Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7384/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 03 mart 2021-ci il tarixli, 2(103)19/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(006)668/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddia tələbləri qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 Müseyib oğlundan müştərək qaydada "xxxx" KB ASCnin xeyrinə 22 yanvar 2015-ci il tarixli 1mspSTB/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə 4995,94 manat əsas, 709,56 manat faiz borcu, cəmi 5705,50 manat, 16 oktyabr 2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 100561,53 manat əsas, 16474,90 manat faiz borcu olmaqla, 117036,43 manat məbləğində pul vəsa itinin tutulması, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın UMİ29/13 saylı, 23 dekabr 2013-cü tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh1, Cavabde h2, Cavabdeh4 və X1 əmlak satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmələri, Cavabdeh1 50 (əlli) manat məbləğində keçirilmiş ekspertiza xərcinin dövlət nəfinə tutulması, Cavabdeh1 ekspertiza keçirilməsi üçün iş və xidmətlərə görə 150 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-19/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(006)-668/2017 nömrəli qətnaməsi Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış (likvid) qiymətinin 130000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 07 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(103)-19/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada veri ldiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sa dəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin əsaslandırılmış surəti cavabdehin rəsmi qeydə alındığı ünvana göndərilmiş, lakin onun həmin ünvanda yaşamaması səbəbi ilə zərf poçt orqanı tərəfindən məhkəməyə qaytarılmışdır. Bununla belə müəyyən olunur ki, cavabdeh ilk dəfə kassasiya şikayətini məhkəməyə 29 iyul 2021-ci il tarixdə ünvanlamış və Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmışdır. Bundan sonra cavabdeh dövlət vəsaiti hesabın a vəkillə təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin cavabdehin həmin ərizəsinə münasibəti gözlənilmədən, 07 oktyabr 2021-ci il tarixdə cavabdeh və vəkili Vəkil Bunyət oğlu tərəfindən imzalanmış hazırki kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin azı 29 iyul 2021-ci il tarixdən məlumatı olduğu halda, hazırki kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 07 oktyabr 2021-ci il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası il ə bağlı vəsatətlə ilə məhkəməyə müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayə tini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(103)-19/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Ap
Məhkəmə qərarları › İş №2(102)-7384/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7384/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver