Məhkəmə qərarları › İş №2(102)-7420/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7420/2019

12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7420/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2110/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin (hakim Yaşar Həşimov) 03 dekabr 2018-ci il tarixli, 2(043)-4475/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə Cavabdeh1 1486,24 manat əsas borc, 133,64 manat faiz borcu olmaqla,cəmi 1619,88 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan sep – 13,7 qram 583 əyar, braslet – 6,4 qram 583 əyar, komplekt – 7,2 qram 583 əyar, üzük brilliant – 6,2 qram 750 əyar qızılı olmaqla qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azər Bayramov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Rəşad Mamedov) 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni əldən çıxmış fayda borcuna dair iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1486,24 manat məbləğində əsas borc, 133,64 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, 2491,88 manat məbləğində kredit müqaviləsinin vaxtı bitdikdən sonra əldən çıxmış fayda borcu olmaqla, cəmi 4111,76 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın girov müqaviləsinə ə sasən Cavabdeh1 məxsus olan sep – 13,7 qram 583 əyar, braslet - 6.4 qram 583 əyar, komplekt – 7,2 qram 583 əyar, üzük brilliant – 6,2 qram 750 əyar qızılı olmaqla, qızıl-zinət əşyalarına yönəldilməsi, onun açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına LPO İddiaçı1 ASC-nin xeyrinə olan borcun ödənilməsi, qızıl-zinət əşyalarının satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə catışmayan məbləğin cavabdehdən tutulması barədə LPO İddiaçı1 ASC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2013-cü il tarixli, 053 İ saylı müqaviləsinə əsasən borcluya mənzil təmiri məqsədi ilə illik 30 faiz ödəmə müddəti bitmiş borc məbləğinə görə isə illik 60 faizlə ödəmək şərtilə bank tərəfindən 2000 manat məbləğində kredit ayrılmışdır və o, 24 ay ərzində yəni 17 sentyabr 2015-ci il tarixədək kredit verilmişdir. Borclunun kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin təminatı məqsədilə Cavabdeh1 ilə 17 sentyabr 2013-cü il tarixli, 053İ saylı kredit müqaviləsi bağlanmış və ona məxsus sep-13,7 qram 583 əyar, braslet-6,4 qram 583 əyar, komplekt-7,2 qram 583 əyar, üzük briliant – 6,2 qram 750 əyar qızılı bankın pul anbarına saxlanca verilmişdir. Borcalan krediti vaxtı-vaxtında ödəməmiş və nəticədə 26 iyul 2017-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 1486,24 manat əsas, 133,64 manat faiz borcu, 2491,88 manat əldən çıxmış fayda olmaqla, cəmi 4111,76 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən əldə çıxmış faydanın təmin edilməməsi hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti iddiaçının kassasiya şikayətinə əsasən ona münasibətdə təmin edilməməl idir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ləğv prosesində olan İddiaçı1ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2013-cü il tarixli, 053İ nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 60 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. LPO İddiaçı1ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2013-cü il tarixli, 053İ nömrəli girov müqaviləsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin təminatı qismində Cavabdeh1 məxsus sep-13,7 qram 583 əyar, braslet-6,4 qram 583 əyar, komplekt7,2 qram 583 əyar, üzük briliant – 6,2 qram 750 əyar qızılı bankın pul anbarına saxlanca verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, onun bank qarşısında borcu yaranmışdır. LPO İddiaçı1 ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı1 ASC-yə 10 avqust 2018-ci il tarixinə olan borcu 1486,24 manat əsas, 133,64 manat faiz borcu, 2491,88 manat əldən çıxmış fayda olmaqla, cəmi 4111,76 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi 2491,88 manat əldən çıxmış faydanın tutulması hissədə rədd edilmişdir. Cavabdeh iddia tələbinin təmin edilən hissəsini mübahisələndirməmiş, qətnamənin həmin hissəsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddə sinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dek abr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Həmin Qərarda qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarda göstərilir ki, əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditorun kredit müqaviləsinin icra müddəti bitdikdən sonra, əldən çıxmış fayda formasında yüksək faiz ödənilməsini tələb etməsiniəsasla ndıra bilməmişdir. Digər tərəfdən, kreditor adi dövriyyə şəraitində faizlər üzrə borc məbləği vaxtında qaytarılacağı təqdirdə, daha yüksək faiz əldə edə bilməsini də məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübut etmə yükü də məhz iddiaçının üzərinə düşür. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin onun pulunu vaxtında qaytarmaması və qanunsuz saxlaması nəticəsində hər hansı gəlir, artımvə sair formada fayda götürməsinə dair mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda isə sübuta yetirilməyən tələblə əlaqədar qarşı tərəfin üzərinə hər hansı öhdəliklərin qoyulması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-ninkassasiya şikayəti təmin edilmədən, G əncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2110/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar