Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-74/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, öhdəliyin yaranması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-255/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, kassasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4294/2022 nömrəli, 03 oktyabr 2022-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 106-112, İ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=663a96f82bed40 ee82175504dfd572c8.edoc Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
1. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkə məsi) 2(104)-255/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh1 (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2955/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən 32.133 manat və ödənilmiş dövlət rüsumunun 20 manatının alınıb İddiaçı (bundan sonra - iddiaçı) ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 32133 manat dəyərində 357 qutu (hər qutuda 12 litr olmaqla) “organika gübrə” məhsulunu 28 yanvar 2019-cu il tarixli, ******* nömrəli qaimə-faktura əsasınd a cavabdehə nisyə satdığını, sonuncunun isə nisyə aldığı gübrənin pulunu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Məhkəmə iddianın təmin olunması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.
3. Belə ki, 32133 manat dəyərində 357 qutu (hər qutuda 12 litr olmaqla) “organika gübrə” məhsulunu 28 yanvar 2019-cu il tarixli, ******* nömrəli qaimə-faktura əsasında “X8” MMC-də mühasib işləmiş cavabdeh tərəfindən cəmiyyətin anbarına qəbul edilməsi işin mübahisə olunmayan halıdır.
4. İddiaçı məhsulun qeyd olunan tarixdə cavabdehə nisyə satıldığını, cavabdehin isə həmin məhsulu cəmiyyətin direktoru X1 göstərişi əsasında 28 yanvar 2019cu il tarixdə iddiaçı tərəfin təqdim etdiyi ******* nömrəli qaimə-faktura əsasında “X8” MMCnin anbarına yerləşdirilməsi üçün qəbul etdiyini iddia edir.
5. İddiaçı iddia ərizəsində məhsulu qaimə-faktura əsasında cavabdehə nisyə satdığını bildirsə də, işin 63-cü vərəqində olan və iddiaçı tərəfindən 02 noyabr 2020-ci il tarixdə (iddia qaldırılmamışdan əvvəl) dövlət orqanlarına ünvanlanmış şikayət ərizəsində qeyd etmişdir ki, 32133 manat dəyərində 357 qutu (hər qutuda 12 litr olmaqla) “organika gübrə” məhsulunu 28 yanvar 2019-cu il tarixli ******* nömrəli qaimə-faktura əsasında saxlanılması üçün “X8” MMC-yə təhvil vermiş və həmin mallar cəmiyyətdə mühasib işləyən Cavabdeh1 iştirakı ilə soyuducuya boşaldılmışdır. Apellyasiya icraatı zamanı da iddiaçı ərizədəki imzanın ona məxsus olduğunu təsdiq etmişdir.
6. İddiaçı tərəfin təşəbbüsü ilə əvvəlki apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 da (əvvəllər iddiaçı ilə birgə nikahda olmuş) ifadəsində cavabdehə 28 yanvar 2019-cu ildə 32133 manat dəyərində 357 qutu “organika gübrə” məhsulunun nisyə satılmasını qeyd etmişdir.
7. Yeni apellyasiya baxışı zamanı Çingiz Mayılov əvvəlki ifadəsindən fərqli olaraq bildirmişdir ki, iddiaçı ilə birgə nikahda olmuşlar, lakin 2002-ci ildə nikahları pozulmuşdur. Buna baxmayaraq, iddiaçı işlərin onun adından aparılması üçün ona etibarnamə vermişdir. O da həmin etibarnamə əsasında cavabdehə 28 yanvar 2019-cu ildə 32133 manat dəyərində 357 qutu gübrəni nisyə satmışdır. İkinci dəfə cavabdehə gübrə versə də, sonradan onu anbardan götürmüşdür. Cavabdeh nisyə aldığı gübrənin pulunu ödəməyi öhdəsinə götürmüş və həmin məbləği qaytarmaqdan imtina etmişdir. Cavabdeh tanımadığı türkə də nisyə mal vermiş və həmin məbləğdən 7600 manat ödənilməmişdir. Dövlət orqanlara ünvanlanmış 02 noyabr 2020-ci il tarixli şikayət ərizəsində “organika gübrə” məhsulunun Şəmkir şəhərində yerləşən “X8” MMC-yə saxlamaq üçün təhvil verilməsi, eləcə də Cavabdeh1 7600 manat borcunun qalması səhvən qeyd olunub, əslində Vüqar bir nəfər türk vətəndaşına 7600 manat dəyərində gübrə verib, həmin borc da türk vətəndaşına aid olunur, türk vətəndaşı öldüyü üçün borcu bağışlamışlar.
8. X7 iddiaçının nümayəndəsi qismində cavabdehə iki dəfə “organika gübrə” verməsini qeyd etmiş, lakin iddiaçı tərəf ikincı halda neçə manat dəyərində və neçə qutu “organika gübrə” verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
9. Əvvəlki apellyasiya icraatı zamanı iddiaçı izahatında göstərmişdir ki, Rövşən adlı şəxsə də eyni çəkidə və eyni qiymətə “organika gübrə” satmış və Rövşən qismən ödəmələr etmiş və az məbləğdə borcu qalmışdır. Şikayət ərizəsi Rövşənlə bağlı olmuş və səhvən adı Vüqar getmişdir. Qeyd olunan şikayətdə isə borcun məbləği 7600 manat göstərilmişdir. 10. 26 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı izahatında Rövşən adlı şəxsi tanımadığını, lakin Çingiz Mayılovdan eşitdiyinə görə həmin şəxsin də gübrə alveri ilə məşğul olmasını bildirmişdir.
11. Göründüyü kimi iddiaçı ilə onun verdiyi etibarnamə əsasında gübrənin satışını həyata keçirən X2 ifadələri arasında kəskin ziddiyyət mövcuddur. Belə ki, iddiaçı şikayət ərizəsində qeyd olunan 7600 manat borcun Rövşən adlı şəxsə, Çingiz Mayılov isə Cavabdeh1 tanımad ığı türk vətəndaşına “organika gübrə” verdiyini və 7600 manat borcun türk vətəndaşına aid olduğunu, həmin şəxs öldüyü üçün borcu bağışladıqlarını bildirmişdir.
12. Yeni apellyasiya icraatı zamanı cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş “X8” MMC-nin təsisçisi və 100 faiz paya sahib olan X4 ifadəsində göstərmişdir ki, iddiaçını tanımır. “Aqrolizinq”in sədri Azər Əliyev ona zəng edərək bildirmişdir ki, Şəmkir rayonuna sahibkarlar üçün maye gübrə gətiriblər və boşaltmağa yerləri yoxdur. Azər Əliyev ondan xahiş etmişdir ki, 3-4 günlük gübrəni anbara yerləşdirsin. Həmin vaxt kənarda olsa da, gübrənin anbara yerləşdirilməsi barədə işçilərə göstəriş verəcəyini bildirmişdir. Bir neçə saat sonra mühasib Cavabdeh1 ona zəng edərək gübrə gətirdiklərini və bunu qəbul edibetməməsini, el əcə də buna dair sənəd verib-verməməsini soruşmuş, o da gübrəni qəbul etməsi barədə Vüqara göstəriş vermişdir. Daha sonra Vüqar zəng edərək, bildirmişdir ki, həmin şəxs gübrənin qəbulu barədə qaiməyə imza etməsini təkid edir, o da qaiməyə imza etməsini Vüqara demişdir. Gübrə qısa müddətə anbara yerləşdirilsə də, bir ildən çox anbarda qalmışdır. Ona görə də malın götürülməsini Azər Əliyevə bildirmiş və bundan sonra gübrənin çox hissəsini aparmışlar. Hal-hazırda anbarda 20 qutu mal qalıb. Gübrə bir ildən çox anbarda qalsa da, iddiaçı tərəf saxlama pulunu ödəməkdən imtina etmişdir. İstər iddiaçı, istərsə də onun etibarnamə üzrə nümayəndəsi ilə “X8” MMC, eləcə də Cavabdeh1 arasında gübrənin nisyə alqı-satqısı barədə razılaşma olmamışdır. Gübrə “Aqrolizinq”in sədri Azər Əliyevin xahişi nəzərə a lınmaqla qısa müddətə anbarda saxlamaq üçün qəbul edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi X7un əvvəllər iddiaçı ilə nikahda olmasını, nikahı 2022-ci ildə pozulmasına baxmayaraq, onun iddiaçının verdiyi etibarnamə əsasında gübrələrin satışı ilə məşğul olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin şahidin ifadəsinə işin qeyd olunan bu halı ilə birgə hüquqi qiymət verilməli və mötəbər sübut kimi nəzərə alınmamalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 386.1, 389.1, 567, 600.1, 601.1, 822-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76, 77, 78, 80, 88, 106, 372 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin öz öhdəliyini icra etməməsi aşkardır və bu hallar Mülki Məcəllənin müddəaları ilə qarşılıqlı şəkildə baxılmalı idi. Lakin məhkəmə bütün bu məsələlərə düzgün yanaşmamışdır. Cavabdehin iş üzrə verilmiş izahatından onun borcu olduğu açıq-aydın bilinir. Məhkəmə bununla bağlı təqdim olunan sənədləri və cavabdehin məhkəmədəki izahatını nəzərə almadan qərar qəbul etmişdir. Həmçinin məhkəmə X7un bir çox ifadələrini nəzərə almamış, digər şahid olan Hüseynov Tahirin izahatlarına üstünlük verilmişdir. Halbuki sözügedən alqı-satqı baş verərkən həmin yerdə sonuncu deyil, məhz Mayılov Çingiz olmuşdur. Qaimə f akturanın olması alqı-satqını sübut edir. Məhkəmə bütün sübutları araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda i sə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Maddə 822 Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ver ilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(104)-255/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.