Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7430/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş № 2(001)-1799/2019) İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvandakı evin qarşısında olan həyətyanı sahədən istifadəsinə maneələrin aradan qaldırılmasına, mülkiyyətində olan avtomaşının həyətdə saxlanılmasına maneə törətməməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-6277/2019) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında evin qarşısında olan həyətyanı sahədə İddiaçı mülkiyyətində olan avtomobilin saxlanılmasına maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh həvalə edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassa siya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı nümayəndəsi X2 və Cavabdeh izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlal ət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh İddiaçı bibisidir və sonuncunu övladlığa götürmüşdür. Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı həmin evdə yaşamaq hüququ ilə bağlı tərəflər arasında mübahisə olmuş və Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı evə köçürülməsi qət edilmişdir. Ali Məhkəmənin 01 noyabr 2017-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh, İddiaçı məxsus avtomobilin evin həyətində saxlanılmasına maneə törədir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4, 157.8-ci maddəl ərini tətbiq etmişdir. Cavabdehkassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin tələblərinin pozulduğuna istinad etsə də, bu pozuntunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsi Cavabdeh tərəfindən İddiaçı ona məxsus avtomaşınını saxlamaq üçün maneə yaratmasına əsas vermir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məh kəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7430/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7430/2019
29.11.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver