Məhkəmə qərarları › İş №2(102)-7437/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7437/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7437/2021 09.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsi ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qo yulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “X3 Azərbaycan” QSC kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsasa görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti iddiaçı QSC-nin nümayəndəsi və vəkili X1 tərəfindən tərtib edilərək imzalansa da, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nüm ayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.1.3-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı “X3 Azərbaycan” QSC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar