Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7450/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli 2(103)7110/2019 saylı qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(011)-9742/2017) iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbin ə dair iddiası qismən təmin edilərək cavabdehlərdən 29 oktyabr 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müştərək qaydada borca görə 2173 ABŞ dolları, cəriməyə görə 30 ABŞ dolları olmaqla cəmi 2203 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin olunub cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2280,78 manat əsas borc, 50 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməsi qət edi lmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh2 arasında 29 oktyabr 2015-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2342 ABŞ dolları məbləğində nisyə mal verilmişdir. Müqavilənin tələbinə əsasən ilkin ödəniş qismində cavabdeh tərəfindən iddiaçıya 169 ABŞ dolları ödənilmişdir. Müqavilə üzrə alıcının öhdəliklərinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən ödəniş cədvəli üzrə müəyyən olunmuş ödənişlər həyata keçirilməmiş və 2016-cı ilin fevral ayında “xxxx” MMC alıcı və zamindən qalıq borcuna görə 2173 ABŞ dolları, ödənişin gecikdirilməsi üçün hesablanmış cəriməyə görə 326 ABŞ dolları, cəmi 2499 ABŞ dollarının cavabdehlərdən MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli əmri ilə ərizə təmin edilmişdir. Həmin məhkəmənin 18 avqust 2017-ci il tarixli qərardadı ilə məhkəmənin 03 fevral 2016-cı il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək tərəflər arasında onların ümumi razılığı ilə nisyə alqı-satqı bağlanmasını və cavabdehin aldığı mala görə ilkin ödəniş kimi 169 ABŞ dolları ödəməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən qəbul edilməsini və s. əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib cavabdehlərd ən tələb olunan borcu manatla tutarkən öhdəliyin xarici valyuta ilə müəyyən olunmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməli olmasını, nisyə alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyələnləşdirilmiş şərtlərin pozulmaqla bağlandığı üçün qismən etibarsız əqd olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə qanunun normasını düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 439-cu maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. (439.1) Əgər xarici valyuta da olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. (439.2.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin pre dmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Göstərilən vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən qismən etibarsız əqd olması barədə məhkəmə kollegiyasının nəticəsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında şərh edilmiş hüquqi mövqeyi baxımından Mülki Məcəllənin 439-cu maddə sinin tələblərinə uyğun olmamışdır. Müəyyən olunduğu kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və satılan əşyaların dəyəri ABŞ dolları ilə müəyyən olunmuşdur. Həmin müqavilənin 3.3-cü maddəsinə görə ödəniş ABŞ dollarının günlük kursu ilə manatla ödənilir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödəniş vasitəsi ABŞ dolları ilə ifadə edilmiş olsa belə, bu Mülki Məcəllənin 439-cu maddəsinin tələblərinə zidd olmamışdır. Halbuki, müqavilədə ödənişin ABŞ dollarının məzənnəsinə uyğun olaraq manatla ödənilməsi müəyyən edilmişdir. Qətnamə MPM-nin 217.2-ci maddəsinə əsasən qanunun tələbinə uyğun əsaslandırılmadığından kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublika sı MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7450/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7450/2019
28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver