Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7429/2018 19.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 19 noyabr 2018-ci il İş № 2(102)-7429/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Cavabdeh X4 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1561/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(014)-19/2018 nömrəli qətnaməsi ilə (haki m Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9199,83 ABŞ dolları əsas borc, 5457,80 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 14757,63 ABŞ dolları (on dörd min yeddi yüz əlli yeddi ABŞ dolları altmış üç sent) ödəniş gününə məzənnə üzrə manatla borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh2 tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təsnifatının kodu, 142319. Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi Ələddin Məcidov, hakimlər Mahir Əsədli, İnşallah Quliyev) 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(014)-19/2018 nömrəli qətnaməsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli olan 9199,83 ABŞ dolları əsas kredit borcuna, 5457,80 ABŞ dolları faiz borcuna və 14757,63 ABŞ dolları cəmi borca aid hissəsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli olan əsas kredit borcunun məbləği 9 199,0 ABŞ dolları, faiz borcunun məbləği 5457,0 ABŞ dolları, cəmi borcun məbləği isə 14756 (on dörd min yeddi yüz əlli altı dollar) ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş materiallarından görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1-ə qarşı borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9199,83 ABŞ dolları əsas borc, 5457,80 ABŞ dolları faiz borcu və 19449,46 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 34107,09 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 07 may 2013-cü il tarixdə İddiaçı QSC ilə Cav abdeh2 arasında 26L*********1279 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh2 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13 dekabr 2013-cü il tarixli 26R*********3895 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların 12 dekabr 2016-cı il tarixə 9199,83 ABŞ dolları əsas borcu, 5457,80 ABŞ dolları faiz borcu, 19449,46 ABŞ dolları cərimə borcu, cəmi 34107,09 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1561/2018 nömrəli iş üzrə 27 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişlər. Kassasiya şikayətində onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bank tərəfindən aldadılaraq kredit manatla verilsə də müqavilədə ABŞ dolları ilə qeyd edilmiş. Bu səbəbdən devalvasiya nəticəsində çıxılmaz vəziyyətə düşmüşdür. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlmələrinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 07 ma y 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 26L*********1279 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır, həmin kredit xətti müqaviləsinə görə Cavabdeh2 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13 dekabr 2013-cü il tarixli 26R*********3895 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etməyən borcluların 12 dekabr 2016-cı il tarixə 9199,83 ABŞ dolları əsas borcu, 5457,80 ABŞ dolları faiz borcu, 19449,46 ABŞ dolları cərimə borcu, cəmi 34107,09 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 dekabr 2017-ci il tarixli 21822 №-li rəyindən görünür ki, Cavabdeh2 12 dekabr 2016-cı il tarixə İddiaçı QSC-yə 9199 ABŞ dolları əsas, 5457 ABŞ dolları faiz borcu vardır, ekspertiza xərci 50 manatdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhk əməsinin iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməli olan əsas kredit borcunun məbləğini 9199,83 ABŞ Dolları, faiz borcunun məbləğini isə 5457,80 ABŞ Dolları həcmində müəyyən etməkdə haqlı olmadığını və məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə almadığını qeyd edərək, buna görə də, qətnaməni dəyişdirərək cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli olan əsas kredit borcunun məbləği 9199,0 ABŞ dolları, faiz borcunun məbləği 5457,0 ABŞ dolları, cəmi borcun məbləği isə 14756 (on dörd min yeddi yüz əlli altı dollar) ABŞ dolları müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Mü lki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhd əliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lakin kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə bo rcun məbləği cəmi 1,63 ABŞ dolları azaldılmaqla, düzgün müəyyənləşdirilməmiş, iş üzrə maddi və prossesual hüquq normaları pozulmuşdur. Belə ki, 13 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsinin müddəti 18 ay müddətinə, yəni 16.06.2015-ci il tarixədək müəyyən edilmiş və həmin tarixli ödəniş qrafikinə əsasən borclu banka 16.06.2015-ci il tarixə 13.000 ABŞ dolları əsas, 2.859,57 ABŞ dolları faiz borcu olmaqla, 15.859,57 ABŞ dolları qaytarmalı idi. İddiaçı tərəfindən təqdim edilmiş 10.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı cavabdehə 12.12.2016-cı il tarixə yaranmış 9199,83 ABŞ dolları əsas borcu, 5457,80 ABŞ dolları faiz borcu hesablamışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 dekabr 2017-ci il tarixli 21822 №-li rəyində də ekspert qarşısında qoyulmuş suala əsasən Cavabdeh2 12 dekabr 2016-cı il tarixə İddiaçı QSC-yə yaranmış borcunu müəyyən etmiş və həmin tarixə 9199 ABŞ dolları əsas, 5457 ABŞ dolları faiz borcu olduğunu göstərmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına uyğun olaraq bu qaydada hesablamanın aparılması düzgün olmamışıdr. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər vəəldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının kredit müqaviləsinin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulmuş dərəcə ilə faizlərin ödənilməsi barədə tələbinin h üquqi əsası olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin müqavilənin müddəti bitdiyi tarixə, yəni 16.06.2015-ci il tarixə müqavilə üzrə əsas borc və faiz məbləğini, ödənilmiş məbləğlərin kredit müqaviləsi qüvvədə olduğu dövrdə faizə silinməsinin düzgünlüyünü müvafiq ekspertiza keçirməklə müəyyən etməli, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı müddətə tələb edilən faiz məbləğlərinə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla hüquqi qiymət verməli olduğu halda, bunu etməmiş və iş üzrə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək, iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq ücün lazım olan bütün tədbirləri görməli, eləcə də, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə, təkrar ekspertiza təyin etməklə, müəyyən edilmiş hallara və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki ko llegiyasının 2(107)-1561/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7429/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7429/2018
19.11.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver