Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, kassatorun və onun vəkili Vəkil iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8404/2018 saylı 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, i ş № 2(008)-10215/2017) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.S.Şirinov, iş № 2(103)8404/2018) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10215/2017 saylı, 20 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilərək Cavabdeh 61259 (altmış bir min iki yüz əlli doqquz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikilmiş ünvan 1 ünvanında yerləşən tikilinin söküntüsü üçün döv lət (Nəqliyyat Nazirliyi "xxxx” ASC) tərəfindən ayrılmış pulun yarısının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 21 mart 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, aralarındakı nikah Sabunçu Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan sonra cavabdehin şəxsi mənzili olmadığından 1997-ci ildə Nərimanov rayonu, X.R.Ulutürk küçəsi 39a küçəsində yerləşən torpaq sahəsini almış, iddiaçının atasının pul vəsaiti və əziyyəti hesabına 4 otaqlı ev inşa etdirmişlər. Elə həmin vaxtdan da iddiaçı cavabdehlə birgə həmin evdə yaşamışdır. Sonradan aralarında yaranan mübahisə ilə bağlı 2012-ci ildə nikahları pozulmuşdur. Lakin həmin mülki iş zamanı mənzilin çı xarışı olmadığından və özbaşına tikili olduğundan bölünməsi mümkün olmamışdır. Həmin mülki işin gedişində mənzil birgə nikah dövründə əldə edildiyindən yalnız mənzilin söküntüsündən əldə edilmiş pulun yarısını tələb etmək hüququ izah edilmiş, ev özbaşına tikili olduğundan evin pay hüququnun bölünməsinin mümkün olmadığı iddiaçıya bildirilmişdir. Həmin mülki iş zamanı “xxxx” ASC-nin 4/16-5290 saylı, 18.09.2015-ci il tarixli məktubunda mübahisəli yaşayış evinin “xxxx” ASC tərəfindən həyata keçirilən Bakı şəhəri Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektində paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyü və həmin layihə çərçivəsində tikinti altına düşən maneələrin qoymətləndirilməsinin müstəqil ekspert tərəfindən hə yata keçirildiyi qeyd olunmuşdur. Sonradan mübahisəli ev məhz həmin layihə çərçivəsində sökülmüş və həmin tikiliyə görə kompensasiyanı Cavabdeh almış, həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçının atası tərəfindən alınmasına və evin tikilməsinə çəkilən xərcin əksəriyyətinin iddiaçının atası tərəfindən çəkilməsinə və həmin tikilinin birgə nikah zamanı əldə edilməsinə baxmayaraq, alınmış kompensasiyanı iddiaçıya ödəməmiş, iddiaçını qohumlarının evində qalmağa məcbur etmişdir. Cavabdeh həmin pulun yarısının iddiaçıya ödənilməsindən imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instan siyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara düzgün qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-in 77.1, 82.3, 88, 386-cı maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh və vəkili Vəkil ayrıay rılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8404/2018 saylı 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru və onun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsin in İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər 21.03.1987-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, tərəflərin nikahları 07.12.2012-ci il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Sözügedən özbaşına tikilinin nikah dövründə tikildi yi işin mübahisəsiz halıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(008)-1732/2015 saylı qətnaməsi ilə xx saylı evin tikintisinə sərf olunan vəsaitin yarı hissəsinə 50 faizinə İddiaçı pay hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 2(103)-1167/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(008)-1732/2015 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(102)-4177/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 2(103)-1167/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı bi rgə nikah dövründə tikilmiş ünvan 2 ünvanında yerləşən tikilinin söküntüsü üçün dövlət (Nəqliyyat Nazirliyi "xxxx” ASC) tərəfindən ayrılmış və cavabdehə ödənilmiş pulun yarısının cavabdehdən alınaraq ona verilməsini tələb edir. “xxxx” ASC tərəfindən 24.11.2017-ci il tarixdə verilmiş 3-09-7578 nömrəli məktubdan görünür ki, Cavabdeh aid yaşayış evi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə” 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planının müvafiq bəndinə əsasən həyata keçirilmiş “Bakı şəhəri Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektində paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununl a əlaqədar, sözügüdən layihə çərçivəsində vətəndaş Cavabdeh aid yaşayış evinin sökülməsi ilə əlaqədar 38 saylı Notariat Kontorunda 2016-cı il 08 noyabr tarixində təsdiq edilmiş müqavilə imzalandıqdan sonra 122518 manat kompensasiya ödənilmişdir. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktlarındakı iddianın predmeti, obyekti və əsası ilə, hazırki iddianın predmeti, obyekti və əsası fərqlidir. Hər iki iddia üzrə iddianın obyektini iddiaçının əldə etməyə çalışdığı maddi nemət olan pul təşkil etsə də, iddialar məzmunca oxşar olsa da, eyni olmamışdır. Belə ki, yuxarıda sadalanan qətnamələrdə iddiaçı cavabdehdən mübahisə predmeti olmuş evə sərf edilmiş xərcələrin bölgüsünü tələb etmiş, qanuni qüvvəyə mi nmiş məhkəmə aktları ilə mübahisəli ev özbaşına tikili olduğundan və həmin evə dair rəsmi sənədlər mövcud olmadığından, yəni nə iddiaçının, nədəki cavabdehin əmlakı olmadığından, qanunvericiliyin bu məsələləri tənzimləyən norması isə ər-arvadın ümumi əmlakı ilə bağlı münasibətləri tənzimlədiyindən həmin iddia təmin edilməmişdir. Lakin, hazırki iddianın predmeti və əsası isə fərqli olmuşdur. Çünki, iddiaçı bu dəfə cavabdehdən məhz mübahisə predmeti olan evə sərf olunmuş vəsaitin yarısını deyil, evin sökülməsinə görə dövlət tərəfindən verilmiş kompensasiyanın yarısını tələb etmişdir. Göründüyü kimi, bu iddiaların fərqli olması açıq-aşkardır. İlk dəfə verilmiş iddianın təmin edilməməsinin əsası mübahisəli evin özbaşına tikili olması ilə bağlı olmuşdursa, artıq bu evə görə verilmiş kompensasiy anın qanunsuz olması yaxud bu kompensasiyanın yalınz cavabdehə aid olması kimi qəbul etmək olmaz. Çünki, həmin kompensasiya məhz iddiaçı ilə cavabdehin birgə nikahı dövründə vəsait xərcləyərək özbaşına da olsa inşa etdikləri həmin evə görə verilmişdir. Ona görə də, həmin məbləğ heç də yalnız cavabdehə məxsus ola bilməz. Qüvvədə olan ailə qanunvericiliyinin müddəalarına əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfin dən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (Ailə Məcəlləsinin 32, 32.2.2, 36.1, 37.1-ci maddələri). Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hə min Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «xx-in şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikili iddiaçı ilə cavabdehin birgə nikahı dövründə vəsait xərcləyərək özbaşına da olsa inşa edildiyindən iddiaçı həmin tikilinin sökülməsi ilə bağlı dövlət tərəfindən cavabdehə ödənilmiş kompensasiyanın yarısını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8404/2018 saylı 14 sentyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-741/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-741/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver