Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7388/2021 07.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-251/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6842/2017 saylı, 14 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 453974,30 ABŞ dolları əsas və 159830,75 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, 25.11.2011-ci il tarix li kredit müqaviləsi və 30.12.2012-ci il tarixli əlavə saziş üzrə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borc 87 203,12 (səksən yeddi min iki yüz üç dollar 12 sent) ABŞ dolları və faiz borcunun 68 897,04 ABŞ dolları (altmış səkkiz min səkkiz yüz doxsan yeddi dollar 04 sent) məbləğində müəyyənləşdirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Bu normanın tələbinə görə apellyasiya instansiyası məhkəməsinin aktının hansı hissədə (tam və ya qismən) mübahisələndirilməsi, habelə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən (akta dəyişiklik edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, iddianın həllinə dair yeni qərar qəbul edilməsi və s.) hansının tətbiq edilməsi barədə xahişi şikayətdə dəqiq və aydın şəkildə əksini tapmalıdır. Hazırkı kassasiya şikayətinin nəticə hissəsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv olunması xahiş edilsə də, bundan sonra hansı prosessual hərəkətin edilməsinin kassasiya məhkəmsindən istənilməsi göstərilməmişdir. Belə olan halda həmin şikayətlə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci ma ddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiqinin xahiş edildiyi məlum deyil. Qeyd edilənlər kassasiya şikayətinin 407.1.4-cü maddəsinin tələblərinə uyğun şəkildə tərtib olunmadığına dəlalət edir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh vəkili və n ümayəndəsi Vəkil1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-251/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-7388/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7388/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver