Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(001)-xx/18) İddiaçı Cavabdeh qarşı “borcun qaytarılma sı” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 12000 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı Allahyerdi oğluna ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)xxx/19) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 12000 ABŞ dolları məbləğində pulun, bank uçot dərəcəsi nəzərə alınmaqla 2700 ABŞ dolları məbləğində faizin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili S.Qasımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İd diaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh və vəkili S.Qasımovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi 12000 ABŞ dolları məbləğində pulun, bank uçot dərəcəsi nəzərə alınmaqla 2700 ABŞ dolları məbləğində faizin cavabdehdən tutulması barədədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2016-cı ildə onu aldadaraq iş qurmaq adı ilə onun 12 000 ABŞ dollarını ələ keçirmiş və qaytarmamışdır. Ona görə cavabdeh həm 12 000 ABŞ dolları məbləğində pulunu, həm də bank uçot dərəcəsi ilə ona hesablanacaq faizləri qaytarmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni əsas borcun (12 000 ABŞ dollarının) qaytarılması hissəsində əsaslı saymış və iddia tələbini həmin hissədə təmin etmişdir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən iddiaçının izahatına və üç nəfər şahidin ifadəsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh həmin borc məbləğini vaxtında qaytarmamış, bununla da borc müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıdan 12 000 ABŞ dolları almasının işin mübahisəsiz halı olması ilə bağlı qənaətini əsaslandırarkən şahid ifadələrinə və cavabdehin mübahisəli pul vəsaitini almasına dair apellyasiya şikayətindəki etirafına istin ad etmişdir. Kassasiya şikayətinin əsas dəlilləri cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi, işə onun iştirakı olmadan baxılması, sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin kobud şəkildə pozulması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv ediməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin olunmamış, onun iddia tələbinə münasibəti öyrənilməmiş, apellyasiya baxışı üzrə sonuncu məhkəmə iclası barədə ona rəsmi qayd ada xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 138.1, 138.3-cü maddələrinin tələbinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Həmin Məcəllənin 376.1, 376.2-ci maddələrinin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə iclası təxirə salınmalı olduğu halda buna əməl edilməmiş və cavabdehin iştirakı olmadan işə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.4.5-ci maddəsinin tələbinə görə işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə tərəflərin məhkəmə iclasında iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməli, işdə olan sübutları mahiyyəti üzrə işə baxan məhkəmə kimi tərəflərin iştirakı ilə tədqiq etməli, işin həqiqi hallarını müəyyən etməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verməlidir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni, yəni cavabdehin iddiaçıya 12 000 ABŞ dolları məbləğində borcunun olması barədə qənaətini əsaslandırarkən mötəbər sübut kimi şahid ifadələrinə və cavabdehin apellyasiya şikayətindəki etirafına əsaslanmışdır. Məhkəmə kollegiyası ilk nö vbədə qeyd edir ki, tərəflər arasında yazılı heç bir sübut (müqavilə, qəbz və s.) yoxdur. Eləcə də, cavabdehin apellyasiya şikayətində onun iddiaçıya 12 000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etməsi ilə bağlı hər hansı ifadə yoxdur. Əksinə, cavabdeh həmin şikayətdə iddiaçıya bocunun olmadığını göstərmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, apellyasiya instansiyası məhkəməsinin ifadələrinə mötəbər sübut kimi istinad etdiyi şahidlərdən biri iddiaçının qohumu, ikisi isə dostlarıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin ha llara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxa rarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutlar ın qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həm in Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx /19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-741/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-741/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver