Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7446/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh, vəkili Vəkil və cavabdeh X2 iştirakı ilə, İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2(103)1754/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Və kil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh arasında 14.07.2014-cü il tarixdə bağlanmış 39Y/14 nömrəli “Əsas kredit müqaviləsi” çərçivəsində bağlanmış 22.07.2014-cü il tarixli 39Y/14-1 nömrəli “Əlavə kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 28.893,13 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 1.760,52 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.438,20 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdeh A.İsgəndərlidən Bankın xeyrinə birgə qaydada tutulması; tələbin, ipoteka ilə yüklü edilmiş və Cavabdeh məxsus olan 000 nömrəli 0,0559133 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 38.500 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsi; torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Aytən Mirzəzadə) 02 oktyabr 2017-ci il tarixli 2(004)-863/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28644,55 ABŞ dolları əsas borc, 1043,14 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 29837,69 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 AZN cavabdehlər Cavabdeh X1 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanması, ekspertiza xərcinə görə 50 manat cavabdehlər Cavabdeh qızından və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödəni lməsi, tutmanın Cavabdeh məxsus olan, 000 yaşayış massivində yerləşən 1653a saylı 0,059133 ha torpaq sahəsinə yönəldilərək, ipoteka predmetinin açıq hərracdan satılması, 000 yaşayış massivində yerləşən 1653a saylı 0,059133 ha torpaq sahəsinin ilkin satış qiymətinin 59000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 26.04.2019-cu il tarixli 2(103)-1754/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı X5 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2017-ci il tarixli qətnamə əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hiss əsində dəyişdirilərək İddiaçı X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.07.2014-cü il tarixli “Əlavə kredit müqaviləsi” üzrə ödənilməli olan əsas kredit borcunun məbləği 18.904 (on səkkiz min doqquz yüz dörd) ABŞ dolları 87 (səksən yeddi) sent (bu məbləğin qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi manat məzənnəsi ilə ekvivalenti) olaraq müəyyən edilmiş, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2017-ci il tarixli qətnamə cavabdeh tərəfdən faiz borcunun tutulması barədə tələbin qismən təmin edilməsi və ipoteka predmeti olan 000 nömrəli 0,0559133 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində əmlakın boşaldılması barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul e dilmiş, İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı “faiz borcunun tutulması barədə tələbi”nin təmin edilməmiş, İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı “ipoteka predmeti olan 000 nömrəli 0,0559133 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində əmlakın boşaldılması” barədə tələbi təmin edilmiş, ipoteka predmeti olan 000 yaşayış massivində yerləşən 1653a nömrəli 0,0559133 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 aydan gec olmayaraq boşaldılması, qətnamə hazırki apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayəti verərkən ekspert tərəfindən mühasibatlıq ekspertizasının düzgün aparılmadığını və ipoteka predmeti olan torpaq sahəsinin düzgün qiymətləndirilmədiyini qeyd etmişdir. Lakin məhkəmə ipoteka predmeti olan torpaq sahəsinin yenidən qiymətləndirilməsinə ehtiyac olmadığını öz mülahizəsi ilə əsaslandırmış və vəsatəti təmin etməmişdir. Halbuki ilkin qiymətləndirmənin real olmadığı halda həm də ilkin qiymətləndirmədən 2 ilə yaxın bir vaxt keçməsinə, bu müddətdə əmlakın qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsinə şübhələr olmasına baxmayaraq məhkəmə mütəxəssisin öhdəliklərini üzərinə g ötürərək ipoteka predmetinin yenidən qiymətləndirilməsinə şərait yaratmamışdır. İddiaçı isə həmin əmlakın 100.000 manat dəyərində olmasını iddia etmişdir. Arada kifayət qədər böyük həcmdə, 41.000 manatlıq dəyər fərqi olma ehtimalına baxmayaraq məhkəmə bu şübhəni aradan qaldırmaq üçün kifayət qədər səy göstərərək əlində olan imkanlardan lazımı şəkildə istifadə etməmiş, nəticədə cavabdehin maddi maraqlarının əhəmiyyətli dərəcədə pozulması üçün təhlükəli şərait yaratmışdır. Apelyasiya instansiyasında məlikəmə araşdırması zamanı cavabdehin 7900 ABŞ dolları və 2700,74 ABŞ dolları həcmində olan ödənişlərinin məhkəmə mühasibatlıq ekspertizası zamanı nəzərə alınmadığı müəyyən olunmuş, təkrar ekspertiza təyin olunsa da, ekspert tərəfindən həmin məbləğlər yenidən nəzərə alınmadığı üçün, qeyd edilən məbləğlərin borcdan silinmə ardıcıllığı işdə maraqlı tərəf olan iddiaçı bankın mülahizəsi nəzərə alınmaqla məhkəmə tərəfindən edilmişdir. Halbuki, mühasibatlıq və kredit əməliyyatlarının hesablanması ardıcıllığı xüsusi bilik tələb edən fəaliyyət olduğundan məhkəmənin bu funksiyanı öz üzərinə götürməsi iş üzrə qəbul olunmuş yekun qərarın qanuni və əsaslı olmasını şübhə altına alır. Prosessual məsələlər: Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında cavabdeh A.İsgəndərli vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmi şdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ve rmir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri ipotekanın satış qiyməti ilə bağlı və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ödənilmiş məbləğlərin ekspertiza təyin edilmədən əsas borc və faizdən azaldılması ilə bağlıdır. Buna görə də, kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: 22.07.2014-cü il tarixli “ Əlavə kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 23 faiz dərəcəsi ilə 48 ay müddətinə, 38.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh tərəfin Banka olan əsas borcu 28.893,13 ABŞ dolları, faiz borcu isə 1.760,52 ABŞ dolları məbləğindədir. Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsi Bank qarşısında olan öhdəliklərin icrasının təminatı məqsədi ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu yüklülük isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən RX seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.08.2017-ci il tarixli, 3777 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 20.1 0.2016-cı il tarixə Cavabdeh Banka olan əsas borcu 28.644,55 ABŞ dolları, faiz borcu isə 1.043,14 ABŞ dolları təşkil edir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 01.05.2017-ci il tarixli, 111/05-17/E-01-V nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan torpaq sahəsinin 01.05.2017-ci il tarixə olan bazar qiyməti 59.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab etmişdir ki, iş üzrə verilmiş ekspert rəyləri ilə Banka ödənilməli olan faiz borcunun 1.043,14 ABŞ dolları məbləğində müəyyən edildiyi nəzərə alınarsa, 2017-ci ildə aparılmış ödənişlərdən sonra hazırda cavabdeh tərəfin Banka faiz borcu qalmamışdır. Odur ki, qətnamə cavabdeh tərəfdən faiz borcunun tutulması hissəsində ləğv edilmiş, bankın faiz borcuna dair tələbi rədd edilmişdir. Həmçinin qətnamə cavabdeh tərəfdən tutulması qət edilmiş əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 2017-ci ildə Cavabdeh Banka etdiyi ödənişlərdən sonra bu məbləğ (28.644,55 – 7.038,94 – 2.700,74) 18.904,87 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəl i gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borcl u əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsas və faiz borcu, həmçinin ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məluma tları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmiş, həmçinin məhkəmə dövründə ödənilmiş məbləğlərin əsas borc və fazidən azaldılması adi riyazi hesablama ilə mümkün olduğundan, məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməsinə zərurət olmamamışdır. Həmçinin əmlakın qiymətləndirilməsi barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 01.05.2017-ci il tarixli qiymətləndirmə rəyi ilə əmlaka qoyulmuş qiymətin düzgün olmaması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza nın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin h əqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə k assatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1754/19 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7446/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7446/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver