Məhkəmə qərarları › İş №2(102)-738/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-738/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-738/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Ələsgər Əliyevdən ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(002)150/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 17R000003644 saylı kredit razılaşması üzrə 14875,69 ABŞ dolları məbləğində əsas borc, 5713,98 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 20789,67 ABŞ dolları məbləğində borc pul vəsaitinin (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Ünvan mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına iddaçı “xxxx” QS C-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Ünvan mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1664/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən və məruzəçi, E.M.Həsənov və F.F.Babayev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli 2(002)150/2018 saylı qətnaməs inin əsas borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməli 21.06.2013-cü il tarixli 17R000003644 saylı müqavilə üzrə əsas borcun 14667,57 manat məbləğində müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ərizə və daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavab dehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 17R000003644 saylı kredit razılaşması üzrə 14875,69 ABŞ dolları məbləğində əsas borcun, 5713,98 ABŞ dolları məbləğində faiz borcunun 15793,65 ABŞ dolları məbləğində cərimənin, cəmi 36383,32 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus olan Ünvan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və cəmi 36383,90 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəl dilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Ünvan, 5 mərtəbəli binada yerləşən 75,5 kv.m mumi, 47,53 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 38 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi və onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və “xxxx” QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul ed ilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında hazırlanmış ekspert rəyi ilə faiz və cərimə məbləği şişirdilmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və yeni apellyasiya baxışına qaytarılmalıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbində n Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi 24730 nömrəli 27.11.2017-ci il tarixli maliyyə arayışı ilə müəyyən etmişdir ki, 21 iyun 2013cü il tarixli, 17R000003644 saylı kredit razılaşması üzrə Cavabdeh1 14993,26 ABŞ dolları məbləğində əsas borcunun, 5713,98 ABŞ dolları məbləğində faiz borcunun və 15793,66 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 36500,90 ABŞ dolları borcu var. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası kredit müqavilələri üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 21 avqust 2018-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11639 saylı 26 iyul 2019-cu il tarixli ekspert rəyi əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 21.06.2013-cü il t arixli 17R000003644 saylı kredit müqaviləsi üzrə, müqavilənin şərtləri nəzərə alınmaqla F.Qarayevin “xxxx” QSC-yə 25.01.2018-ci il tarixə olan əsas borcu 14.667,57 ABŞ dolları, faiz borcu 10.017,91 ABŞ dolları, 05.06.2018-ci il tarixə olan əsas borcu 10.667,57 ABŞ dolları, faiz borcu isə 11.183,15 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehin iddiaçıya olan 21.06.2013-cü il tarixli 17R000003644 saylı kredit müqavil əsi müqavilə üzrə əsas borcu 14.667,57 manat müəyyən edilməli, faiz borcu isə dəyişdirilmədən 5713,98 manat məbləğində saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan faiz borc məbləğinin ekspertiza rəyində göstərilən həddə hesablana bilməz. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş faiz borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Cərimə borcu ilə bağlı apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, iddiaçının xeyrinə tutulmalı o lan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, ölkədə devalvasiyanın baş verməsi, cavabdehin hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halı sonuncunu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissəsinin, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinin, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 439.1, 442, 460.1, 462.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi MK tərəfindən təyin edilmiş ekspertiza əsasında ekspert düzgün hesablama aparmamış, hazırlanmış ekspert rəyində faiz və cərimə məbləği şişirdilmiş formada qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə h əm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldiyi nəticəsi əsaslıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməsi aparılmamış, mənzilin açıq hərracdan satılması ilə bağlı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ipoteka qoyan apellyasiya şikayəti vermədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinə aid hissəsi apellyasiya baxışının predmeti deyildir. Belə ki, kassator nəzərə almamışdır ki, o, ipoteka qoyan deyil və qətnaməni yalnız özünə münasibətdə mübahisələndirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsinin işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstəril ən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar