Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7409/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehlərdən Cavabdeh4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(039)767/2018, hakim T.M.Əliyev) İddiaçı QSC-nin cavabdehlər Ca vabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə kredit razılaşması üzrə 6,417.24 ABŞ dolları əsas, 991.82 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə, cəmi 7,709 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(107)-1499/2019, hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.04.2009-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.04.2013-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30,000 ABŞ dolları məbləğində kredit verilmişdir. 14 fevral 2018-ci il tarixdə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabde h7 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən tutulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına və təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, Mülki Məcəllənin 477-ci maddəsi mübahisəyə düzgün tətbiq edilməməklə iş üzrə səhv nəticəyə gəlinmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Cavabdeh4 vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit xətti müqaviləsi əsasında bağlanmış kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən tutulması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı ba nk tərəfindən iddianın zaminlərə münasibətdə rədd edilməsi hissəsində mübahisələndirilir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mövcud sübutlarla Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzə rinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və bu səbəbdən iddiaçının ondan yaranmış borcu tələb etmək hüququ yaranmışdır və bu tələb ona münasibətdə əsaslıdır. Əsas borc tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddia tələbində qeyd edilən əsas borc məbləğinin düzgün hesablanmadığına dair mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tam təmin edilməlidir. Faiz borcu tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, faiz borcu yalnız kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan məbləğdə təmin edilməlidir. İddianın cərimə tələbi hissəsi ilə bağlı apellyasiya intansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən cərimənin məbləği tənasübsüz surətdə yüksəkdir və həmin cərimə pulunun məbləği azaldılaraq 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Lakin təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsində kredit xəttinin məbləği və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin qaytarılması üçün konkret müddət və faiz dərəcəsi müəyyən edilməmişdir və hazırkı iş üzrə zaminlər həmin kredit xətti üzrə üzərilərinə öhdəlik götürmüşlər. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 09 aprel 2013-cü il tarixdə kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 36 ay müddətinə, aylıq 2,1667 % ödənilmək şərti ilə 30,000 ABŞ Dolları məbl əğində kredit verilmişdir. Həmin kredit razılaşmasına əlavə edilmiş ödəniş planı ilə yalnız cavabdehlərdən Mirvari Verdiyevə, Cavabdeh2 və Cavabdeh4 tanış edilmişlər. Sonradan həmin razılaşmaya əlavə olaraq sazişlər imzalanmaqla razılaşmanın şərtləri dəyişdirilmiş, müddəti artırılmışdır. Bu sazişlərdən yalnız 07 dekabr 2015-ci il tarixli 02R000026837SA nömrəli sazişə əlavə edilmiş ödəniş qrafikinin arxasında zaminlər Cavabdeh3 və Cavabdeh4 ödəniş planı ilə tanış olduqlarını qeyd etmişlər. Bundan sonra 19 yanvar 2016-cı il tarixli 02R000026837SB nömrəli sazişlə, 10 may 2016-cı il tarixli 02R000026837SC nömrəli sazişlə kreditin müddəti artırılsa da zaminlər həmin sazişlərlə tanış edilməmiş, onların buna razılığı alınmamışdır. Digər tərəfdən 09 aprel 2017-ci il tarixli həmin kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. İş materiallarından göründüyü kimi borclu öhdəliyini icra etmədiyindən iddiaçı bank əsas borclu ilə birlikdə zaminlərə qarşı da iddia qaldırmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsi ilə zaminliyə xitam verilməsi müddətləri müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi ü çün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7409/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7409/2019
05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver