Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7410/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili 111 qızının iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(107)-2244/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «x xxx» ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 27 aprel 2017ci il tarixli, 89 saylı avans müqaviləsi üzrə yaranmış 7204,01 (yeddi min iki yüz dörd manat 01 qəpik) manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 360,20 (üç yüz altmış manat iyirmi qəpik) manat məbləğində zərərin, cəmi 7564,21 (yeddi min beş yüz altmış dörd manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 11 mart 2019-cu il tаrixli, 2(024)-95/2019 saylı qətnaməsi ilə idd ia təmin edilmiş, Cavabdeh 27 aprel 2017-ci il tarixli, 89 saylı avans müqaviləsi üzrə yaranmış 7204,01 (yeddi min iki yüz dörd manat 01 qəpik) manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 360,20 (üç yüz altmış manat iyirmi qəpik) manat məbləğində zərərin, cəmi 7564,21 (yeddi min beş yüz altmış dörd manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov – sədrlik edən, Mahir Əsədli – məruzəçi, İnşallah Quliyev) 11.07.2019-cu il tarixli, 2(107)-2244/2019 nö mrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Qax Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə cavabdehin hüquqları pozulmuşdur. Cavabdeh “xxxx” ASC-dən 30 mart 2017-ci il tarixli, 26 saylı avans müqaviləsi əsasında pul götürmüş, lakin həmin müqavilə əsasında pul vəsaiti ona vaxtında verilmədiyi üçün lazım olan toxumluq kartof gec gətirilmiş və artıq sahəyə köçürülmə vaxtı ötürülmüşdür. Cəmiyyətdən gəlib yerində baxış keçirildikdən sonra məhsulun sahəyə köçürülməsi bildirilmiş, nəticədə kartof məhsulu sahəyə gec köçürülmüş, sonradan başlayan isti havalarda isə sahənin sulanması nəticəsində isti məhsulu çürüdərək məhv etmişdir. Əkin üçün kartof sifariş edilmiş, Cəmiyyət pulu hesaba gec köçürdüyündən toxumluq məhsulun alınması geçikmişdir. Cəmiyyətin səhvi nəticəsində məhsul məhv olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili 111 qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə i clasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək 1 (bir) adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 79,8 ton kartof məhsulunun 31 dekabr 2017-ci il tarixədək Cəmiyyətə satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün Cəmiyyətdən al ınacaq məhsulun dəyərinin 25%-dək avans məbləğinin, yəni 15.504 (on beş min beş yüz dörd) manat məbləğində avans Cavabdeh ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 1 (bir) adda kənd təsərrüfatı məhsulunun istehsalına dair 27 aprel 2017-ci il tarixli, 89 saylı avans müqaviləsi bağlanaraq imzalanılmışdır. Borclu Cavabdeh avans müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışıdr. Borclu müqavilə bağlanılan vaxtdan hal-hazırki günə qədər 1 299,99 (bir min iki yüz doxsan doqquz manat 99 qəpik) manat dəyərində Cəmiyyətə mal təqdim etmişdir. Həmçinin götürülən avansın 7000 (yeddi min) manatını 22 iyun 2018-c ı il tarixində Cəmiyyətin kassasına geri ödəmişdir. Hazırda borclunun Cəmiyyətə ödənilməmiş pul öhdəliyi 7204,01 (yeddi min iki yüz dörd manat 01 qəpik) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və b u müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdara ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə ə sasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, tərəflər arasında kənd təsərrüfatı məhsulunun istehsalına dair 27 aprel 2017-ci il tarixli, 89 saylı avans müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə aldığı avans müqabilində öhdəliklərini icra etməmiş, nə müqavilədə göstərilən həcmdə məhsulu təhvil vermiş, nə də avans məbləğini tam geri qaytarmamışdır. Cavabdeh kassasiya şikayətində iddiaçının müqavilə üzrə avans məbləğini hesaba gec köçürdüyündən toxumluq məhsulun alınmasının geçikdiyini və iddiaçının səhvi nəticəsində məhsulun məhv olduğunu göstərsə də, müqavilədən görünür ki, avans məbləğin müqavilənin 2.2-ci bəndinə əsasən müqaviləyə əlavə edilmiş 1 nömrəli cədvələ əsasən istehsalçının bank hesabına köçürülməsi və ya nağd şəkildə ödənilməsi şərtləşdirilmiş, 1 saylı cədvəldə 15504 manat avansın may ayında ödənilməsi razılaşdırılmış və 01.05.2017-ci il tarixli akt və kassa məxaric orderinə əsasən həmin məbləğ nağd qaydada cavabdehə verilmişdir. Göründüyü kimi, avans məbləği müqavilə ilə müəyyənləşdirimiş vaxtda cavabdehə verilmişdir, buna görə də, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(107)2244/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7410/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7410/2019
02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver