Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-739/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 11 » fevral 2019-cü il İş № 2(102)-739/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərardadından Cavabdeh1 və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cav abdeh1, Cavabdeh2, Cavabdeh3və Cavabdeh4 oğlundan müştərək qaydada 6862,98 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə manata məzənnə ilə və 20 manat dövlət rüsumu BOKT«xxxx» MMC-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməyərək cavabdehlərdən 10 manat dövlət rüsumu dövlət nəfinə tutulması, ekspertiza tədqiqatının dəyəri - 50 manat Cavabdeh1 tutulub mərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 21.05.2018ci il tarixli qərardadı ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov, İş № 2(103)-7647/2017) Cavabdeh1 kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 09 iyul 2018- ci il tarixli qərardadı ilə Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməməsi, mülki iş üzrə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyaisya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 08.11.2018ci il tarixli qərardadı ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov, İş № 2(103)-7647/2017) Cavabdeh1 kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08.11.2018-ci il tarixli qərardadından Cavabdeh1 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yanlışlığa yol vermiş, prosessual hüquq normaları pozulmuşdur. Ona görə də BakıApellyasiya Məhkəməsinin MK-nin 08 noyabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instabsiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki koll egiyasının 08 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəmişdir ki, kassasiya şikayətinin başlığında qeyd olunub ki, 15.10.2018-ci il tarixli qətnamədən şikayət olunur, sonunda isə qeyd olunub ki, 15.10.2018-ci il tarixli qərardaddan şikayət olunur. Hazırkı iş üzrə 15.10.2018-ci il tarixində qətnamə və ya qərardad qəbul olunmayıb. Göründüyü kimi, Cavabdeh1 hansı növ və hansı tarixli məhkəmə aktından şikayət etdiyi qeyri-müəyyəndir. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 407 və 408- ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, işdən göründüyü kimi 15.10.2018-ci il tarixində qətnamə və ya qərardad qəbul olunmadığından, Cavabdeh1 hansı növ və hansı tarixli məhkəmə aktından şikayət etdiyi qeyri-müəyyən olduğundan kassasiya şikayəti Mülki-Prosessual Məcəllənin 407 və 408-ci maddələrinin göstərişlərinə əsaslanaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan və yuxarıda qeyd olunan hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-739/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-739/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver