Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-744/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) 11.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(106)1734/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə (bundan sonra iddiaçı) və Cavabdeh2 (bundan sonra cavabdeh) rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 doğulmuşlar.
2. Lerik rayon məhkəməsinin qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə tərəflərin rəsmi nikahları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, övladları ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən Cavabdeh2 valideynlərinə məxsus həyət evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, ailə qurduqdan sonra həyat yoldaşının valideynlərinin razılığı ilə onlara məxsus evə gəlin köçərək cavabdehin valideynləri tərəfindən heç bir etiraz olmadığından orada yaşadığından uşaqları ilə həmin evdə yaşayış hüququ verilməlidir.Hazırda valideyinlərinin evində sığınacaq tapmağa, müvəqqəti yaşamağa məcbur olmuşdur. Hazırda uşaqları ilə birlikdə yaşamağa yer tapmır, buna görə, cavabdehlərə qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. Lənkəran rayon Əmlak Kadastrı və Reystri Publik şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinə məxsus Çayrud kəndində 0.13 ha həyətyanı torpaq sahəsi və Lerik rayon Çayrud kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.47 ha kənd təsərrüfat sahəsi qeydiyya tdadır.
6. Lerik Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 17 may 2024-cü il tarixli 2(048)-273/2024 nömrəli qətnaməsi ilə (hakim Atabəy Kiçikbəyov) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 arasında olan nikah münasibətlərə xitam verilsə də, iddiaçı cavabdehlərlə bərabər yaşayış sahəsindən istifadə etmək hüququna malikdir və bütün vəzifələri yerinə yetirməlidir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən ayrı - ayrılıqda apellyasiya şikayətləri verilərək ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Hər iki apellyasiya şikayəti oxşar məzmunda olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunvericilik normalarının tələblərinə açıq aydın hörmətsizlik edilmişdir. Məhkəmə qətnaməsində məhkəmə iclasında göstərilən faktiki hallar öz əksini tapmamış, Cavabdeh2 izahatı olduğu kimi yazılmamış, digər Cavabdeh1 nümayəndəsi və vəkili olaraq Vəkil1 izahatı ümumiyyətlə qətnamədə əksini tapmamışdır. Qətnamənin məhkəmə tərkibində göstərilən iştirak edəcək şəxslərin sırasında Cavabdeh1 nümayəndə və Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili kimi qeyd edilmişdir. Nümayəndə və vəkil olaraq Cavabdeh2 nümayəndəsi və vəkili olaraq yalnız apellyasiya instansiyasında Cavabdeh2 nümayəndəsi və vəkili olaraq iştirak üçün müqavilə bağlamışdır. Lakin etibarnamə və orderin olmasına baxmayaraq, Lerik Rayon M əhkəməsinin qətnaməsində qeyd edilməmişdir. Məhkəmə qətnamədə yazmışdır ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Halbuki, Cavabdeh1 nümayəndə və vəkili olaraq məhkəmədə Vəkil1 iştirak etmişdir. Narazılıq bildirdikdən sonra, Lerik Rayon Məhkəməsi tərəfindən 04 iyun 2024-cü il tarixdə 2(048)- 273/2024 saylı məktubla tərəflər, o cümlədən Cavabdeh2 Cavabdeh1 07 iyun 2024-cü il tarxidə eyni tələb üzrə saat 09:50-də məhkəmə hazırlıq iclası təyin edilməsi barədə məktub göndərmişdir. Eyni iş üzrə məhkəmə hazırlıq iclasının yenidən təyin edilməsi təccüblü hal yaratmışdır. 12 may 2024cü il tarixdə electron məhkəmə sisteminə 2(048)-273/2024 saylı xx.xx.2024-cü il tarixli qə radad electron kabinetə yerləşdirilmişdir. Həmin qərardadı oxuduqdan sonra məlum olmuşdur ki, məhkəmə iş üzrə cavabdeh olan Cavabdeh2 məhkəmədə verdiyi izahatına düzəliş etmiş və göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsində qeyd olunmuş Cavabdeh2 çıxışı yalnışlıqla yazılmış hesab edilsin və cavabdehin çıxışı iddianı qəbul etməyərək bildirdi ki, evləri iki otaqlıdır. Həmin evin bir otağında o, digər otağında isə atası ilə anası yaşayır. İddiaçının cehizləri həmin evdədir. İddiaçı onlara gəlin köçərkən həmin ev onlara məxsus olmamışdır” kimi oxunsun. Lakin məhkəmənin belə bir işə baxmağı barədə nümayəndə və vəkil olaraq ona və digər cavabdehlərə məhkəmə bildirişi göndərilməmişdir. Sonradan məlum olmuşdur ki, qətnamədə və qəradadda hak im Atabəy Kiçibəyovun imzası olsada hər iki rəsmi sənədin tərtib edilməsindən ümumiyyətlə xəbəri yoxdur, lakin imzalar ona məxsusdur. Əgər qətnamə və qəradaddan hakimin məlumatı olsa idi, məhkəmədə onun kimin nümayəndəsi olduğunu bilirdi və onun kimi təmsil etdiyi barədə etibarnamə və orderi məhkəməyə təqdim etmişdir. Qərardadda yenədə vəkilin kimi təmsil etməsi barədə heç bir düzəliş edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından, göstərilən mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir.” Lakin məhkəmə qanunun tələblərinə nümayişkarənə halda hö rmətsilik etmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya şikayətinə əlavə etdiyi Çayrud kənd inzibati ərazi dairəsinin verdiyi 27 may 2024-cü il tarixli, 5-16-17\2-228/2024 saylı arayışında qeyd edilmişdir ki, iş üzrə iddiçı İddiaçı 12 noyabr 2024-cü il tarixində atası evinə köçmüşdur. İddiaçının atası evi iki mərtəbəli 4 otaqdan ibarət evdir. İddiaçının cavabdehlərin ailə üzvü olana kimi qanunverciliyinin tələbinə əsasən həmin evdə yaşamış sonra nikah pozulmuşdur. Maddənin tələbindən görünür ki, söhbət mülkiyyətçinin ailə üzvlərindən gedir. İddiaçı cavabdehlərin ailə üzvləri sırasına daxil deyildir. Məhəmə həmçinin Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini görməməzlikdən gəlmişdir. Belə ki maddənin izahına əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyət və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsas ında saxlanıla bilər. İddiaçı hal hazırda atasının himayəsində yaşayır. Cavabdehlərin ailə üzvləri sırasına aid deyil, iddiaçı 12 noyabr 2022-ci ildə könüllü olaraq çıxıb valideynlərinin yanına getmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2022-ci il tarixdən Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Tərəflər arasında olan ailə münasibətləri mövcud deyildir. Mülki işdə olan, məhkəmənin sorğusuna əsasən göndərilmiş Əmlak Kadastrı və Reystri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinə məxsus Çayrud kəndində 0.13 ha həyətyanı torpaq sahəsi və Lerik rayon Çayrud kəndində yerləşən ü mumi birgə mülkiyyətdə olan 1.47 ha kənd təsərrüfat sahəsi qeydiyyatdadır. Yəni cavabdehlərin xüsusi mülkiyyətində ev yoxdur. Məhkəmə isə həmin evin hansı torpaq sahəsində yerləşməsinə belə aydınlıq yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə istinad etdiyi maddənın tələblərinə əməl etmir. İddiaçı hal hazırda atasının himayəsində yaşayır. Cavabdehlərin ailə üzvləri sırasına aid deyil, iddiaçı 12 noyabr 2022-ci ildə könüllü olaraq çıxıb valideynlərinin yanına getmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1734/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik e dən və məruzəçi), İmanov Cahid və Əhmədov Pərviz) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
11. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, c avabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 2013-cü ildə cavabdehlərdən Cavabdeh2 ilə faktiki ailə quraraq, sonuncunun atası olan digər Cavabdeh1 Xanirza oğluna məxsus olmaqla, Lerik rayonu Çayrud kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. xx.xx.2014 və xx.xx.2018 tarixlərində həmin ünvanda iki övladı dünyaya gəlmişdir. Mübahisəli fərdi yaşayış evi üzərində cavabdehlərdən Cavabdeh1 Xanirza oğlunun (iddiaçının qaynatası) xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. 22 oktyabr 2022-ci ildə Cavabdeh2 ilə iddiaçının nikahı rəsmiləşdirilmiş, Lerik Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur.
13. Tərəflərin arasındakı hüquq münasibətləri 2022-ci il tarixdə, rəsmi nikahın qeydə alındığı vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Hətta münasibətlərin tərəflərin faktiki nikaha girdiyi 2013-cü il tarixindən müəyyən edilməsi halı, digər maddi hüquq normalarının tətbiqinə əsas vermir.
14. Apellya siya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə mülkiyyətçinin oğlu Cavabdeh2 arasında bağlanmış nikah 26 yanvar 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş olduğundan, Nigarın yaşayış sahəsinin mülkiyyətçisindən özünü saxlamasını tələb etmək hüququ olmadığından, yəni Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin ailə üzvü və digər qohumları hesab edilən şəxslərin dairəsinə daxil olmadığından, yaşayış sahəsinə köçürülməsinə dair tələbi mülkiyyətçinin iradəsi əleyhinə təmin oluna bilməz.
15. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki,, Şirvan Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsini düzgün tətbiq etməmiş, keçmiş ailə üzvü olan İddiaçı maddi vəziyyətinin və diqqətə layiq digər hallarının özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini nəzərə almamışdır və göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu müəyyən edən Lerik Rayon Məhkəməsinin qətnaməsini də əsassız olaraq ləğv etmişdir. İddiaçı heç yerdə işləmədiyini, uşağın saxlanılmasından ötrü çətinliklə üzləşdiyini, yaşamağa yerinin olmadığını bildirmiş, cavabdeh isə iddianı qəbul etmişdir. Bu baxımdan da hesab edir ki, istinad etdiyi maddənin tələbləri nəzərə alınmamışdır.
18. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi təkcə mülki yyətçinin deyil, həmdə mənzildə qanuni əsaslarla yaşamış olan digər şəxslərin də hüquqlarını ehtiva edir. İddiaçı qanuni əsaslarla və el adəti ilə ailə qurmuş, cavabdehin yaşadığı evə gəlin köçmüş, nikaha daxil olmuş və bu faktı rəsmiləşdirmiş, bununla da cavabdehlə bərabər həmin mənzilə münasibətdə istifadə hüquqlarını əldə etmişdir. Nikahın pozulmasından dərhal sonra iddiaçının bu hüququna birbaşa xitam verilməsi onun konstitusion hüquqlarının məhdudlaşdırılması deməkdir və çox təəssüf ki, bu vəziyyətə yuxarı instansiya məhkəməsi biganə qalmışdır. Bununla da hesab edir ki, istinad etdiyi maddənin tələbləri pozulmuşdur.
19. Hesab edirəmki, apelyasiya instansiyaməhkəməsi iddiaçının konvension hüquqlarını pozmuşdur. İddiaçının mənzildə yaşamaq hüququ təmin olunmamışdır və bu müvəqqəti təmin atdan iddiaçı məhrumolmuşdur
20. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsini də düzgün tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bu məqamda qeyd edir ki, nikahın rəsmiləşdirilməsi də mövcud münasibətləri dövlət orqanında qeydə almaqla yazılı şəkildə rəsmiləşdirməkdir. Lakin apelyasiya instansiya məhkəməsi məsələyə yalnız notarial qaydada təsdiq etmədən ibarət yanaşma ilə münasibət bildirmiş dir. Hesab edir ki, məhkəmə istinad olunan maddəni düzgün tətbiq etməmişdir.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Hesab edir ki, məhkəmə həmin maddənin də tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh1 Xanrza oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. 22 oktyabr 2022-ci ildə Cavabdeh2 ilə iddiaçının nikahı rəsmiləşdirilmiş, Lerik Rayon Məhkə məsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflərin arasındakı hüquq münasibətləri 2022-ci il tarixdə, rəsmi nikahın qeydə alındığı vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
23. Əlavə olaraq cavabdeh Əliyev X2 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2 (106)-1734/2024 saylı qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi
24. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın..
25. Maddə. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (ər i, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış s ahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
29. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqarazılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsin ə dair” 8 oktyabr 2013-cü il tarixli Qərar
30. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.Göstərilən münasibətlər razılaşma ilə tənzi mlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edi r. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçı t ərəfindən tam mübahisələndirildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin arasındakı hüquq münasibətləri 2022-ci il tarixdə, rəsmi nikahın qeydə alındığı vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Hətta münasibətlərin tərəflərin faktiki nikaha girdiyi 2013-cü il tarixindən müəyyən edilməsi halı, digər maddi hüquq normalarının tətbiqinə əsas vermir.İddiaçı ilə mülkiyyətçinin oğlu Cavabdeh2 arasında bağlanmış nikah 26 yanvar 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş olduğundan, Nigarın yaşayış sahəsinin mülkiyyətçisindən özünü saxlamasını tələb etmək hüququ olmadığından, yəni Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin ailə üzvü və digər qohum ları hesab edilən şəxslərin dairəsinə daxil olmadığından, yaşayış sahəsinə köçürülməsinə dair tələbi mülkiyyətçinin iradəsi əleyhinə təmin oluna bilməz.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(106)-1734/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.