks etdirməmiş, əmlak faktiki dəyərindən çox aşağı qiymətləndirilmişdir. İpoteka predmeti bank qarşısında ipoteka ilə yüklü edildiyi zaman yalnız fərdi yaşayış evindən ibarət olmuş, hazırda isə həmin əmlakda sonradan özəlləşdirilmiş 0.6 ha torpaq sahəsi vardır. Bundan başqa fərdi yaşayış evindən əlavə ipoteka predmetinin ərazisində digər tikililər də inşa edilmişdir. Heç bir torpaq sahəsi olmayan birmərtəbəli obyekt ******* (iki milyon yüz altmış min) manat qiymətləndirildiyi halda, 0.06 ha torpaq sahəsi olan, torpağının bir sotunun dəyəri orta hesabla 120000150000 manat olan obyektin ******* manata qiymətləndirilməsi bu qiymətləndirmənin qeyriobyektiv aparıldığını göstərir. Apellyasiya baxışı zamanı ipoteka predmetinin yenidən qiymətləndirilməsi “xxxx” MMC-nə həvalə edilmiş, həmin MMC-nin 11.06.2018-ci il tarixli rəyinə görə ipoteka predmetinin likvid dəyəri 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilmişdir. Bu rəy isə tamamil ə əsassızdır və ipoteka predmetinin həqiqi, real dəyərini əks etdirmir. Belə ki, 2017-ci ildə ipoteka predmetinin dəyəri azaldılıb ******* manat müəyyən edildiyi zaman həmin dəyər bazar dəyərindən çox aşağı müəyyən edildiyi üçün onunla razılaşılmayıb həmin dəyərə etiraz edilmişdir. Yeni qiymətləndirmə isə heç bir əsas olmadan ipoteka predmetinin qiymətinin 720000 manatadək azaltmışdır. Hətta ipoteka predmetinin ilkin satış dəyəri 2017-ci ildə ******* manat olsa idi belə, bir il ərzində həmin əmlakın dəyərinin ******* manat, təxminən 150% ucuzlaşması həmin rəyin qeyriobyektivliyinin göstəricisidir. Buna görə apellyasiya baxışı zamanı qiymələndirilməyə etiraz edilib vəsatət verilərək yenidən qiymətləndirmənin keçirilməsi, qiymətləndirmənin səlahiyyətli dövlət təşkilatlarına həvalə edilməsi x ahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmiş, həmin qiyməti məqbul bilməklə həmin hissədə qeyri-obyektiv qərar qəbul etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş kreditlə bağlı faiz borcu da düzgün hesablanmamışdır. Həmin faiz borcunun nədən ibarət olması aydın deyildir. Məhkəmə tərəfindən isə faiz borcunun hansı dövrü əhatə etməsi, hansı faiz dərəcəsi ilə hesablanması, düzgün hesablanıb-hesablanmaması araşdırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə faiz borcunun məbləği 118300.82 manat müəyyən edilsə də, həmin məbləğ də reallığı əks etdirmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qə bul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ciiltarixli, 2(103)-1234/2018 saylı qətnaməsinin cavabdeh “xxxx” MMC-nin İddiaçı ASC-nə kredit borcu üzrə faiz borcu məbləğinin düzgün hesablanmaması və kreditin təminatı olan ipoteka predmetinin düzgün qiymətləndirilməməsi hisəsində maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə həmin hissədə əsassız və qanunsuz olduğu üçün ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh “xxxx” MMC-nin vəkili **oğlu və cavabdeh X3 məhkəmə iclasına gəlməmi ş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 və vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən onlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, cavabdeh “xxxx” MMC-nin vəkili **oğlu tərəfindən verilmiş kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya inst ansiyası məhkəməsi işə baxarkən ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 21.08.2013cü il tarixli kredit müqaviləsi bağlanmış, digər cavabdeh X3 isə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 9 “a” nömrəli fərdi yaşayış evini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Apellyasiya baxışı zamanı hər iki tərəf faiz borcun u mübahisələndirmiş və keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09.03.2018-ci il tarixli, 5293 nömrəli rəyi ilə faiz borcu məbləğinin 118300.82 manat təşkil etməsi müəyyən edilmişdir. Hazırda hər iki tərəf kassasiya şikayətində də faiz borcunun düzgün müəyyən edilmədiyini qeyd edərək, qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilib işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya kollegiyası tərəflərin faiz borcunun düzgün hesablanmaması barədə dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız, cavabdehin kassasiya şikayəti isə bu hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlillərinə kassasiya kollegiyası qiymət verərək qeyd edir ki, iddiaçının “ apelyasiya instansiyası məhkəməsi faiz borcu məbləğini müəyyən edərkən maliyyə arayışını, birinci instansiya məhkəməsi zamanı verilmiş ekspert rəyini və kredit müddətinin bitməməsini nəzərə almamışdır” barədə dəlili əsassızdır. Çünki iş materialları ilə də müəyyən olunur ki, apelyasiya baxışı zamanı təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası qeyd edilən sübutları nəzərə alaraq faiz borcunu müəyyən etmişdir. İddiaçı tərəf ekspert rəyinin əsassızlığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, kassasiya kollegiyası cavabdeh tərəfin faiz borcunun yüksək məbləğdə müəyyən edilməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh “xxxx” MMC də məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş faiz borcunun yüksək həddə müəyyən edilməsinə dair mə hkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya kollegiyası cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərini araşdıraraq və qiymət verərək hesab edir ki, cavabdehin kassasiya şikayəti bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, “xxxx” MMC-nin verdiyi 02.06.2017-ci il tarixli rəydə ipoteka predmetinin ilkin satış qiyməti ******* (bir milyon yeddi yüz doxsan iki min) manat müəıyyən edilmiş, daha sonra bu məbləğ apelyasiya qaydasında mübahisələndirildiyi üçün yenidən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçü n ekspertiza təyin edilmiş, “xxxx” MMC-nin 11.06.2018-ci il tarixli rəyi ilə ipoteka predmetinin likvid dəyəri 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı verilmiş rəylər üzrə məbləğlərin əhəmiyyətli dərəcədə fərqlənməsinə, rəylər arasında ziddiyyətlər olmasına əhəmiyyət verməmiş, təkrar ekspertiza təyin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ h issəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsas ənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası, kassator “xxxx” MMC-nin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndə rilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, İddiaçı ASC-nin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)-1234/2018 nömrəli qətnaməsi qismən – ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli 2(103)1234/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar