Məhkəmə qərarları › İş №2(102)-7401/2017

Ali Məhkəmə Qərar — İş №2(102)-7401/2017

14.11.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7401/2017 14.11.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 14 noyabr 2017-ci il şəhəri İŞ № 2(102)-7401/2017 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli, 2(103)-5961/2017 saylı qətnaməsindən Cavabdeh və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(004)1207/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) iddiaçı “İddiaçı” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, həmin kredit müqaviləsi üzrə cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 3.698,78 ABŞ dolları, faiz borcuna görə 1.126,47 ABŞ dolları, hesablanmış cəriməyə görə 29,07 ABŞ dolları, cəmi 4.854,32 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli, 2(103)-5961/2017 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 fevral 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Rafiq Alışov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun tutulması” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 30 faizlə 6.370 ABŞ dolları kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas borcu, ona hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. 22 noyabr 2016-cı il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 3.698,78 ABŞ dolları əsas, 1.12 6,47 ABŞ dolları faiz, 329,07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5.154,32 ABŞ dolları məbləğində kredit borcu vardır. Borcun ödənilməsi cavabdehdən tələb olunsa da, sonuncu bu günədək öhdəliklərini icra etməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, faiz borcunun artıq hesablanmasına diqqət yetirməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ “İddiaçı” ASC, Cavabdeh və vəkili X1 məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılar a görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Res publikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 421.2, 427.3, 442, 443.1, 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 30 faizlə 6.370 ABŞ dolları kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas borcu, ona hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. 22 noyabr 2016-cı il tarixə cavabdehin iddiaçı təşkilata ödənilməmiş 3.698,78 ABŞ dolları əsas, 1.126,47 ABŞ dolları faiz, 329,07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5.154,32 ABŞ dolları məbləğində kredit borcu vardır. Borcun ödənilməsi cavabdehdən tələb olunsa da, sonuncu bu günədək öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilmə məsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin iddiaçı təşkilata ödənilməmiş kredit borcunun olması və iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin işin faktiki halları və tərəflərin qarşılıqlı m ünasibətləri üzrə düzgün nəticəyə gəlməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verildiyi üçün təkrar həmin dəlilləri müzakirə etməyi lüzum görmür. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsas lı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 m ay 2017-ci il tarixli, 2(103)-5961/2017 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar