Məhkəmə qərarları › İş №2(102)-7387/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7387/2019

05.12.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7387/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(050)288/2018, hakim A.A.Alməmmədov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edi lmiş, cavabdehin Masallı rayonu, Binə Xocavar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə cənub-qərb və şimal istiqamətindən (mübahisə predmeti olan) gedişgəliş yolunun açılaraq cavabdeh tərəfindən həmin yola yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(106)-181/2019, hakimlər Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 18 dekabr 2017-ci il tarixdə İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, Binə Xocavar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə giriş-çıxış üçün ümumi istifadədə olan cavabdeh tərəfindən zəbt edilmiş gediş-gəliş yolunun açılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılmaqla həmin yoldan sərbəst gediş-gəlişin təmin edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Müvafiq rəy və d igər sübutlarla gediş-gəliş yolunun tutulmasının müəyyən edilməsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək hazırki iddia ərizəsi lə məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış 10 aprel 2018-ci il tarixli mütəxəssis rəyinə və 03 may 2018-ci il tarixli ekspert rəyinə əsasən Masallı rayonu Binə Xocavar kəndində yerləşən gediş gəliş yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin Cavabdeh fiziki sərhədlər daxilində istifadəsində olması müəyyən edilmişdir. İddiaçı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Mas allı rayonu Binə Xocavar kəndinin kompleks yerquruluşu layihəsinin yerəuyğun şərti yerləşmə mövqeyinə görə iddiaçının həyətyanı torpaq sahəsinə cənub-qərb və şimal istiqamətlərindən, cavabdehin həyətyanı torpaq sahəsinə və JN-135A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qonşu X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin cənub istiqamətindən mübahisə predmeti olan gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis və ekspert rəylərinə istinad edərək iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə cənub-qərb və şimal istiqamətlərindən gediş-gəliş yolunun müəyyən edildiyi və həmin yolun cavabdehin istifadəsində olmaqla iddiaçının həmin yoldan gediş-gəlişinə maneə yarandığın dan iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının həyətyanı torpaq sahəsinə maneəsiz gediş-gəlişini təmin edən alternativ yol var və hazırda həmin yoldan istifadə edilir. İddiaçının hazırda mübahisələndirdiyi sahə isə bələdiyyə tərəfindən cavabdehin xeyrinə imtina edilmişdir. Apellyasiya məhkəməsi təkrar eskpertiza təyin etmiş və ekspert qarşısına iddiaçının istifadəsində olan gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilib edilmədiyi barədə suallar qoyulmuşdur. 27 may 2019-cu il tarixli ekspert rəyi ilə iddiaçı və ailə üzvlərinin istifadəsində olan gediş-gəliş yolundan cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi qeyd edilən ekspert rəyinə istinad e dərək iddiaçı və ail ə üzvlərinin istifadəsində olan ümumi gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilməsinin təsdiq edilmədiyinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Masallı rayon Binə Xocavər kəndinin kompleks yerquruluşu layihəsinin yerəuyğun şərti yerləşmə mövqeyinə görə iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə cənub-qərb və şimal istiqamətlərində iki gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçı şimal istiqamətindəki gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz tutulduğunu mübahisələndirirək həmin yolun açılmasını tələb edir. İş materialları ilə, mütə xəssis və ekspert rəyləri ilə də iddiaçının istinad etdiyi hallar, yəni cavabdehin qeyd edilən yolu tutması təsdiq edilir. Cavabdeh özü də qeyd edilən sahənin bələdiyyə tərəfindən onun xeyrinə imtina edildiyini bildirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Apellyasiya məhkəməsi isə, iddia tələbinin maddi hüquqi hüquqi əsasını düzgün müəyyən etməməklə, iddiaçının hazırda istifadəsində olan cənub-qərb yolunun cavabdeh tərəfindən zəbt edilmədiyinə istinad edərək birinci instansiya məhkəməsinin iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə qətnaməsini ləğv edərək iddianı rədd etmişdir. Halbuki, iddiaçının həyətyanı torpaq sahəsinə alternativ gediş-gəliş yolunun olması hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi əsaslarını müəyyən edən normaların tələblərini pozmaqla və mübahisəyə torpaq qanunvericiliyinin normaları baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar