Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1983/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları
1. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh 2,3 sot torpaq sahəsini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində cavabdehə 24.000 manat pul ödəməyi öhdələrinə götürmüşlər İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən torpaq sahələri arasında daş hasarın çəkilməsinə sərf olun 300 manatın, həmçinin razılaşmada nəzərdə tutulandan 0,7 sot az torpaq sahəsi satdığına görə az satılan torpaq qədər torpağın ayrılaraq verilməsi, həmin torpağın ayrılaraq verilməsi mümkün olmadıqda 0,7 sot torpağa görə 6.000 manatın, ödənilmiş 84 manat dövlət rüsumunun, cəmi 6.384 manatın tutularaq ona ödənilməsi və habelə toyuq hininin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi ev almaq istəmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə ünvanında yaşayan cavabdeh ona özünə məxsus 2,3 sot torpaq sahəsinin içində 2 otaqlı ev satdığını bildirmişdir. Razılaşmaya görə cavabdeh həyətinin 2,3 sot hissəsini ona 21 mart 2021-ci ildə 24000 manata satmışdır. Bu barədə onunla cavabdeh və Alı Vəliyev (qonşu) arasında yazılı sənəd tərtib edilmişdir. Lakin cavabdeh ona razılaşdıqları qədər torpaq sahəsi ayırmamışdır. Ayırdığı torpaq sahəsi razılaşmada göstəriləndən 0,7 sot az olmuş, yəni 1,6 sotdan ibarətdir. Tərəflər arasında şifahi razılaşmaya görə onunla cavabdehin torpaq sahələrini ayır an daşdan hörülmüş hasara birgə pul qoyulmalı idi. Lakin cavabdeh şifahi razılaşmaya əməl etməmiş, ortaqlı xərcin ona aid hssəsini ödəməkdən imtina etmişdir. Nəticədə o, hasarın çəkilməsi üçün 650 manat pul ödəmişdir. Həmin pulun 300 manatını cavabdeh ödəməli olduğundan bundan imtina etmişdir. O, cavabdehdən razılaşmaya əməl edərək ona 2,3 sot torpaq sahəsinin ayrılmasını tələb etmiş, torpaq sahəsini ayırmadığı halda 0,7 sot torpağa görə ona 6.000 manat ödəniş etməsini tələb etmişdir. Lakin cavabdeh ona 2,3 sot torpaq sahəsi ayrılmadığı halda 0,7 ha torpağa görə 6.000 manat ödəməkdən imtina edir. Həmçinin cavabdeh evin qarşı tərəfində toyuq hini tikib orada toyuq saxlayır. Toyuq yaşadıqları fərdi evin hasarına bitişik olduğuna və evdən 1 metr məsafədə yerləşdiyinə görə mənzildə oturmaq müm kün olmur. O, dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etsə də, cavabdeh toyuq hininin sökülməyəcəyini bildirmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.A.Abdullayev) 30 iyun 2022-ci il tarixli, 2(060)-1953/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 6300 (altı min üç yüz) manat pulun, 50 (əlli) manat dövlət rüsumu və müstəqil qiymətləndiriciyə ödənilmiş məbləğin 200 (iki yüz) manatının cavabdeh X1 tutularaq İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər öz aralarında olan razılaşmaya əsasən cavabdeh 2,3 sot torpaq sahəsini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində cavabdehə 24000 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Lakin, iddiaçı sonradan həmin torpaq sahəsinin 1,6 sot təşkil etdiyini müəyyən etmişdi r. Müstəqil qiymətləndiricinin hesabatında həmin torpaq sahəsinin 1,65 sot təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyinə əməl etməmiş və iddiaçı ilə razılaşmalarında nəzərdə tutulan sahədən 0,65 sot az torpaq sahəsini iddiaçıya vermişdir. 2,3 sot torpaq sahəsinin tərəflərin razılı əsasında dəyəri 24.000 manat olduğu üçün, 0,65 sot torpaq sahəsinin dəyəri 6782 manat təşkil edir.
6. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən məbləğdə, yəni 6.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən mülki qanunvericiliyin daşınmaz əşyaların alqı-satqısı məsələlərini tənzimləyən müddəa larını hazırkı mübahisəyə tətbiq etmək mümkün deyildir. Buna baxmayaraq həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuş və iddiaçı ilə razılıqlarına əsasən cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmişdir.
8. İddiaçının toyuq hininin sökülməsi barədə tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi toyuq hini cavabdehə məxsus torpaq sahəsində yerləşir və həmin hinin mövcudluğu iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmur. Bu səbəbdən iddia tələbi toyuq hininin sökülməsinə aid hissədə təmin edilə bilməz
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 171.1, 171.2, 176.1, 176.2, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
10. Cavabdeh X3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və S.A.Qafari) 2(105)-1983/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(060)1953/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh öz iradəsinə uyğun iddiaç ı ilə razılaşaraq ona 24.000 manat ödənilməsi müqabilində faktiki istifadəsində olan torpaq sahəsinin 2,3 sotunu iddiaçının sahibliyinə verməsini öhdəsinə götürsə də, həmin razılaşmaya tam əməl etməmişdir. Məhz buna görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından hazırki vəziyyətdə İddiaçı ona satılmış 2,3 sot torpaq sahəsinin ona verilməyən 0,65 sot hissəsinin ona verilməsini tələb edə bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə öz-özlüyündə etibarsız olduğundan iddiaçı ona verilməyən 0,65 sot torpaq sahəsini deyil, həmin torpaq sahəsinə görə ödədiyi pulu tələb edə bilər.
14. Apelly asiya instansiyası məhkəməsi «hasarın çəkilməsinə hesablanmış məbləğin şişirdilməsi» barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ekspert rəyi ilə Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, 80A ünvanında cavabdeh tərəfindən iddiaçıya razılaşma əsasında satılmış torpaq sahəsinin faktiki ölçüsü 1,65 sot təşkil etdiyi və iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında hasarın çəkilməsinə çəkilən xərcin 1.200 manat təşkil etdiyi müəyyən edilmişdir
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 176.1, 176.2, 176.3, 179.3, 337.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş bütün faktlar əks etdirilməmiş,əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təsdiqlənməmiş, məhkəmənin müəyyən edilmiş sayılan halları iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Bütün bu sadalananlar apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qətnaməsinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına zidd olduğunu sübuta yetirir. Məhkəmənin istinad etdiyi iddiaçının məhkəməyə təqdim etdiyi əlyazma ca vabdeh tərəfindən yazılmamışdır. Həmin əlyazma iddiaçı tərəfindən tərtib edilmişdir və sənədi imzalayarkən cavabdeh torpağın ölçüsünün göstərilməsinin mahiyyətinə varmadan imzalamışdır. Məhkəmə tamamilə əsassız olaraq sözügedən qəbzi düzgün təfsir etməmiş, bu əlyazmanı torpağın alqı-satqısı kimi təfsir edərək sadalanan maddi hüquq normasının pozuntusuna yol vermişdir. Torpağın qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətinə satılmasını təsdiq edən hüquq müəyyənedici sənəd olmadığı halda, məhkəmə iddiaçının torpağa iddia etməsinə əsas verən hüququnun olmamasına, ümumiyyətlə qiymət verməmiş, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmadan, sübut kimi qəbul edilən sənəd və dəlillərə müvafiq əsaslandırma aparmaqla qiymət verə bilməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin alqı-satqının predmeti olmamasını və həmin torpağın qiymətinin müəyyən edilməməsini lazımi şəkildə dəyərləndirə bilməmiş, torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmasını nəzərə almamış, iş üçün əhəmiyyət kəsb etdiyi halda tərəflər arasında olan qarşılıqlı münasibətləri səciyyələndirən halları müəyyən edə bilməmişdir. Sonuncu məhkəmə iclasında iddiaçıya satdığı fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmə ekspertizasının keçirilməsi barədə yazılı vəsatət verilsə də, həmin vəsatəti məhkəmə hər hansı əsaslandırma olmadan təmin etməmişdir. Eyni zamanda bu vəsatətin rədd edilməsi barədə məhkəmə tərəfindən hər hansı əsaslandırılmış qərardad qəbul edilməmiş,həmçinin çıxarılmış məhkəmə qətnaməsində də belə bir vəsatətin verilməsi göstərilməyərək həmin vəsatətin rədd edilməsi əsasları da qeyd olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istif adə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
20. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
21. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibli yi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsi ndə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işg üzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya kollegiyası hansı halları əsas götürdüyünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
42. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə lər tərəfindən qiymətləndirilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Ona görə də kassasiya şikayəti təmin olu nmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1983/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.